Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1897/2024 05.08.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2840 (iki min səkkiz yüz qırx) manat pul və ödənilmiş 48.40 (qırx səkkiz manat qırx qəpik) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında İddiaçı iddia müdafiə edərək izahatında göstərmişdir ki, Cəlilabad rayonu Cəngan kəndində yaşamaqla kənd təsərrüfatı məhsullanın alqı-salqısı ilə məşğul olur. Həmin məhsulların alqı satqısı ilə Cəlilabad rayonunda fəaliyyət göstərən "İran Bazarı" adlanan bazarda məşğul olur. Aldığı malların pulunu ödədikdən sonra hamin malları bazara çıxarıb üzərinə müəyyən qədər qoyub yenidən satır. 2024-cü ilin fevral, mail və aprel aylarında Cəlilabad rayon Uzuntəpə kənd sakinləri Cavabdeh və X2 adlı şəxslər bazarda ona yaxınlaşaraq əlində olan 4 ton 120 kiloqram noxud toxumunu nisiyə olaraq onlara verilməsini və tez bir zamanda həmin noxud toxumunun dəyəri olan 11720 manat pulu bir iki gün ərzində verəcəklərini bildirmişlər, aralarında razılığa gəldikdən sonra həmin 4 ton 120 kiloqram olun noxud toxumunun 1 ton 8 yüz 60 kiloqramını Cavabdeh, 2 ton 2 yüz 60 kiloqramını isə İman adlı-şəxsə nisiyə vermişdir. Cavabdeh verdiyi 1 ton 8 yüz 60 kiloqram noxud toxumunun dəyəri olan 5540 mant puldan 3-4 gün sonra 2700 manatı vermiş və 2840 manat pulu ödəməmişdir. Raminə verdiyi 2 ton 2 yüz 60 kiloqram toxud toxumunun dəyəri olan 6180 manat puldan Ramin 3-4 gün sonra 1600 manat pulu ödəmiş, 5180 manat pulu ödəməmişdir. Hər dəfə Habil və Raminə zəng edərək aldıqları noxud toxumunun pulunu tələb etsə də onlar hər dəfə müxtəlif bəhanələr gəlirməklə pulu ödəməkdən imtina etmişlər. Həmin pullan onlardan tələb etmək istəsə də Cəlilabad rayon Uzuntəpə kənd sakinləri olan Cavabdeh və X2 adlı şəxs onun pulumu mənimsəmiş və ümumilikdə 8020 manat məbləğində ziyan vurmuşlar. Onlarin ona (iddiaçıya) vurduğu ziyan aşağıdakı kimidir: Cavabdeh -2840 manat, X3 5180 manat. Cavabdehlər onun 8020 manat pulunu qaytarmadığı üçün həmin pulu onlardan tələb etmək məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan, Cəlilabad rayon polis şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı Cavabdeh və X1 qarşı pul tələbinə dair şikayəti əsasında araşdırma aparılmış və araşdırmanın nəticəsi olaraq mübahisənin mülki xarakterli olması göstərilərək məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin qərardan görünür ki, Cavabdeh polis şöbəsində verdiyi izahatında Cəlilabad rayonu Cəngan kənd sakini İddiaçı tanıdığını və onun barəsində rayon polis şöbəsinə edilən şikayət ərizəsi ilə tanış olduğunu bildirmişdir. Belə ki, Cavabdeh yaşadığı kənd ərazisində özünə məxsus olan əkin sahəsində dostu Ramil Nağıyevlə birlikdə noxud əkmək qərarına gəlmişlər. Həmin vaxt Habil və Ramil Cəlilabad rayon ərazisində yerləşən ‘İran Bazarı” deyilən yerə gəlmişlər və orada kənd təsərüfatı məhsulların alqı-satqısı ilə məşqul olan İddiaçı yaxınlaşmışlar. Həmin vaxt Habil İddiaçıla söhbət etdikdən sonra nisyə öz adına dəyəri 5540 manat olan 1 ton 8 yüz 60 kiloqram noxudu, Ramil Nağıyev isə öz adına dəyəri 6180 manat olan 2 ton 2 yüz 60 kiloqram noğud almışlar. Bundan təxminən 3-4 gün sonra Habil və Ramil yenidən İddiaçı yanına gəlmişlər və aldıqları noxudun pulundan Habil 2700 manatını Ramil isə 1600 manatını ödəmişlər. Bununla yanaşı Habil və Ramil İddiaçı demişlər ki, aldıqları noxudun yerdə qalan pulunu əkdikləri məhsulu götürüb satdıqdan sonra ödəyəcəklər. Cavabdeh və Ramin Nağıyev əkdikləri noxudun məhsul vermədiyi üçün İddiaçı olduğu borclarını qaytara bilmədiklərini, lakin yaxın müddətdə İddiaçı olan 8020 manat borclarını ödəyəcəklərini bildirmişdilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2840 (iki min səkkiz yüz qırx) manat pul və 48.40 (qırx səkkiz manat qırx qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-1897/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1897/2024
05.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver