Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1910/2023 30.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Cəlilabad şəhərində, 30 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehdən 6000 (altı min) manat məbləğində pulun və ödənilmiş 80 (səksən) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, o, əvvəlcədən tanıdığı Cavabdeh 05 dekabr 2022-ci il tarixdə ona zəng edib işi ilə bağlı 6000 (altı min) manat borc pul istədiyini və qısa müddətdə borcunu qaytaracağını bildirmişdir. O, cavabdehi tanıdığı üçün ona inanıb razılaşmış və 05 dekabr 2022-ci il tarixdə whatsapp proqramı vasitəsi ilə ona göndərdiyi kart hesablarına 6000 (altı min) manat məbləğində pul göndərmişdir. Lakin xeyli müddətdir ki, Cavabdeh ondan aldığı borcundan bir manat belə qaytarmayıb. O, dəfələrlə cavabdehə zəng edərək pulunu tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmışdır. Cavabdeh artıq onun telefonlarına belə cavab vermir. Sonda məcbur qalıb məhkəməyə müraciət etmişdir. Odur ki, göstərdiklərinin nəzərə alınıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək İddiaçı məhkəmədə ona qarşı 6000 (altı min) manat məbləğində pul tələbinə dair iddia qaldırdığını, iddia ilə tanış olduğunu və iddianı etiraf etdiyini, maddi imkanı zəif olduğu üçün borcunu qaytara bilmədiyini və imkanı olanda borcunu hissə-hissə qaytaracağına söz verdiyini qeyd etmişdir. Azərbaycan Respulikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsi səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır və bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilir. Cavabdeh məhkəməyə gəlmədiyindən və gəlməməsinin səbəbi barədə məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə iddiaçını dinləyərək, işdə olan sənədləri hərtərəfli araşdıraraq və sübutlara obyektiv qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixdə göndərilən ərizədən görünür ki, cavabdeh İddiaçı məhkəmədə ona qarşı 6000 (altı min) manat məbləğində pul tələbinə dair iddia qaldırdığını, iddia ilə tanış olduğunu və iddianı etiraf etdiyini, maddi imkanı zəif olduğu üçün borcunu qaytara bilmədiyini və imkanı olanda borcunu hissə-hissə qaytaracağına söz verdiyini qeyd etmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən 80 (səksən) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı əvvəlcədən tanıdığı Cavabdeh 05 dekabr 2022-ci il tarixdə qaytarmaq şərti ilə 6000 (altı min) manat məbləğində borc pul vermişdir. Həmin müddətdən bəri cavabdeh iddiaçıya olan borcunu qaytarmamışdır. Beləliklə, Cavabdeh İddiaçı 6000 (altı min) manat məbləğində borclu olması iddiaçının ifadəsi, cavabdehin ərizəsi və işdə olan digər sənədlərlə də təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyyətinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh 6000 (altı min) manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən ödənilmiş 80 (səksən) manat dövlət rüsumu da Cavabdeh alınıb İddiaçı verilməlidir . Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 6000 (altı min) manat məbləğində pul və iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən ödənilmiş 80 (səksən) manat dövlət rüsumu alınıb, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №2(073)-1910/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1910/2023
30.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver