Məhkəmə qərarları › İş №2(073)-1890/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1890/2024

17.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1890/2024 17.09.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclaszalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2(073)-2331/2020 nömrəli qətnaməsi ilə 26 yanvar 2014-cü il tarixdə anadan olmuş X4 yetkilin yaşınadək saxlanılması üçün hər ay sabit pul məbləğində 120 manat müəyyən edilmiş alimentin məbləğinin artırılaraq 250 manat məbləğində müəyyən edilməsi və Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X3 məhkəməyə ərizə göndərək, iddia tələbinə onun iştirakı olmadan baxılmasını və tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq ərizəsində göstərmişdir ki, bildirdiki, o, Cavabdeh ilə 10 oktyabr 2013-cü ildə el adəti ilə ailə qurmuşdur, nikahllarını rəsmiləşdirməmişdirlər. Birgə yaşadıqları dövrdə 26 yanvar 2014-cü ildə Yusif adlı bir uşağı anadan olmuşdur. Xasiyyəti uyğun gəlmədiyindən cavabdehlə uzun müddətdir ki, ayrı yaşayır. Övladı Yusifdə onun yanında yaşayır. Heç bir yerdə işləmir, uşağın gündəlik təlabatları və ehtiyacları var. Cəlilabad rayon Məhkəməsində 27 noyabr 2020-ci il tarixli, 2(073)-2331/2020 nömrəli qətnaməsi ilə 26 yanvar 2014-cü il tarixdə doğulmuş X5 atasının Cavabdeh olması müəyyən edilmiş və 26 yanvar 2014-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Oğlu Yusifin 11 yaşı var. Cavabdeh hər ay ödəyəcəyi aliment uşağın normal həyat tərzi keçirməyini təmin etmir, həmin məbləğ indiki vaxtda uşağının gündəlik tələbatı, qidalanması, sağlamlığı, geyimi, təhsili normal həyat tərzi keçirməsini ödəmir. Cavabdehin aylıq qazancı qeyri-müntəzəmdir, fərdi əməklə məğul olur və uşağın normal yaşaması üçün kifayət qədər aliment verməyə maddi imkanı vardır. Ona görədə cavabdehdən aliment artırılması və sabit pul məbləğində tutulması məqsədəuyğundur. Uşağın qidalanması, sağlamlığı, geyimi, təhsili, normal həyat tərzi keçirməsi üçün pul tələb olunur. Uşağın normal həyat tərzi keçirməsi üçün 250 manat pul tələb olunur. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək verdiyi izahatında bildirdi ki, o, İddiaçı ilə 2013-cü ildə ailə qurmuşlar, lakin nikahlarını rəsmiləşdirməmişlər. Faktiki nikahlarından 26 yanvar 2014-cü ildə Yusif adlı uşaqları doğulmuşdur. Aralarında olan narazılıqlara görə iddiaçı ilə ayrılmışlar və azyaşlı uşağı Yusif iddiaçının yanında qalmışdır. İddiaçı ilə ayrıldıqdan sonra o, başqa qadınla ailə qurmuş və həmin nikahından 03 noyabr 2019-cu il təvəllüdlü Gülsüm və 12 aprel 2004-cü il təvəllüdlü Tahir adlı iki uşağı doğulmuşdur. Sonuncu dəfə Cəlilabad rayon Məhkəməsinin 2(073)-2331/2020 saylı, 27 noyabr 2020-ci il tarixli qətnaməsi ilə 26 yanvar 2014-cü il tarixdə doğulmuş oğlu Yusif Əliyevin saxlanılması üçün ondan tutulan alimentin miqdarı 120 manat məbləğində müəyyən edilmişdir. O, hazırda işsizdir və başqa evlilikdən də iki azyaşlı uşağı vardır. İmkansızlıqdan 2 aydır alimenti tam ödəyə bilmir. Bu səbəbdən də iddiaçının tələb etdiyi məbləğdə aliment ödəmək iqtidarında deyil. Qeyd edilənlərin nəzərə alınaraq iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tam və hər tərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 iyun 2024-cü il tarixli, 734/12 saylı arayışdan görünür ki, X10 26 yanvar 2014-cü il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2(073)- 2331/2020 saylı qətnaməsindən görünürki, iddia qismən təmin edilməklə, İddiaçı 26 yanvar 2014-cü il tarixdə doğulmuş X5 atasının Cavabdeh olması müəyyən edilmiş və 26 yanvar 2014-cü il təvəllüdlü Yusif adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. İşdə olan AZ-İİ 318667 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 24 dekabr 2000-ci il təvəllüdlü vətəndaş X2 ilə 24 may 2019-cü il tarixdə nikah qeydi bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 260 nömrə ilə qeyd edilmişdir və arvada Əliyeva soyadı verilmişdir. İşdə olan AA6352244 nömrəli şəxsiyyət vəsiqənin nömrəsindən görünür ki, X7 03 noyabr 2019-cu ildə doğulmuşdur və atası Cavabdehdir. İşdə olan AZ-İV987318 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 12 aprel 2024-cü il tarixdə Masallı şəhərində doğulmuşdur, atası Cavabdeh, anası isə X1r. Beləliklə, məhkəmə iclasında müəyyən edildiki, tərəflər 2013-cü il tarixdə faktiki evlənmişlər, lakin nikahlarını rəsmiləşdirməmişlər. Onların faktiki nikahlarından 26 yanvar 2014-cü il də Yusif adlı uşaqları doğulmuşdur. Aralarında olan narazılıqlara görə cavabdehlə ayrılmışlar və ayrıldıqları vaxtdan yetkinlik yaşına çatmayan uşaqları Yusif iddiaçı Sevda Rzayevin yanında qalmışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Cəlilabad Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2(073)-2331/2020 saylı qətnaməsi ilə onun iddiası qismən təmin edilməklə, İddiaçı 26 yanvar 2014-cü il tarixdə doğulmuş X5 atasının Cavabdeh olması müəyyən edilmiş və 26 yanvar 2014-cü il təvəllüdlü Yusif adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Lakin həmin qətnamə ilə cavabdehdən tutulan alimentin miqdarı uşağın normal saxlanılması üçün kifayət etmir. Buna baxmayaraq cavabdeh müəyyən olunmuş alimentdən əlavə uşağının maddi cəhətdən saxlanmasında iddiaçıya heç bir köməklik etmir. Həmçinin Cavabdeh iddiaçı ilə ayrıldıqdan bir müddət sonra yəni 24 aprel 2019-cu il tarixdə X8 ilə evlənmiş və ondan 03 noyabr 2019-cu ildə X7 və 12 aprel 2024-cü il tarixdə X11 adlı iki uşağı olmuşdur. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının hər ay bir uşağa görə 250 manat sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Beləki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda Cavabdeh aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur və İddiaçı tərəfindən məhkəməyə cavabdehin aylıq qazancı, əməkhaqqı və ya digər gəlirləri barədə hər hansı sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdimetdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını nəzərə alır və hesab edirki, iddia tələbinin tam həcmdə təmin olunması cavabdehin mənafeyinə uyğun deyildir. Məhkəmə qeyd edir ki, uşağın saxlanması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağın saxlanmasına kömək göstərmək və uşağa qayğı göstərmək Cavabdeh valideynlik borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün və sait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həmdə bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən ediləbilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 2024-cü il üzrə hər ay 250 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanmasıüçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinəəsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması iləəlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret işüzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Həmin qərarda Konstitusiya Məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Qeyd olunan qanunlardan göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz vəşərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqları saxlanılmasıüçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, iddiaçının maddi vəziyyətini, həmçinin uşağın mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırda Cavabdeh hər ay bir uşağa görə 150 manat sabit pul məbləğində alimentin tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Məhkəmə, alimentin hansı tarixdən tutulması ilə bağlı məsələyə aydınlıq gətirərək qeyd edirki, hazırkı iddia ərizəsi üzrə alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan deyil, hazırkı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edirki, iddia qismən təmin edilməli, 26 yanvar 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cəlilabad rayon məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2(073)-2331/2020 saylı qətnaməsi ilə hər ay bir uşaq üçün təyin edilmiş 120 manat alimentin miqdarı artırılaraq hər ay 150 manat müəyyən edilməli, 26 yanvar 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda, 30 + 1000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Hazırkı iş üzrə iddianın təmin edilən hissəsi nəzərə alınmaqla 1 illik ödəmənin məcmusu 1000 (min) manatdan artıq olduğu üçün, alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunduğuna görə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə uyğun olaraq 38 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia qismən təmin edilsin. 26 yanvar 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cəlilabad rayon məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2(073)-2331/2020 saylı qətnaməsi ilə hər ay təyin edilmiş 120 (bir yüz iyirmi) manat alimentin miqdarı artırılaraq hər ay 150 (bir yüz əlli) manat müəyyən edilsin. 26 yanvar 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Cavabdeh 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar