Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-192/2024 11.01.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1151 (bir min bir yüz əlli bir) manat pulun və 32 (otuz iki) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə verərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2015-ci il tarixli 608/CD- 15 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC-nin Cəlilabad filialından 12 ay müddətinə illik 28 faiz olmaqla 1300 ABŞ dolları məbləğində kredit götürmüşdür. Həmin kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi onunla (iddiaçı) "xxxx" ASC-nin Cəlilabad filialı arasında xx.xx.2015-ci il tarixli, MK 608/CD-15 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyi üçün "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2016-cıil tarixli, 2(073)-1911/2016 saylı qətnaməsi ilə iddia təmin edilərək, ondan və Cavabdeh cəmi 1567.74 (bir min beş yüz altmış yeddi dollar yetmiş dörd sent) ABŞ dolları borcun ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsinin alınıb "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və ondan (iddiaçıdan) 1151 (bir min bir yüz əlli bir) manat tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilmişdir. Cavabdehdən dəfələrlə onun əvəzinə banka ödədiyi pulu tələb etsə də, cavabdeh müxtəlif bəhanalərlə bundan imtina etmişdir. Buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(073)- 1911/2016 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh və İddiaçı 1046.93 ABŞ dolları əsas borc, 520.81 ABŞ dolları faiz borcu, cəmi 1567.74 ABŞ dolları (Azərbaycan manatının həmin günə olan məzənnəsi ilə) borcun və 20 manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-in hesabına ödənilməsi qət edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli cari hesaba mədaxil qəbzindən görünür ki, İddiaçı Cavabdeh kredit borcu üzrə "xxxx" ASC-yə 430 ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi ilə 731 (yeddi yüz otuz bir) manat ödəmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli bank hesabına dair çıxarışdan görünür ki, xx.xx.2015-ci il tarixli 608/CD-15 saylı kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" ASCyə olan borcu üzrə İddiaçı pensiyasından xx.xx.2017-ci ildən xx.xx.2023-cü il tarixədək cəmi 533.46 manat pul tutularaq "xxxx" ASC-in hesabına ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2015-ci il tarixli 608/CD-15 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC-nin Cəlilabad filialından 12 ay müddətinə illik 28 faiz olmaqla 1300 ABŞ dolları məbləğində götürmüşdür. Həmin kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi iddiaçı ilə "xxxx" ASC-nin Cəlilabad filialı arasında xx.xx.2015-ci il tarixli, MK 608/CD-15 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyi üçün "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2016-cıil tarixli, 2(073)-1911/2016 saylı qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı və Cavabdeh cəmi 1567.74 (bir min beş yüz altmış yeddi dollar yetmiş dörd sent) ABŞ dolları borcun ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsinin alınıb "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və icra mərhələsində iddiaçı tərəfindən 1151 (bir min bir yüz əlli bir) manat "xxxx" ASC-nin xeyrinə ödənilmişdir. Tələb edilməsinə baxmayaraq, cavabdeh həmin pulu iddiaçıya ödəməkdən yayınmışdır. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1151 (bir min bir yüz əlli bir) manat pul və 32 (otuz iki) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-192/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-192/2024
11.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver