Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1963/2023 15.11.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh X4 iştirakı ilə, İddiaçı cavabdeh X8 qarşı pul tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1726 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37,65 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, Cəlilabad rayonu Maşlıq kəndində yaşamaqla, kartof məhsulunun əkilməsi, becərilməsi və satışı ilə məşğul olmaqla ailəsini dolandırır. Cavabdeh X10 onun həmkəndlisidir. Cavabdeh Vüsal Alşanov kartof mövsümündə vətəndaşlardan kartof məhsulunu yığıb başqa şəxslərə satmaqla qazanc əldə edir. 05 may 2023-cü il tarixdə cavabdeh Vüsal Alşanovla razılaşmalarına əsasən əkdiyi kartof məhsulundan 5252 kq çıxarıb 1 kq 50 manat olmaqla cavabdeh Vüsal Alşanova nisyə satmış, aralarında olan razılaşmaya əsasən cavabdeh Vüsal Alşanov ondan aldığı 5252 kq kartof məhsulunun dəyəri olan 2626 manat pul məbləğini həmin gün ona verməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh Vüsal Alşanov həmin gün aldığı kartof məhsulunun dəyərini ona ödəməmiş, həmin vaxtdan 10 gün sonra 100 manat, sonradan 300 manat və bir aydan sonra 500 manat ödəməklə, ümumilikdə ona 900 manat ödəmiş, qalan 1726 manat məbləği isə hal-hazıra kimi ona ödəməmişdir. Həmin vaxt kəndin çox adamı Vüsal Alşanova kartof satmış və həmin şəxslərin çoxu pullarını ala bilməmişlər. Bundan sonra o, aralarında yaranmış mübahisəyə görə məcbur qalıb Cəlilabad RPŞ-nə müraciət etmiş, müraciəti arşadırıldıqdan sonra Cəlilabad RPŞ-nin TB-nin 31 may 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, ona məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Həmin vaxtdan hazıradək cavabdeh Vüsal Alşanov ona olan 1726 manat məbləğində borcu ödəməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X10 iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, İddiaçı onun həmkənlisidir. O, İddiaçı kartof məhsulu almamış, iddiaçı kartof məhsulunu onun vasitəsi ilə tanış olduğu Lənkəran şəhər sakini İqbal adlı şəxsə satmışdır. O, yalnız İqbalın dediyi qiymətlərlə vətəndaşlarla razılaşdıqda, vətəndaşlara kartof məhsulunun yığılması üçün kağız kisələr paylayır və qiymətləri razılaşır. Alınan malın dəyərini isə İqbal özü ödəyir. İddiaçı ona qarşı iddiasını əsassız hesab edir, ona görə də, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının, cavabdehin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X11 verdiyi izahatında bildirdi ki, İddiaçı onun doğma oğlu, cavabdeh X10 isə həmkəndlisidir. Kənd əhalisi kimi o, da kartof məhsulunun əkib becərilməsi ilə məşğul olur. 05 may 2023-cü il tarixdə o, da kartof məhsulunu satmaq üçün çıxarmışdır. İddiaçı əkdiyi torpaq sahəsindən 159 kisə kartof məhsulu çıxarmış və hamısını da Vüsal Alşanova vermişdir. Həmin vaxt o, oğlu İddiaçı yığdığı kortof məhsulunu satması üçün karopkalara yığıb Bakı şəhərinə göndərməsini, pulunun isə səhərisi gün göndəriləcəyini bildirmiş, lakin oğlu İddiaçı Vüsal Alşanov qohum olduğu üçün yığdığı kortof məhsulunu Vüsal Alşanova satacağını bildirmiş və həmin gün 2626 manat məbləğində 159 kisə kartof məhsulunu Vüsal Alşanova satmışdır. Vüsal Alşanov 2626 manat məbləğin 900 manat hissəsini ödəmiş, qalan 1726 manat məbləği isə hazıradək ödəməmişdir. O, təsdiq edir ki, X4 İddiaçı 1726 manat məbləğində borcu qalmışdır. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X9 verdiyi izahatında İddiaçı onun doğma oğlu olduğunu bildirərək, digər şahid X11 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X12 verdiyi izahatında bildirdi ki, İddiaçı və cavabdeh X10 hər ikisi onun həmkəndliləridir. Kənd əhalisi kimi o, da kartof məhsulunun əkib becərilməsi ilə məşğul olur. İddiaçı və özü əkdikləri kartof məhsulu çıxarmışlar və hamısını da şəxsən Vüsal Alşanova satmışlar. O, Lənkəranlı İqbal adlı şəxs tanımır. Satdıqları məhsula şəxsən Vüsal özü gəlib baxıb və qiymətini razılaşıb Vüsal Alşanova satmışlar. O, X4 İddiaçı 1726 manat məbləğində borcu olduğunu təsdiq edir. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X2 verdiyi izahatında bildirdi ki, İddiaçı və cavabdeh X10 hər ikisi onun həmkəndliləridir. Kənd əhalisi kimi o, da kartof məhsulunun əkib becərilməsi ilə məşğul olur. Onlar kartof məhsulunu Lənkəranlı İqbal adlı şəxsə satmışlar. İddiaçı da yığdığı kartof məhsulunu Vüsal Alşanov vasitəsi ilə Lənkəranlı İqbal adlı şəxsə satmışdır. Lakin iddiaçı ilə cavabdeh arasında olan həmin alqı-satqı razılaşmasından məlumatı yoxdur. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 verdiyi izahatında bildirdi ki, İddiaçı və cavabdeh X10 hər ikisi onun həmkəndliləridir. O, təxminən 4-5 ildir ki, Vüsal Alşanovla işləyir. Kartof məhsulunu Lənkəranlı İqbal ya özü ya da ki, oğlu alırlar, Vüsal Alşanov sadəcə vasitəçilik edir və kartofun yığılması üçün kisələr paylayır. Onun iddiaçı ilə cavabdeh arasında olan hər hansı bir razılaşmadan məlumatı yoxdur. İş materialında olan cinayət işinin başlanılmasının rədd edilməsi barədə Cəlilabad RPŞ-nin TB-nin 31 may 2023-cü il tarixli qərardan görünür ki, cavabdeh X1 RPŞ-nin TBdə verdiyi ifadəsində İddiaçı kartof məhsulu almadığını, iddiaçı kartof məhsulunu onun vasitəsi ilə tanış olduğu Lənkəran şəhər sakini İqbal adlı şəxsə satdığını bildirmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı iddianın verilməsi ilə əlaqədar 37,65 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh X10 05 may 2023-cü il tarixdə İddiaçı 2626 manat dəyərində 5252 kq kartof məhsulunu nisyə almış, həmin 2626 manat məbləğin hissə-hissə ödəməklə, ümumilikdə 900 manat məbləğini ödəmiş, qalan 1726 manat məbləği isə razılaşdıqları vaxtdan üzun müddət keçməsinə baxmayaraq iddiaçıya ödəməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X8 qarşı 1726 manat pul tələbində qismən haqlıdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdeh X4 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İş materiallarından göründüyü kimi cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən onun iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh X3 1726 manat alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37,65 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh X3 1726 (bir min yeddi yüz iyirmi altı) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37,65 (otuz yeddi manat altmış beş qəpik) manat alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-1963/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1963/2023
15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver