Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1931/2023 06.11.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı 24.300 manat pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 24.300 manat əsas borcun, eləcə də dövlət rüsumu kimi ödədiyi 162,90 (bir yüz altmış iki manat doxsan qəpik) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə məhkəmə hazırlıq iclası zamanı iddiaçı dəqiqləşmə barədə məhkəməyə ərizə verərək iddia ərizəsində texniki səhvə yol verildiyini, tələb etdiyi məbləğin 24.300 manat deyil, 24.100 manat kimi nəzərə alınmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cəlilabad şəhərində doğulsa da hal-hazırda Rusiya Federasiyası vətəndaşıdır. O, əvvələr tanıdığı Cəlilabad rayon Göytəpə şəhər sakini Cavabdeh 2019-cu il sentyabr ayında yaşadığı Rusiya Federasiyasından zəng vuraraq Azərbaycan Respublikasına toxumluq kartof gətirmək istədiyini bildirmişdir. Cavabdeh da ona heç bir problem olmadığını və bu işdə ona köməklik edəcəyini bildirmişdir. Cavabdeh ona demişdir ki, ona bir telefon nömrəsi verəcək, həmin şəxsin adı Sabirdir. Sabir Dərbənd şəhərində fəaliyyət göstərir, onun nümayəndəsidir və bu işlərlə məşğul olur. Teymurun bu sözündən sonra o, Sabirə zəng vurmuş, söhbət zamanı Sabir Teymurun ona zəng vurduğunu, bu barədə dediyini, bu işdən məlumatı olduğunu demiş, ona kartofu göndərməsini təklif etmişdir. 2019-cu ilin sentyabr ayında o, Dərbənd şəhərinə Sabirin dediyi ünvana Rusiya Federasiyasının Nijni Novqorod şəhərindən 71 (yetmiş bir) ton kartofu iki ədəd «Mersedes» markalı furalarla göndərmişdir. Bir neçə gündən sonra Sabir ona zəng vuraraq göndərdiyi toxumluq kartofu aldığını bildirmişdir. Göndərdiyi toxumluq kartof bir vaqona yerləşmədiyi üçün Sabir həmin kartofdan 3,5 tonunu satdığını və 38.500 rubl pul olduğunu ona bildirmişdir. O, Sabirə demişdir ki, pul qalsın özü gələndə hesablaşarıq. Sabir ona göndərdiyi toxumluq kartofu bir vaqona yükləyib Teymurun adına Azərbaycan Respublikasına göndərdiyini bildirmişdir. Bundan sonra daha iki «Kamaz» markalı yük maşınlarına 80 (səksən) ton toxumluq kartof yükləyib yenə də Sabirin ünvanına göndərmişdir. Göndərdiyi kartofun dalınca Dərbənd şəhərinə Sabirin yanına gəlmişdir. Dərbənd şəhərində Sabirlə görüşəndə Sabir ona demişdir ki, kartofu vaqonlarla göndərmək üçün firmaya 2.350 (iki min üç yüz əlli) manat pul versin, qalan 10.000 (on min) manatına onlar zamin qalacaqlar, ancaq üstündə 1.350 (min üç yüz əlli) manat pul verəcək. O, Sabirlə razılaşıb gedib Bakı şəhərində tanıdığı şəxsdən 2.350 manat pul borc alıb qardaşı oğlu Elçin Muradovla birlikdə gətirib Sabirə vermişlər. Bundan sonra həmin 80 ton kartofun 67 tonunu vaqona, qalan 13 ton kartofu isə Fura markalı maşına yükləyib Azərbaycan Respublikasına göndərən zaman Sabirə vaqonu və furanı Nümayəndə adına göndərməsini demişdir. Sabir isə «fərq etməz, gedib orada Teymurla özün həll edərsən» demişdir. Teymuru tanıdığı üçün və ilk vaqonu da onun adına göndərdiyinə görə ona inanmışdır. Sonra Azərbaycan Respublikasına gəlmişdir. İlk əvvəl Fura maşını gəlmişdir. Furanı Biləsuvar rayonunda gömrükdə qeydiyyatdan keçəndən sonra gömrük əməkdaşları ilə birlikdə Teymurun məsləhəti ilə Göytəpə şəhərində yerləşən magistral yolun üsütündə olan “Mebel salonu” yazılmış dükana boşaltmışlar. Kartof boşaldılan kimi satılmağa başlamışdır. Teymur kartofu satmağı Kazımabad kənd sakini Anar və İlqar adlı şəxslərə tapşırmışdır. Teymur kartofu satıb çəkilən xərci çıxandan sonra qalan kartofu satıb pulunu verəcəklərini demişdir. Vaqon Teymurun adına vurulduğu üçün birinci vaqonun nə vaxt gəlməsindən və açılmasından xəbəri olmamışdır. Ancaq kartofun yerbəyer olmasında iştirak etmiş, ikinci vaqon gələndə Anar müəllim ona vaqon gəlib Bakı şəhərinə getmək lazım olduğunu deməsindən sonra Bakı şəhər Qardağ rayonuna vaqonun gəldiyi yerə getmişdir. Orada onu Elburus adlı şəxs qarşılamışdır. Elburus ona heç olmasa 1.000 (min) manat pul lazım olduğunu demişdir. O, yenə də borc olaraq 1.000 manat pul tapıb Elbrusa vermişdir. Kartofu “Kamaz” markalı maşınlara yüklətdirəndən sonra Teymura zəng vurub, maşının birini tez satmaq üçün Cəlilabad rayonunda boşaltdırmaq istədiyini demişdir. Teymur kartofu aparıb Göytəpə səhərində Anara təhvil verməsini, lazım gəlsə oradan kartof verərlər demişdir. İki “Kamaz” toxumluq kartofu gətirib Göytəpə şəhərində Anar müəllimə təhvil vermişdir. Göndərdiyi cəmi 147 (yüz qırx yeddi) ton kartofu Teymur Göytəpə şəhərində mebel salonuna boşaltdırmışdır. Həmin vaxt Teymur burada olmamışdır. Teymur bu işləri Anar müəllimə həvalə etmişdir. Teymur da Anarla və onunla telefonla danışıb əlaqə saxlamışdır. Gətirdiyi kartofdan 16 (on altı) ton 450 (dörd yüz əlli) kq kartofu götürüb Cəlilabad şəhərində özü satmışdır. Satdığı kartof cəmi 8.200 (səkkiz min iki yüz) manat pul çıxartmışdır. Həmin puldan da 450 (dörd yüz əlli) manat Anar müəllimə işlətdiyi fəhlələrin pulunu vermək üçün vermişdir. Sonra gəlib Göytəpə şəhərində mebel salonunda satılan kartofu Anar müəllim və İlqarla hesablayan zaman 70.300 kq (yetmiş ton üç yüz kiloqram) kartofun satılmasını görmüşdür. Satdıqları kartofu 43 qəpikdən hesablayanda 30.200 (otuz min iki yüz) manat pul etmişdir. Vaqonun gəlməsinə və açılmasına görə 4.800 (dörd min səkkiz yüz) manat pul vermişdir. Anar müəllimə daha Teymurgilə heç bir borcunun olmadığını, Teymurgilin vaqona qoyduqları xərci çıxardığını, yerdə qalan kartofun ona məxsus olmasını, kartofu yığıb Cəlilabad şəhərində aparıb özünün satmaq istədiyini bildirmişdir. Anar müəllim ona Teymurla gedib özün hesablaş götür apar demişdir. Teymurla görüşüb ona kartofun gəlməsinə çəkilən xərci kartofu satıb pulunu götürdüklərini demişdir. Teymur ona get Anarla və Sabirlə hesablaş demişdir. Anar isə ona “mənlik deyil get Sabirlə hesablaş” demişdir. Sabirlə görüşüb ona çəkdikləri xərcin çıxdığını demişdir. Sabir ona Anarla Teymurun ona pul vermədiklərini, Rusiyada çəkilən xərcin qaldığını, kartof verə bilməyəcəyini demişdir. Hətta əkmək üçün 10 (on) ton gətirdiyi kartofdan ona kartof verməmişlər. Rusiya Federasiyasından cəmi 151 (yüz əlli bir) ton kartof alıb Dərbənd şəhərinə göndərməyinə bir milyon yüz min rubl, yəni manatla 28.500 manat xərci çıxmışdır. Əlavə olaraq həmin kartofun vaqonla gəlməsinə 3.800 (üç min səkkiz yüz) manat xərci çıxmışdır. Cəmi 32.300 (otuz iki min üç yüz) manat xərci çıxmışdır. Kartofdan 16.450 kq satıb 8.200 (səkkiz min iki yüz) manat pulunu götürmüşdür. Kartofa çəkdiyi xərcdən 24.100 (iyirmi dörd min bir yüz) manat pul qalmışdır. Həmin pulu hal-hazıra kimi cavabdehdən ala bilməmişdir. Cavabdehla aralarında olan alverin səs danışıqları telefonunda var. Həmin danışıqları iddia ərizəsinə əlavə etmişdir. Hətta o, bununla bağlı Cəlilabad rayon Polis şöbəsinə də ərizə ilə müraciət etmişdir. Polisdə ərizəsi ilə bağlı araşdırma aparılmış və cinayət işinin başlanması rədd edilmişdir. Ona bildirilmişdir ki, bununla bağlı mülki qaydada məhkəməyə müraciət etməlidir. Polis şöbəsində araşdırma aparıldıqdan sonra 2020-ci ilin noyabr ayında 4 nəfər - Sabir, Teymur, Anar və o, oturub söhbət etmişlər. Həmin vaxt Teymur nisyə satdıqları kartofun pulunu hələ də yığa bilmədiklərini, pulları yığıb hissə-hissə 2 ilə onun pulunu qaytaracağını demişdir. Ona görə də o, 2 il gözləmiş və Teymur onun pulunu vermədiyi üçün sonda məcbur qalıb məhkəməyə təqdim etmişdir. Odur ki, Cavabdeh 24.100 (iyirmi dörd min bir yüz) manat əsas borcun, eləcə də dövlət rüsumu kimi ödədiyi 162,90 (bir yüz altmış iki manat doxsan qəpik) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmədə izahat verərək göstərmişdir ki, İddiaçı nümayəndəsi olduğu Cavabdeh qarşı 24.100 manat pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Lakin İddiaçı qaldırdığı iddianın müddəti keçmişdir. Belə ki, nümayəndəsi olduğu Cavabdeh oglu ilə İddiaçı oglu arasında 2019-cu ildə kartof alqısatqısı baş vermişdir. Nümayəndəsi olduğu Cavabdeh iddiaçıya heç bir borcu qalmamış, əksinə iddiaçının Cavabdeh borcu olmuşdur. İddiaçı şikayəti əsasında 2020-ci ildə Cəlilabad rayonu Göytəpə şəhər polis bölməsində araşdırma aparılmış, həmin araşdırmada da Cavabdeh borclu olduğunu etiraf etməsi ilə bağlı heç bir izahatı yoxdur. Bundan başqa Göytəpə polis bölməsində aparılmış araşdırmanın nəticəsində xx.xx.2020ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İddiaçı isə məhkəməyə 11 avqust 2023-cü il tarixdə müraciət etmişdir. Həmin vaxtdan da 3 il müddət keçmişdir. Yəni iddiaçı iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası MPM-nin 373.1-ci maddəsinə görə ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı ildir. Həmin Məcəllənin 380.1-ci maddəsində göstərilir ki, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Ona görə də yuxarıda göstərilənləri və iddia müddətinin keçməsini nəzərə alaraq iddianın rədd edilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid məhkəməyə verdiyi izahatında göstərdi ki, Cavabdeh 2019-cu ilin oktyabrından 2020-ci ilin yanvarına kimi 2 (iki) vaqon və bir fura toxumluq kartofu Göytəpə şəhərində satmaq üçün ona göndərmişdir. Həmin kartofu Cavabdeh məxsus Göytəpə şəhərində yerləşən mebel salonuna boşaltmışlar. Kartofu anbara boşaltdıqdan sonra İddiaçı onun yanına gələrək özünə məxsus kartofu ayıraraq ona göstərmişdir. Kartofun satışını Teymur ona həvalə etmişdir. Kartofu satıb qurtardıqdan sonra pulunu Teymura vermişdir. Teymur isə həmin pulu Tapdığa verməmişdir. Pula görə Tapdıq bir neçə dəfə anbara onun yanına gələrək pulunu tələb etmiş və Teymurla aralarında narazılıq yaranmışdır. Tapdıq bu barədə polisə şikayət etmişdir. 2020-ci ilin noyabr ayında Sabir, Teymur, Tapdıq və o, oturub söhbət etmişlər. Həmin vaxt Teymur satdıqları kartofun pulunu yığa bilmədiklərini, pulları yığıb 2 ilə İddiaçı pulunu hissə-hissə qaytaracağını demişdir. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 13 iyun 2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın surətindən görünür ki, cavabdeh Əsmətov X1 RPŞ-nin Göytəpə PB-də aparılan araşdırma zamanı vermiş olduğu izahatında İddiaçı tanışı X2 vasitəsi ilə 134 ton kartof təhvil aldığını etiraf etmiş, lakin aldığı kartofun pulunun Dərbənd şəhərində Sabir Cəfərov tərəfindən İddiaçı ödənildiyini bildirmişdir. Həmin qərardan həmçinin görünür ki, araşdırma zamanı X4 da izahatında qohumu Cavabdeh telefon zəngi ilə ona deməsi əsasında İddiaçı Rusiya Federasiyasının Dərbənd şəhərində 134 ton kartof təhvil aldığını və Azərbaycan Respublikasına göndərməsini bildirmişdir. İş materillarına əlavə olunmuş X4 tərəfindən imzalanmış qəbzdən görünür ki, X4 oktyabr 2019-cu ildə iki vaqon və bir yük avtomobili ümumi həcmi 151 ton olan toxumluq kartofu İddiaçı qəbul etmiş və Azərbaycan Respublikasına Cavabdeh göndərmişdir. İş materillarına əlavə olunmuş "xxxx" MMC şirkətinin direktoru tərəfindən verilmiş izahatdan görünür ki, Rusiya Federasiyasında yerləşən "xxxx" MMC şirkəti müştəri İddiaçı çatdırılması üçün Dağıstan Respublikası Dərbənd şəhərində fəaliyyət göstərən podratçı Cavabdeh nümayəndəsi X3 ümumi həcmi 151 ton olan 2.114.000 (iki milyon yüz on dörd min) rubl dəyərində 2 vaqon və bir yük maşınında toxumluq kartofu təhvil vermiş, lakin kartof müştəriyə verilməmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında olan şifahi razılaşma əsasında İddiaçı Rusiya Federasiyasının Nijni Novqorod şəhərindən ümumi həcmi 151 ton olan toxumluq kartofu iki dəfəyə cavabdehin göstərişi əsasında Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhərinə - sonuncunun nümayəndəsi X3 göndərmişdir. Sabir Cəfərov da həmin kartofu Azərbaycan Respublikasına Cavabdeh adına göndərmiş və kartof Cəlilabad rayonu Göytəpə şəhərində yerləşən cavabdehə məxsus anbara boşaldılmışdır. Razılaşmaya əsasən cavabdeh toxumluq kartofun bir hissəsini sataraq yol xərcini götürdükdən sonra qalan kartofu İddiaçı verməli olduğu halda, kartofdan cəmi 16.450 kiloqramını iddiaçıya vermiş, qalan kartofu isə sataraq İddiaçı heç bir məbləğdə pul verməmişdir. İddiaçı kartofun pulunu Cavabdeh ala bilmədiyini gördüyündən bu barədə Cəlilabad rayon Polis Şöbəsinə müraciət etmişdir. Polis şöbəsinə müraciətdən sonra 2020-ci ilin noyabr ayında Cavabdeh İddiaçı kartofun pulunun ödənilməsi üçün iki il müddətə əlavə vaxt istəmiş, lakin həmin müddətdə də iddiçının pulunu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Məhkəmə Cavabdeh nümayəndəsi və vəkili Vəkil 3 illik iddia müddətinin tətbiqi barədə ərizəsinə qiymət verərək qeyd edir ki, tərəflər arasında alqı-satqı münasibəti olmamış, onlar arasında alqı-satqı müqaviləsi bağlanmamışdır. Tərəflər arasında olan razılaşmanın mahiyyəti malın gömrükdən Azərbaycan Respublikasına keçirilməsi, bir hissəsinin satılıb çəkilən yol xərclərinin ödənilməsindən sonra qalan malın iddiaçıya verilməsi olmuşdur. Cavabdeh isə malın az bir hissəsini iddiaçıya verməklə qalan malı sataraq pulunu mənimsəmişdir. Cavabdehin bu hərəkətinə haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmadığından bu əsassız varlanma sayılır. İddiaçı ilə cavabdeh arasında 2020-ci ilin noyabr ayında malın pulunun 2 il müddətində ödəniləcəyi barədə güzəştli müddət müəyyən edilmiş, həmin müddət isə 2022-ci ilin noyabr ayında bitmiş və cavabdeh güzəştli müddət ərzində də iddiaçının pulunu ödəməmişdir. Ona görə də iddiaçı 11 avqust 2023-cü il tarixdə iddia müddətini keçirmədən məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Belə olan halda cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi barədə verdiyi ərizəsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsas ola bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 23.100 (iyirmi üç min bir yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 162,90 (bir yüz altmış iki manat doxsan qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 23.100 (iyirmi üç min bir yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 162,90 (bir yüz altmış iki manat doxsan qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №2(073)-1931/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1931/2023
06.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver