Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1881/2025 25.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixdə doğulmuş X4, xx.xx.2020-ci il tarixdə doğulmuş X2 və xx.xx.2022-ci il tarixdə doğulmuş X1 rayonu Göytəpə şəhərində doğulmaları faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi verdiyi izahatında bildirdi ki, o, xx xxxxxxx 1994-cü il tarixdə Cəlilabad rayonu, Göytəpə şəhərində doğulmuşdur. X13 ilə faktiki ailə həyatı qurmuşlar, lakin nikahlarını rəsimləşdirməmişlər. Onların faktiki nikahından uşaqları xx.xx.2018-ci il tarixdə doğulmuş X12, xx.xx.2020-ci il tarixdə doğulmuş X9 və xx.xx.2022ci il tarixdə doğulmuş X15 doğulmuşlar. O, övladları doğulan zaman səhlənkarlıq etmiş və həkim arayışını qeydiyyat orqanına təqdim etməmişlər. Ailə üzləri ilə birlikdə ünvan 1 ünvanda yaşayırlar. Bəzi sənədləşmə işlərinin aparılması üçün övladlarının doğum haqqında şəhadətnamələri lazım olduğundan Maraqlı şəxsnə müraciət edərək doğum haqqında şəhadətnamələrin verilməsini xahiş etmiş, lakin Qeydiyyat şöbəsində ona məlum olmuşdur ki, övladları X4, X2 və X6 ümumiyyətlə doğum aktı qeydiyyatı aparılmamışdır. Halbu ki, icra nümayəndəliyinin arayışları və xəstəxana arayışları mövcuddur ki, həmin arayışlarda, xx.xx.2018-ci il tarixdə doğulmuş X12, xx.xx.2020-ci il tarixdə doğulmuş X9 və xx.xx.2022-ci il tarixdə doğulmuş X1 rayonu Göytəpə xəstəxanasında doğulduqları qeyd olunmuşdur. O, doğum aktlarının qeydinin bərpa olunması üçün təkrar Maraqlı şəxsnə müraciət etmiş, lakin Qeydiyyat şöbəsində ona izah olunmuş ki, doğum aktlarının qeydi aparılmadığı üçün doğum aktı qeydinin bərpası üçün məhkəməyə müraciət etməlidir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə bayxamayaraq maraqlı şəxs Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 verdiyi izahatında bildirdi ki, Ərizəçi onun oğludur. X13 ilə faktiki ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından doğulmuş X12, X9 və X15 doğulmuşdur. Oğlu, Ərizəçi övladları doğulan zaman səhlənkarlıq etmiş və həkim arayışını qeydiyyat orqanına təqdim etməmiş və ümumiyyətlə doğum aktı qeydiyyatı aparılmamışdır. xx.xx.2018-ci il tarixdə doğulmuş X12, xx.xx.2020-ci il tarixdə doğulmuş X9 və xx.xx.2022-ci il tarixdə doğulmuş X6 Cəlilabad rayonu, Göytəpə şəhərində doğulmasını təsdiq edirəm. Məhkəmə ərizəçinin və şahidlərin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Səhiyyə Nazirliyi Cəlilabad Mərkəzi Rayon Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X12 xx.xx.2018-ci il tarixdə Cəlilabad rayon Mərkəzi Xəstəxanasında doğulmuşdur.. Belə ki, işdə olan Səhiyyə Nazirliyi Cəlilabad Mərkəzi Rayon Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X9 xx.xx.2020-ci il tarixdə Cəlilabad rayon Mərkəzi Xəstəxanasında doğulmuşdur.. Belə ki, işdə olan Səhiyyə Nazirliyi Cəlilabad Mərkəzi Rayon Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X15 xx.xx.2022-ci il tarixdə Cəlilabad rayon Mərkəzi Xəstəxanasında doğulmuşdur.. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 23 may 2025-ci il tarixli 12/954 saylı məktubdan görünür ki, Maraqlı şəxsndə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, ananın və uşağların doğumunu təsdiq edən doğum haqqında tibbi şəhadətnamə olmadığından Qeydiyyat şöbəsində qeydə alınması mümkün olmamış və məhkəməyə müraciət etməsi ona izah olunmuşdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, atası Ərizəçi, anası X7maqla X12 xx.xx.2018-ci il tarixdə, X9 xx.xx.2020-ci il tarixdə və X15 xx.xx.2022-ci il tarixdə Cəlilabad rayonu Göytəpə şəhərində doğulmuşlar, lakin doğulduqları vaxtdan hazıradək valideynləri onlara doğum haqqında şəhadətnamələr almamışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilməsi faktını müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, belə sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, doğum faktının məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Faktın təsdiqi isə ərizəçiyə uşaqları X8, X5 və X10 doğum haqqında şəhadətnamələrin alınması üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, atası Ərizəçi, anası X7maqla X12 xx.xx.2018-ci il tarixdə, X9 xx.xx.2020-ci il tarixdə və X15 xx.xx.2022-ci il tarixdə Cəlilabad rayonu Göytəpə şəhərində doğulmalarının qeyd edilməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. Atası Ərizəçi, anası X7maqla X4 xx.xx.2018-ci il tarixdə, X2 xx.xx.2020-ci il tarixdə və X6 xx.xx.2022-ci il tarixdə Cəlilabad rayonu Göytəpə şəhərində doğulmalarının qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-1881/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1881/2025
25.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver