Məhkəmə qərarları › İş №2(073)-1808/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1808/2023

04.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1808/2023 04.09.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad Rayon Məhkəməsinin hakimi Əmirəliyev Elxan Əli oğlu, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun və 30 manat dövlət rüsumunun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı"xxxx" MMC-nin Cavabdeh qarşı 572.40 manat əsas borcun, 85.80 manat cərimə borcun, cəmi 658.20 manat borcun və 30 (otuz) manat dövlət rüsumunun onun (iddiaçının) xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh iddia tələbinə dair əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. İddia ərizəsindən görünür ki, «İRŞAD-ELECTRONİCS” MMC ilə cavabdeh X1 arasında xx.xx.2022-ci il tarixli, ********* saylı, xx.xx.2022-ci il tarixli, ********* saylı və xx.xx.2021-ci il tarixli, ********* müqavilələr imzalanmışdır. İddiaçı müqaviləyə uyğun olaraq cavabdehə ümumi qiyməti 1307.90 manat dəyərində olan məişət avadanlığı satmışdır. Cavabdeh müqavilələr üzrə 735.50 manat ödəniş etmiş, 572.40 manat borcunu ödəməkdən yayınmışdır. Ona görədə cavabdehdən həmən məbləğin, dəbbə pulun və habelə 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona (iddiaçıya) verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlirki, iddia tələbi təmin olunmalıdır. İşdə olan «İRŞAD-ELECTRONİCS” MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilədən görünürki, iddiaçı həmin müqaviləyə uyğun olaraq 18 ay müddətinə, qiyməti 419.90 manat dəyərində olan məhsulu satmışdır. Cavabdeh həmən müqaviləyə əsasən hər ay 24 manat ödəməklə, cəmi 419.90 manat pulu iddiaçıya ödəmək üçün öz üzərinə məsuliyyət götürmüşdür. İşdə olan «İRŞAD-ELECTRONİCS” MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilədən görünürki, iddiaçı həmin müqaviləyə uyğun olaraq 12 ay müddətinə, qiyməti 4597.10 manat dəyərində olan məhsulu satmışdır. Cavabdeh həmən müqaviləyə əsasən hər ay 39 manat ödəməklə, cəmi 459.10 manat pulu iddiaçıya ödəmək üçün öz üzərinə məsuliyyət götürmüşdür. İşdə olan «İRŞAD-ELECTRONİCS” MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilədən görünürki, iddiaçı həmin müqaviləyə uyğun olaraq 24 ay müddətinə, qiyməti 428.90 manat dəyərində olan məhsulu satmışdır. Cavabdeh həmən müqaviləyə əsasən hər ay 18 manat ödəməklə, cəmi 428.90 manat pulu iddiaçıya ödəmək üçün öz üzərinə məsuliyyət götürmüşdür. İşdəolan«İRŞAD-ELECTRONİCS” MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh müqavilə üzrə 572.40 manat əsas borcun, 85.80 manat cərimə borcun, cəmi 658.20 manat borcu qalmışdır. İşdəolan«İRŞAD-ELECTRONİCS” MMC tərəfindən göndərilmiş xəbərdarlıq məktubundan görünürki, iddiaçı cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə çəkilən xərclərlər də əlavə olunmaqla məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedik də, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditor aödəməli olduğu pul məbləğidir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edirki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən borc cavabdehdən alınaraq iddiaçı təşkilata ödənilməlidir. Məhkəmə, həmçinin iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 572.40 manat əsas borcun, 85.80 manat cərimə borcun, cəmi 658.20 manat borcun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq idddiaçı «İRŞAD-ELECTRONİCS” MMC–yə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:ElxanƏmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar