Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-1817/2025 20.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qərardan verdiyi şikayət ərizəsinin təmin edilməsi” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona maddi ziyan vurulması məsələsinə baxılması və həmin məsələ ilə bağlı Cəlilabad rayon Polis Şöbəsinin qərarından şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərkən müəyyən etmişdir ki, iddia ərizəsi forma və məzmun tələblərinə cavab vermir. Belə ki, ərizənin məzmunu qeyri-müəyyəndir, iddiaçının cavabdehlərdən konkret tələbi göstərilməyib, həmçinin ərizənin məzmununa baxdıqda ehtimal edilir ki, iddiaçı polis şöbəsinin vermiş olduğu qərardan narazıdır və həmin qərarın ləğvini xahiş edir ki, bu məsələyə mülki məhkəmə icraatı qaydasında deyil, məhkəmə nəzarəti qaydasında baxılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin forma və məzmunu ilə bağlı mülki prosessual qanunvericilikdə müəyyən edilmiş tələblər pozulduğuna görə, ərizədə iddiaçının konkret tələbinin nədə ifadə olunması göstərilmədiyinə görə ərizə geri qaytarılmalıdır - iddiaçı cavabdehlərə qarşı dəqiq və aydın olmayan tələb irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən edilmiş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə, həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da ona qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə görə iddia ərizəsi geri qaytarıldıqda ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-151, 263, 264, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsini vermiş şəxsə izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Ödənilmiş 58 (əlli səkkiz) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-1817/2025
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-1817/2025
20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver