Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1962/2024 21.08.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10100 (on min bir yüz) manat pulun və dövlət rüsumu kimi ödədiyi 120.30 (bir yüz iyirmi manat otuz qəpik) manatın tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, 2023-cü ilin yanvar ayında o Cəlilabad şəhər İran bazarında olan zaman Cəlayir kənd sakini Cavabdeh ona yaxınlaşaraq nisyə noxud almaq istədiyini deyəndə o, noxudun qiymətinin bazarda 3.30 manat təşkil etməsini deyəndə İlkin ona “heç kim nisyə mal vermir” sözünü demiş, o isə noxudun kilosunu 5 manata nisyə ala biləcəyini deyəndə İlkin onunla razılaşmış və noxudun pulunun yarısını 25 may tarixinədək, digər yarısını isə sezondan sonra, yəni xx.xx.2023-cü il tarixdən sonra verəcəyini demişdir. Həmçinin, İlkin hissə-hissə gəlib noxud götürəcəyini demişdir. İlkin yanvar ayından may ayınadək onun yanına gəlib ümumilikdə 14 000 manatlıq noxud götürmüş, lakin borcundan müəyyən vaxtlarda hissə-hissə ödəyərək hazırda 10100 manat borcu qalmışdır. Qalan pulu isə istəyəndə İlkin pulu bu gün, səhər verəcəyini deməsinə baxmayaraq bu günə qədər verməmişdir. Aralarında olan borc mübahisəsi ilə bağlı Cəlilabad RPŞ- nin Təhqiqat bölməsində araşdırma aparıldı və cinayət işinin başlanılması rədd edilmişdir. Cavabdeh 15 avqust 2023-cü il tarixdə Cəlilabad RPŞ-nin Təhqiqat bölməsində aparılan araşdırma zamanı verdiyi izahatında həqiqətən də ondan nisyə noxud almasını və ona 11935 manat borcunun olmasını etiraf etmişdir. Lakin həmin borcundan bu günə kimi 1835 manatını ödəmiş, hal-hazırda 10 100 manat borcu qalmışdır. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı tam şəkildə etiraf etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı göstərilir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə veriməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Məhkəmə onu da nəzərə alır ki, iş materiallarında yer alan Cəlilabad RPŞ-nin TB-nin təhqiqatçisı Həbib Nəsirov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayəıt işinin başlanmasının rədd edilməsi haqqında qərardadan da görünür ki, cavabdeh həqiqətən də iddiaçıya 11935 manat borcunun olduğunu etiraf etmişdir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdehlər tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyytinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 10100 (on min bir yüz) manat pul və 120.30 (bir yüz iyirmi manat otuz qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-1962/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1962/2024
21.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver