Azərbaycan Respublikası adından Qiyabi qətnamə Cəlilabad rayonu İş № 2(073)-1842/2025 06.03.2026 CƏLILABAD RAYON MƏHKƏMƏSI Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynli Nail Ağasəlim oğlunun katibliyi, İddiaçı Novruzov İsa Pöhrüz oğlunun iştirakı ilə, İddiaçı Novruzov İsa Pöhrüz oğlunun cavabdeh Novruzov İlham Pöhrüz oğluna qarşı mərhum anası Mərdanova Şəfiqə İsməli qızından miras qalmış ünvan 2 ünvanında yerləşən 2 mərtəbəli, 12 otaqdan ibarət yaşayış evininin həyətinə giriş qapısının sol tərəfindən 4,50 metr ölçüdə əlavə gediş-gəliş yolunun cavabdeh Novruzov İlham Pöhrüz oğlunun hesabına açılması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Novruzov İsa Pöhrüz oğlu cavabdeh Novruzov İlham Pöhrüz oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası Mərdanova Şəfiqə İsməli qızından miras qalmış ünvan 2 ünvanında yerləşən 2 mərtəbəli, 12 otaqdan ibarət yaşayış evinə gediş-gəliş yolunun cavabdeh Novruzov İlham Pöhrüz oğlu tərəfindən açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Novruzov İsa Pöhrüz oğlu məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, mərhum anası Mərdanova Şəfiqə İsməli qızından miras qalmış ünvan 2 ünvanında yerləşən 2 mərtəbəli, 12 otaqdan ibarət yaşayış evininin həyətinə giriş qapısının sol tərəfindən 4,50 metr ölçüdə əlavə gediş-gəliş yolunun cavabdeh Novruzov İlham Pöhrüz oğlunun hesabına açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Novruzov İlham Pöhrüz oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iddiaçı Novruzov İsa Pöhrüz oğlu məhkəməyə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməyinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Qeyd olunanları və işə qiyabi icraat qaydasında baxılması barədə iddiaçının yazılı razılığını nəzərə alaraq, məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iddiaçı Novruzov İsa Pöhrüz oğlu iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, Cəlilabad şəhəri, Hüseyn Cavid küçəsində ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdeh Novruzov İlham Pöhrüz oğlu onun qardaşıdır. Atası Novruzov Pöhrüz Məhərrəm oğlu, anası isə Mərdanova Şəfiqə İsməli qızıdır. Mərhum atası ilə anası rəsmi nikahda olmuşlar. Atası Pöhrüz Novruzov ## ######## 1969-cu ildə, anası Şəfiqə Mərdanova isə ## ####### 2000-ci ildə vəfat etmişdir. Atası Pöhrüz Novruzova Cəlilabad şəhəri (keçmiş Sovet küçəsində) yerləşən ümumi sahəsi 90 kv.m, yaşayış sahəsi 60 kv.m olan, 4 otaqdan ibarət yaşayış evi verilmişdir. Atası vəfat etdikdən sonra həmin əmlak vərəsəlik qaydasında anasına keçmişdir. Lakin həmin ev yararsız halda olduğundan evin yerində təxminən 25 il bundan qabaq cavabdehdən başqa digər qardaşları tərəfindən fərdi yaşayış evi inşa edilmişdir. Həmin fərdi yaşayış evi 2 mərtəbəli olmaqla, 12 otaqdan ibarətdir. Həmin evin bir hissəsində o, digər hissəsində cavabdeh İlham Novruzov ailəsi ilə birlikdə yaşayırlar. Həyətin axırında olan evdə digər qardaşının oğlu ailə ilə birlikdə yaşayır. Cavabdeh İlham Novruzov evə gedən yolu müxtəlif vasitələrlə bağlayaraq onun və ailə üzvlərinin həmin evə gediş-gəlişinə maneələr törədir. Hər dəfə söz-söhbət, mübahisə və dava-dalaş yaradır. Halbuki, cavabdehin həmin gediş-gəliş yolunu bağlamağa heç bir hüququ yoxdur. Cavabdehdən bu qanunsuz hərəkətlərinə son qoymağı və gediş-gəliş yolunun açılmasını tələb etsə də, cavabdeh İlham Novruzov bu tələblərə məhəl qoymamış, edilən xəbərdarlıqlardan heç bir nəticə çıxarmamışdır. Cavabdeh həmin evə gediş-gəliş yolunu açmır və əksinə olaraq hal-hazırda qanunsuz əməlini davam etdirir. Həyətdə olan giriş darvazasını cavabdeh istədiyi vaxt açır və bağlayır. Digər sakinlərin sərbəst istifadə etməsinə imkan vermir. Həmin darvazanın sol tərəfindən mövcud olan 5 metr yerə divarda dəlik açmaqla əlavə darvaza qoymaq imkanı var və bu yolla mübahisəni sonlandırmaq mümkündür. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan S-**** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cəlilabad şəhəri Sovet küçəsində yerləşən 600 kv.m torpaq sahəsinin üzərində tikilmiş ümumi sahəsi 90 kv.m, yaşayış sahəsi 60 kv.m olan 4 otaqdan ibarət yaşayış evi Novruzov Pöhrüz Məhərrəm oğlunun mülkiyyəti olmuş və arvadı Mərdanova Şəfiqə İsməli qızına vərəsəlik verilmişdir. İşdə olan *** saylı şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportun surətindən görünür ki, Novruzov Pöhrüz Məhərrəm oğlunun Cəlilabad şəhəri Sovet küçəsində yerləşən 600 kv.m torpaq sahəsinin üzərində tikilmiş ümumi sahəsi 90 kv.m, yaşayış sahəsi 60 kv.m olan 4 otaqdan ibarət yaşayış evi vardır. İşdə olan Cəlilabad rayon İcra Başçısının Cəlilabad şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli arayışdan görünür ki, ## ####### 2000-ci ildə vəfat etmiş Mərdanova Şəfiqə İsməli qızının və ## ######## 1969-cu ildə vəfat etmiş Novruzov Pöhrüz Məhərrəm oğlunun övladları Novruzov İsa Pöhrüz oğlu, X7 (vəfat edib), X5 (vəfat edib), X6, X8, X13, X2, X9, Novruzov İlham Pöhrüz oğlu, Novruzov İdris Pöhrüz oğlu (vəfat edib), X10 (vəfat edib), X14 (vəfat edib) vərəsələridir. Mərdanova Şəfiqə İsməli qızının və Novruzov Pöhrüz Məhərrəm oğlunun vəfatından sonra həmin evdə Novruzov İlham Pöhrüz oğlu yaşayır və kommunal xərcləri ödəyir. İşdə olan Cəlilabad rayon * saylı Notariat Ofisinin ## ###### 2025-ci il tarixli, ** saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə tərəfindən baxılır. İşdə olan Cəlilabad rayon İcra Başçısının Cəlilabad şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli arayışdan görünür ki, ## ###### 1961-ci il təvəllüdlü Novruzov İsa Pöhrüz oğlu Cəlilabad şəhəri, H.Məmmədov küçəsi ** saylı ünvanda qeydiyyatda olmaqla yaşayır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Cəlilabad ərazi idarəsi tərəfindən verilmiş ## ####### 2025-ci il tarixli, *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyindən görünür ki, torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına, həm də Cəlilabad rayonu R.Axundov adına təsərrüfatın ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə görə cavabdeh Novruzov İlham Pöhrüz oğlunun istifadəsi kimi plana alınmış həyətyanı torpaq sahəsinin hüdudları daxilindən tələb olunan gediş-gəliş yolunun nəzərdə tutulmadığı, iddiaçı və cavabdehin yaşadığı, ortaq divarı olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə girişçıxış hissədə maneə kimi dəmir qapının quraşdrıldığı müəyyən edilmişdir. İşdə olan ## ###### 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı hazır ki iddianın verilməsindən ötrü 100 manat dövlət rüsumu ödəmişdir. İşdə olan ## ######## 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı mütəxəssis rəyinin alınmasından ötrü 95 manat rüsum ödəmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, ididaçı Cəlilabad şəhəri, Hüseyn Cavid küçəsində ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdeh Novruzov İlham Pöhrüz oğlu onun qardaşıdır. Atası Novruzov Pöhrüz Məhərrəm oğlu və anası Mərdanova Şəfiqə İsməli qızı rəsmi nikahda olmaqla, atası Pöhrüz Novruzov ## ######## 1969-cu ildə, anası Şəfiqə Mərdanova isə ## ####### 2000-ci ildə vəfat etmişdir. Atası Pöhrüz Novruzova Cəlilabad şəhəri (keçmiş Sovet küçəsində) yerləşən ümumi sahəsi 90 kv.m, yaşayış sahəsi 60 kv.m olan, 4 otaqdan ibarət yaşayış evi verilmişdir. Ataları vəfat etdikdən sonra həmin əmlak vərəsəlik qaydasında onların anasına keçmişdir. Lakin həmin ev yararsız halda olduğundan evin yerində təxminən 25 il bundan qabaq cavabdehdən başqa digər qardaşları tərəfindən fərdi yaşayış evi inşa edilmişdir. Həmin fərdi yaşayış evi 2 mərtəbəli olmaqla, 12 otaqdan ibarətdir. Cavabdeh İlham Novruzov evə gedən yolu müxtəlif vasitələrlə bağlayaraq iddiaçının və ailə üzvlərinin həmin evə gediş-gəlişinə maneələr törədir. Hər dəfə söz-söhbət, mübahisə və dava-dalaş yaradır. Halbuki, cavabdehin həmin gediş-gəliş yolunu bağlamağa heç bir hüququ yoxdur. İddiaçı cavabdehdən bu qanunsuz hərəkətlərinə son qoymağı və gediş-gəliş yolunun açılmasını tələb etsə də, cavabdeh İlham Novruzov bu tələblərə məhəl qoymamış, edilən xəbərdarlıqlardan heç bir nəticə çıxarmamışdır. Cavabdeh həmin evə gediş-gəliş yolunu açmır və əksinə olaraq hal-hazırda qanunsuz əməlini davam etdirir. İş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Cəlilabad ərazi idarəsi tərəfindən verilmiş ## ####### 2025-ci il tarixli, *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyi ilə də müəyyən olunur ki, tərəflərin yaşadığı ünvanda giriş-çıxış hissədə maneə kimi dəmir qapı quraşdırılmışdır. Mütəxəssis rəyinə əlavə edilmiş mübahisəli torpaq sahəsinin yerquruluşu planından görünür ki, ünvan 2 üvanında yerləşən evin giriş darvazısının sol tərəfində eni 4,50 metr ölçüdə sərhəddinədək məsafə mövcuddur. Məhkəmə hesab edir ki, qeyd olunan məsafədə 4,50 metr ölçüdə gediş-gəliş yolu açılmaqla tərəflərin maneəsiz istifadəsini təmin etmək olar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Novruzov İsa Pöhrüz oğlu cavabdeh Novruzov İlham Pöhrüz oğluna qarşı mərhum anası Mərdanova Şəfiqə İsməli qızından miras qalmış ünvan 2 ünvanında yerləşən 2 mərtəbəli, 12 otaqdan ibarət yaşayış evininin həyətinə giriş qapının sol tərəfindən 4,50 metr ölçüdə əlavə gediş-gəliş yolunun cavabdeh Novruzov İlham Pöhrüz oğlunun hesabına açılması tələbində haqlıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları və X32 Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin III hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, ünvan 2 ünvanında yerləşən 2 mərtəbəli, 12 otaqdan ibarət yaşayış evininin həyətinə giriş qapının sol tərəfindən eni 4,50 metr ölçüdə əlavə gediş-gəliş yolu cavabdeh Novruzov İlham Pöhrüz oğlunun hesabına açılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə mütəxəssis rəyinin alınmasına görə ödənilmiş 95 manat cavabdeh Novruzov İlham Pöhrüz oğlundan alınaraq iddiaçı Novruzov İsa Pöhrüz oğluna verilməlidir. İş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu cavabdeh Novruzov İlham Pöhrüz oğlundan alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Həmin Məcəllənin 241.4-ci maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Həmin Məcəllənin 242-ci maddəsinə əsasən qiyabi qətnamənin məzmunu bu fəslin və bu Məcəllənin 16-cı fəslinin qaydaları ilə müəyyən edilir. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən 2 mərtəbəli, 12 otaqdan ibarət yaşayış evininin həyətinə giriş qapının sol tərəfindən eni 4,50 metr ölçüdə əlavə gediş-gəliş yolu cavabdeh Novruzov İlham Pöhrüz oğlunun hesabına açılsın. İş üzrə mütəxəssis rəyinin alınmasına görə ödənilmiş 95 (doxsan beş) manat cavabdeh Novruzov İlham Pöhrüz oğlundan alınaraq iddiaçı Novruzov İsa Pöhrüz oğluna verilsin. İş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdeh Novruzov İlham Pöhrüz oğlundan tutularaq iddiaçı Novruzov İsa Pöhrüz oğluna verilsin. Cavabdeh qiyabi qətnaməni aldığı vaxtdan etibarən 10 (on) gün ərzində onun ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə ilə müraciət edə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-1842/2025
Cəlilabad Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(073)-1842/2025
06.03.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver