Məhkəmə qərarları › İş №2(073)-1966/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1966/2023

05.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1966/2023 05.12.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı yaşayış evindən istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum qaynanası X1 təsərrüfatında olan Cəlilabad rayonu Həziabad kəndində yerləşən 2 mərtəbəli, 3 otaq, 1 mətbəx və 1 dəhlizdən ibarət fərdi yaşayış evinə onun (İddiaçı) yaşayış və istifadə hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın predmetinin və əsasının dəyəşdirilməsinə dair ərizə verərək, onun (İddiaçı) mərhum qaynanası X5 məxsus Cəlilabad rayonunun Həziabad kəndində yerləşən fərdi yaşayış köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cavabdeh ilə 21 mart 1999-cu ildə ailə qurmuş, həmin vaxt özünə məxsus cehiz əşyalarını da, qaynanası X5 məxsus Cəlilabad rayonu Həziabad kəndində yerləşən fərdi yaşayış evinə yığmışdır. Cavabdehlə birgə nikahlarından xx.xx.2002-ci il təvəllüdlü X6, xx.xx.2004-ci il təvəllüdlü X8 və X10 adlı uşaqları doğulmuşdur. Gəlin köçdüyü fərdi yaşayış evi Cəlilabad rayonunun Həziabad kəndində yerləşir. Ev çay daşı üzərində 2 mərtəbəli ev tipli tikilmiş, 3 otaq, 1 mətbəx, 1 dəhlizdən ibarətdir. X4 xx.xx.2020-ci il tarixdə Vətən müharibəsi zamanı Fizuli rayonu ərazisində hərbi əməliyyat nəticəsində şəhid olmuşdur. O (iddiaçı) 21 mart 1999-cu ildə ailə quran gündən mərhum qaynanası X3 təsərrüfatına qeydiyyata düşmüş və birgə təsərrüfat idarə etmişlər. İddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh onu həmin evdən çıxarmışdır. Həmin evə qayıdıb yaşamaq istəsə də, cavabdeh buna imkan verməmişdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddiaçının izahatına uyğun izahat verərək iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məkəmə iclasında Cavabdeh iddianı etiraf edərək, izahatında iddiaçıya heç bir maneə törətmədiyini, iddiaçının mübahisəli evdə qaıydıb yaşamasına razı olduğunu göstərərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı göstərilir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə veriməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyytinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh mərhum X3 təsərrüfatında olan Cəlilabad rayonunun Həziabad kəndində yerləşən 3 otaq, mətbəx və dəhlizdən ibarət 2 mərtəbəli fərdi yaşayış evinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar