Məhkəmə qərarları › İş №2(073)-1845/2025

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-1845/2025

20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-1845/2025 20.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlu, İddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "xxxx" MMC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 00084553 saylı, xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə nisyə satılmış mallara görə yaranmış qalıq borc 230 manat, gecikdirilmiş hər günə görə hesablanmış 23 manat faiz olmaqla, ümumilikdə 353 manat məbləğində pul vəsaitini və iddianın qaldırılması üçün üçün ödənilmiş 30 manat cavabdehlərdən tutularaq "xxxx" MMC-yə ödənilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 00084553 saylı, xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə nisyə satılmış mallara görə yaranmış qalıq borc 230 manat, gecikdirilmiş hər günə görə hesablanmış 23 manat faiz olmaqla, ümumilikdə 353 manat məbləğində pul vəsaitini və iddianın qaldırılması üçün üçün ödənilmiş 30 manat cavabdehlərdən tutularaq "xxxx" MMC-yə ödənilməsinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri şərtlərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, iddia ərizəsi nəzərdən keçirilərkən müəyyən edildi ki, mübahisənin düzgün həll edilməsi üçün iddiaçı tərəfindən ərizəyə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surətləri (iddiaçı tərəfindən nisyə alqı-satqı müqaviləsi üzrə nisyə satılmış malların cavabdeh tərəfindən təhvil alınmasını təsdiq edən və digər hüquqmüəyyənedici sənədlərin əsli və ya qanunla müəyyən edilmiş qaydada təsdiq olunmuş surətləri) ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti məhkəməyə təqdim edilməlidir. Həmin Məcəllənin 150.3-cü maddəsinə əsasən iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir. Həmin Məcəllənin 149.4-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş və iddiaçı tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) iddiaçı "xxxx" MMC-yə geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq… Qərara aldı: İddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "xxxx" MMC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 00084553 saylı, xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə nisyə satılmış mallara görə yaranmış qalıq borc 230 manat, gecikdirilmiş hər günə görə hesablanmış 23 manat faiz olmaqla, ümumilikdə 353 manat məbləğində pul vəsaitini və iddianın qaldırılması üçün üçün ödənilmiş 30 manat cavabdehlərdən tutularaq "xxxx" MMC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsini vermiş şəxsə izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. İddiaçı tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) iddiaçı "xxxx" MMC-yə geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar