Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1861/2025 14.08.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X6 Mərkəzinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X6 Mərkəzinin Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi barədə tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X6 Mərkəzi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, meşə fondu sahəsində özbaşına ağac kəsməsi nəticəsində dövlətə dəymiş zərərin əvəzi qismində 239,81 manat məbləğində pul vəsaiti Cavabdeh alınıb 11 saylı X6 Mərkəzinin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X6 Mərkəzinin nümayəndəsi X4 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, 11 saylı X6 Mərkəzinin Cəlilabad meşəbəyliyinin 4 sayıl meşə dolayının gözətçisi X2 verdiyi yazılı məlumatı əsasında Mərkəzin əməkdaşları tərəfindən 07 fevral 2025-ci il tarixdə Mərkəzin Cəlilabad meşəbəyliyinin 4 saylı meşə dolayında arşadırma aparılan zaman Cəlilabad rayonu, Zopun kənd sakini Cavabdeh qanunsuz ağac kəsərək X10 zərər vurması faktı müəyyən edilmişdir. Cavabdeh hüquqazidd hərəkətləri nəticəsində X10 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarı əsasında aparılmış hesablamalarla ümumilikdə 239,81 manat məbləğində maddi zərərin vurulması müəyyən edilmişdir. Eyni zamanda cavabdehin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinin tərkibi olduğundan barəsində 07 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və toplanmış material İnzibati Xətalar Məcəlləsinin 103.1 maddəsinə əsasən 11 fevral 2025-ci il tarixdə, 26/36/d saylı məktubla 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Cavabdeh barəsində 05 mart 2025-ci il tarixdə, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, həmin qərardan şikayət verilməmiş və qərar qanuni qüvvəsini almışdır. 11 fevral 2025-ci il tarixdə X3 vurduğu zərərin əvəzini könüllü olaraq ödəməsi tələb edilmiş, lakin Cavabdeh bundan imtina etmişdir. Eyni zamanda 11 fevral 2025-ci il tarixdə, 3-14/2-12H-3/2025 saylı məktubla tərtib edilmiş inzibati xəta haqqında protokolun surəti Cavabdeh göndərilmişdir. Qeyd edilənlərlə əlaqədar Cavabdeh 239,81 manat məbləğində pulun alınaraq 11 saylı X6 Mərkəzinin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 132.1-ci maddəsinə əsasən, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, işdə olan 07 fevral 2025-ci il tarixli, 004530 saylı aktdan görünür ki, 11 saylı X6 Mərkəzinin Cəlilabad meşəbəyliyinin 4 sayıl meşə dolayının gözətçisi X2 verdiyi yazılı məlumatı əsasında Mərkəzin əməkdaşları tərəfindən 07 fevral 2025-ci il tarixdə Mərkəzin Cəlilabad meşəbəyliyinin 4 saylı meşə dolayında arşadırma aparılan zaman Cəlilabad rayonu, Zopun kənd sakini Cavabdeh qanunsuz ağac kəsərək X10 zərər vurması faktı müəyyən edilmişdir. Cavabdeh tərəfindən 4 ədəd 8 sm-də, 1 ədəd 10 sm-də, 3 ədəd 20 sm-də və 1 ədəd 36 sm-də azot cinsindən olan ağaclar kəsilərək aparılmışdır. Bununla da Cavabdeh dövlət meşəsinə 239,81 manat məbləğində ziyan vurmuşdur. İşdə olan fotoşəkillərdən görünür ki, 7 ədəd azot cinsindən olan yaş kök üstə ağaclar kəsilmişdir. İşdə olan Cəlilabad meşəbəyliyinin 4 saylı dolayı tərəfindən tərtib edilmiş 07 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh 7 ədəd azot cinsindən olan yaş kök üstə ağacları kəsərək aparmışdır. Nəticə də Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşdə olan 11 fevral 2025-ci il tarixli 3-14/2-11-H-3/2025 saylı məktubdan görünür ki, iddiaçı Cavabdeh 239,81 manat dəyərində vurduğu ziyanı könüllü olaraq ödəməsini tələb etmişdir. İşdə olan Lənkəran şəhəri 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 05 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Həmzəyev X5 meşəbəyliyinin 4 saylı meşə dolayının ərazisində 7 ədəd azot cinsindən olan yaş kök üstə ağacları kəsərək aparmışdır, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və həmin maddəyə əsasən Cavabdeh 700 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh dəymiş zərərin əvəzi qismində 239,81 manat məbləğində pul alınaraq 11 saylı X6 Mərkəzinin (Müxbir hesab: AZ41NABZ********************, SWİFT: CTREAZ22, Hesablaşma hesabı: AZ67CTRE********************1) hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi və iddia tələbi təmin edildiyi üçün 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... qət etdi: İddia təmin edilsin. Cavabdeh dəymiş zərərin əvəzi qismində 239,81 (iki yüz otuz doqquz manat səksən bir qəpik) manat məbləğində pul alınaraq 11 saylı X6 Mərkəzinin (Müxbir hesab: AZ41NABZ********************, SWİFT: CTREAZ22, Hesablaşma hesabı: AZ67CTRE********************1) hesabına köçürülsün. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi və iddia tələbi təmin edildiyi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənillsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-1861/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1861/2025
14.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver