Məhkəmə qərarları › İş №2(073)-1918/2024

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-1918/2024

18.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-1918/2024 18.11.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Hacıağa qızının Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddası, Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 Hacıağa qızına qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Hacıağa qızının Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 Hacıağa qızına qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 Hacıağa qızı məhkəməyə ərizə göndərərək, cavabdehlə məhkəmədən kənar mübahisəni həll etdiklərini bildirərək, maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişlər. Cavabdeh məhkəməyə ərizə göndərərək, iddiaçılarla məhkəmədən kənar mübahisəni həll etdiklərini bildirərək, pul tələbinə dair qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizələri baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizələri baxılmamış saxlandığından ilk iddia üzrə ödənilmiş 55 manat dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 Hacıağa qızına, qarşılıqlı iddia üzrə ödənilmiş 32 manat dövlət rüsumu isə qarşılıqlı iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Hacıağa qızının Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddası və Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 Hacıağa qızına qarşı pul tələbinə dair qarşılıqlı iddiası baxılmamış saxlanılsın. İlk iddia üzrə ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 Hacıağa qızına, qarşılıqlı iddia üzrə ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumu isə qarşılıqlı iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar