Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1901/2025 10.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Bulud qızına qarşı cavabdehdən 3000 manat pul vəsaitinin onun xeyrinə tutulması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclaszalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh Bulud qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bulud qızından 3000 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, o, mərhum bacısı X4 ilə birliktə sonuncunun evində kirayə yaşayan Cavabdeh Bulud qızına və oğlu Şəhriyar Ağayeva 3000 manat borc pul versə də, sonradan həmin şəxslər onun pulunu qaytarmamışlar. O, da bununla bağlı Binəqədi RPİnin rəhbərliyinə ərizə ilə müraciət etmişdir. Həmin müraciət əsasında araşdırma aparılması 13 dekabr 20223-cü il tarixdə Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Fərid Nəzərova həvalə edilmiş və aparılmış təhqiqat zamanı onun 3000 manat pulu Məlahət adlı qadına Bakı şəhəri Binəqədi rayonunun Əhməd Rəcəbli küçəsində yerləşən bacısı Rayya Ağayevanın yaşadığı mənzildə verilməsinə əsaslanaraq toplanmış material 19 dekabr 2023-cü il tarixli qərarla aidiyyəti üzrə Binəqədi RPİ-nin 5-ci PB-nə göndərilmişdir. Təhqiqat zamanı o, izahatında bildirmişdir ki, mərhum bacısı X1 Bakı şəhəri Binəqədu rayonu Əhməd Rəcəbli küçəsində yerləşən sonuncuya məxsus yaşayış evində kirayədə yaşayan Cavabdeh Bulud qızına və oğlu Şəhriyar Ağayeva 3000 manat pulu borc kimi vermişdir. Sonradan bacısı rəhmətə gedəndə həmin şəxslər ondan aldıqları pulu mərhum bacısına verməmələrini və ona cəmi 500 borcları qalması barədə bildirmişlər. Bununla bağlı o, Binəqədi RPİ-nin 5-ci PŞ-nə 12 dekabr 2023-cü il tarixdə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh Bulud qızı və oğlu Şəhriyar Ağayevdən, onlara verilən 3000 manat məbləğində pulun qaytarılmasına köməklik göstərməyini xahiş etmiş, lakin ona məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Buna görədə o, məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq Cavabdeh Bulud qızından 3000 manat borcun alınıb ona verilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh Bulud qızı iddianı etiraf etməyərək verdiyi izahatında bildirmişdir ki, o, İddiaçı mərhum bacı Raya Ağayeva ilə birliktə iddiaçının evində kirayədə yaşamışdır. İddiaçının ondan tələb elədiyi pul məbləği borc deyil, evin kirayə puludur. Bir müddət yaşadıqdan sonra həmin kirayə borcunun hamsını iddiaçıya ödəmiş, sonra həmin evdən çıxmışdır. İddiaçıya heç bir borcu yoxdur. Ona görə də, İddiaçı ona qarşı 3000 manat pul tələbi əsassızdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edirki, iddia əsassız olduğundan təmin edilməməlidir. Beləki, iş materiallarında olan Binəqədi RPİ-nin 5-ci PŞ-nin 29 dekabr 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. İşdə olan AZ-İİ 391207 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 30 oktyabr 2023-cü il tarixdə ölmüş və bu barədə ölüm akt qeydləri kitabında 02 noyabr 2023-cü il tarixdə, 1179 nömrə ilə qeydiyyat aparılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildiki, cavabdeh İddiaçı Bulud qızı İddiaçı evində iddiaçının mərhum bacısı ilə birlikdə kirayədə yaşamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudolduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Bulud qızına qarşı cavabdehdən 3000 manat pul vəsaitinin onun xeyrinə tutulması tələbində haqlı deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borcverən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borcalana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasada, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Hazırki mülki iş üzrə iddiaçı izahatında və ərizəsində Cavabdeh Bulud qızına və onun oğlu Şəhriyar Ağayeva 3000 manat borc pul verməsini qeyd etsə də, tərəflər arasında borcu təqsdiq edən müqavilə mövcud deyil. O, cümlədən iddiaçı iddia ərizəsində cavabdehə borc verməsini göstərsə də, həmin borcun yaranmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Bulud qızına qarşı cavabdehdən 3000 manat pul vəsaitinin onun xeyrinə tutulması tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddiaçı Cavabdeh Bulud qızına qarşı cavabdehdən 3000 manat pul vəsaitinin onun xeyrinə tutulması tələbi əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-1901/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1901/2025
10.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver