Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1985/2025 19.09.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı1, onun və digər İddiaçı3 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı Cavabdeh 15323,21 manat pulun və hüquqi yardım üçün ödənilmiş 500 manat pulun alınaraq İddiaçı1, 2000 manat pulun alınaraq İddiaçı2 və qətnamənin icra edildiyi zaman məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə 2400 ABŞ dollarının və hüquqi yardım üçün ödənilmiş 500 manat pulun alınaraq İddiaçı3 ödənilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18903 manat pulun tutularaq İddiaçı1, 3000 manat pulum tutularaq İddiaçı2, 1000 manat və 2400 ABŞ dolları vəsaitin tutularaq İddiaçı3 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı3 “Elektron məhkəmə sistemi” vasitəsi ilə məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, Cavabdeh qətnamənin icra edildiyi zaman məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə 2400 ABŞ dollarının və hüquqi yardım üçün ödənilmiş 500 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 “Elektron məhkəmə sistemi” vasitəsi ilə məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, Cavabdeh 2000 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə sistemi” vasitəsi ilə məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, Cavabdeh 15323,21 manat pulun və hüquqi yardım üçün ödənilmiş 500.00 manat pulun alınıb İddiaçı1 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, 2021-ci əvvəllərində ailə münasibətlərində olan Cavabdeh birlikdə yaşamaları üçün ev almaq məqsədilə ondan borca pul istəmiş və o, cavabdehə xx.xx.2021-ci il tarixdə, GTKR3467516A163 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC-nin Hacıqabul rayon fialınından 5.680 manat pulu kreditə götürüb, həmin puldan o, banka əvvəllər adına götürdüyü öz kreditinə görə 1880,99 manat manat götürmüş, qalanını bütövlükdə iş üzrə Cavabdeh mənzil alması üçün vermişdir. Əlavə olaraq həmin tarixdə, həmin bankdan xx.xx.2021-ci il tarixdə, GTKR3467615A163 nömrəli kredit müqaviləsinə əsasən 1.690 manat kreditə pul götürüb, həmin pulu da bütövlükdə iş üzrə Cavabdeh vermişdir. Bu günə kimi həmin kredit müqavilələrinə görə, yəni - xx.xx.2021-ci il tarixdə, GTKR3467516A163 nömrəli kredit müqaviləsinə əsasən 14.879,68 manat və xx.xx.2021-ci il tarixdə, GTKR3467615A163 nömrəli kredit müqaviləsinə əsasən isə 4.024,52 manat pulu həmin banka onun tərəfindən tam olaraq 18904,20 manat ödəyib bütün öhdəliklərini tam icra etmişdir. Həmin pulları Cavabdeh verməyi barədə aralarına olan "WhatsApp" ani mesajlaşma vasitəsi ilə olan yazışmaları və səs yazıları bunu təsdiq edir. Hal-hazırda Cavabdeh bu günə kimi həmin borcdan, yəni 18.904,20 puldan xx.xx.2024-cü il tarixdə - 500.00 manat, xx.xx.2024-cü il tarixdə - 300.00 manat, xx.xx.2024- cü il tarixdə - 200.00 manat , xx.xx.2024-cü il tarixdə - 300.00 manat, xx.xx.2024-cü il tarixdə - 200.00 manat və xx.xx.2024-cü il tarixdə isə - 200.00 manat, ümumilikdə - 1.700.00 manat pul ödəmişdir. Cavabdehdən tələb etdiyi və hazırda borcu (18.904,20-1.700.00 = 17.204,20) 17.204,20 manatdır. Bundan əlavə həmin kreditləri götürərkən onun bankda 1.880,99 manat borcu olmuşdur ki, həmin borcundan iş üzrə cavabdehə heç bir aidiyyatı yoxdur. Odur ki, Cavabdeh (17.204,20-1.880,99 = 15.323,21) 15.323,21 manat pulun və hüquqi yardım üçün ödənilmiş 500 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 və digər İddiaçı3 nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, Cavabdeh İddiaçı1 mənzil almaq bəhanəsi ilə müxtəlif vaxtlarda böyük məbləğlərdə pul almış və bu günə qədər həmin pulları qaytarmamışdır. Belə ki, cavabdeh krediti və faizləri özü ödəyəcəyi öhdəliyini götürmüş və 09 mart 2021-ci il tarixdə İddiaçı1 cavabdehə 1690 manat və 5680 manat pul götürüb vermişdir. Bu pulları mənzil almaq niyyəti ilə vermişdir. Buna görə də həmin pulları Kapital Bank ASC-dən illik 27 və 28 faiz ödəmək şərli ilə 48 ay müddətinə kredit şəklində götürüb nağd olaraq cavabdehə vermişdir. Nəticədə faktiki olaraq bu pulların əvəzi olaraq İddiaçı1 banka 18903 manat məbləğində pul ödəməli olmuşdur və İddiaçı1 həmin məbləğdə maddi zərər vurulmuşdur. Bundan başqa digər iddiaçılar İddiaçı2 və İddiaçı3 da müxtəlif vaxtlarda müvafiq olaraq 3000 manat və 2400 ABŞ dolları məbləğində pulu eyni niyyətlə, ev almaq adı ilə götürmüş və bu günə qədər qaytarmamışdır. Cavabdehin əməlləri ilə bağlı polisə müraciət edilmiş, araşdırma aparılmış və cavabdeh pulları etiraf etsə də, məbləğlərin daha az olmasını bildirmişdir. Həmçinin polis cavabdehin əməllərində cinayət tərkibi aşkar etmədiyi üçün cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul etmiş və məhkəməyə müraciət etməyi məsləhət bilmişdir. Buna görədə məhkəməyə müraciət etməli olmuşlar. Qeyd edilənlərin nəzərə alınaraq Cavabdeh 15323,21 manat pulun və hüquqi yardım üçün ödənilmiş 500 manat pulun alınaraq İddiaçı1 və qətnamənin icra edildiyi zaman məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə 2400 ABŞ dollarının və hüquqi yardım üçün ödənilmiş 500 manat pulun alınaraq İddiaçı3 ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək izahatında bildirdi ki, 2021-ci əvvəllərində ailə münasibətlərində olan İddiaçı1 birlikdə yaşamaları üçün borca pul istəmişdir və İddiaçı1 bankdan pul götürərək ona vermişdir. İddiaçı2 Bulus oğluna 3000 manatdan 1000 manatını vermiş, 2000 manat borclu qalmış və İddiaçı3 borcundan 1000 manat vermiş, 2400 ABŞ dolları borclu qalmışdır. İddiaçı1 isə ona "xxxx" ASC-nin Hacıqabul filialından krediti və faizlərini ödəmək şərti ilə kredit götürərək 5030 manat pul vermişdir. Həmin banka İddiaçı1 əvvəlcədən özünün borcu qalmışdır, qalan faizlərdə həmin borcun faziləridir. Yəni ona aid deyildir. Amma bu 5030 manat götürülən krediti faizləri ilə birlikdə qaytaracaqdır. İddiaçı1 indiyədək ümumilikdə 1700 manat pul qaytarmışdır. Bu qaytardığı məbləğidə faizlərə çıxır. Həmin məbləğlərə görə faiz çox hesablanmışdır. O, İddiaçı1 ümumilikdə 8300 manat borcu qaldığını bildirdi. Qeyd etdiklərinin nəzərə alınaraq iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia iddiaçılar İddiaçı2 və İddiaçı3 münasibətdə təmin, İddiaçı1 münasibətdə isə qismən təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" ASC tərəfindən verilmiş 20 fevral 2025-ci il tarixli hesabatdan görünür ki, İddiaçı1 "xxxx" ASC-dən 09 mart 2021-ci il tarixdə, GKTR3467516A163 saylı müqaviləyə əsasən 5680 (beş min altı yüz səksən) manat məbləğində kredit götürmüşdür və 01 mart 2021-ci il tarixdən 27 mart 2024-cü il tarixinədək cəmi 14879,68 (on dörd min səkkiz yüz yetmiş doqquz manat altımış səkkiz qəpik) manat banka kredit ödənişi etmişdir. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş 20 fevral 2025-ci il tarixli hesabatdan görünür ki, İddiaçı1 "xxxx" ASC-dən 09 mart 2021-ci il tarixdə, GKTR3467516A163 saylı müqaviləyə əsasən əlavə olaraq 1690 (bir min altı yüz doxsan) manat məbləğində kredit götürmüşdür və 01 mart 2021-ci il tarixdən 27 mart 2024-cü il tarixinədək cəmi 4024,52 (dörd min iyirmi dörd manat əlli iki qəpik) manat banka kredit ödənişi etmişdir. İşdə olan “Whatsapp” aplikasiyasında ani mesajlaşmalardan görünür ki, Cavabdeh İddiaçı1 olan borcunu etiraf edir. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş 06 iyul 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı1 09 mart 2021-ci il tarixdə GTKR3467615A163 saylı müqavilə əsasında götürdüyü 1690 manat məbləğində krediti (27% ilə) və 09 mart 2021-ci il tarixdə GTKR3467516A163 saylı müqavilə əsasında götürdüyü 5680 manat krediti (28% ilə) tam ödəmişdir və heç bir aktiv öhdəliyi qalmamışdır. İşdə olan CD diskə məhkəmə iclasına baxış keçirilən zaman müəyyən olundu ki, Cavabdeh İddiaçı1 aldığı pulları geri qaytaracağını vədd edir. İşdə olan Hacıqabul rayon polis şöbəsinin 14 mart 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardadan görünür ki, İddiaçı1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh borc pullarının geri alınması tələbi ilə bağlı aralarında yaranmış mübahisə mülki xarakterli mübahisə olduğundan məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mənzil almaq adı ilə müxtəlif vaxtlarda pullar almış və bu günə qədər həmin pulları tam qaytarmamışdır. 09 mart 2021-ci il tarixdə İddiaçı1 razılaşdıqları kimi krediti və faizi cavabdeh ödəyəcəyi şərti ilə "xxxx" ASC-dən 5680 manat və 1690 manat kredit götürərək cavabdehə pul vermişdir. "xxxx" ASC-nin çıxarışlarına əsasən İddiaçı1 banka GKTR3467516A163 saylı müqaviləyə əsasən 5680 manat məbləğində kredit götürdüyü və 01 mart 2021-ci il tarixdən 27 mart 2024-cü il tarixinədək cəmi 14879,68 manat faizləri ilə birlikdə kredit ödənişi etdiyi və GKTR3467516A163 saylı müqaviləyə əsasən isə əlavə olaraq 1690 manat məbləğində kredit götürdüyü və 01 mart 2021-ci il tarixdən 27 mart 2024-cü il tarixinədək cəmi 4024,52 manat faizləri ilə birlikdə kredit ödənişi etdiyi müəyyən edilmişdir. İddiaçı1 "xxxx" ASC-dən götürdüyü pulları cavabdehə vermişdir. İddiaçı1 götürdüyü kredit məbləğindən bir qismini özünə məxsus olan 1880,99 manat kredit borcunu bağlamışdır. Buna görə də kreditə hesablanmış faizlərdən iddiaçı Təranənin özünə məxsus olan 1880,99 manat kredit borcunun faizləri cavabdehə aid deyil. Həmçinin Cavabdeh bu günə kimi İddiaçı1 xx.xx.2024-cü il tarixdə - 500 manat, xx.xx.2024-cü il tarixdə - 300 manat, xx.xx.2024- cü il tarixdə - 200 manat , xx.xx.2024-cü il tarixdə - 300 manat, xx.xx.2024-cü il tarixdə - 200 manat və xx.xx.2024-cü il tarixdə isə - 200 manat, ümumilikdə - 1700 manat pul ödəmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı1 Cavabdeh qarşı 15323,21 manat və hüquqi yardıma görə 500 manat hissəsində qismən haqlıdır. Belə ki, İddiaçı1 öz kredit borcuna görə ödədiyi 1880,99 manatı 09 mart 2021-ci il tarixli, GTKR3467516A163 saylı kredit müqaviləsinə əsasən götürdüyü 5680 manat kredit məbləğindən çıxdığı üçün 1880,99 manatına mütənasib olaraq hesablanmış 3000 manat ümumi kredit faizini çıxmaqla cavabdehin üzərinə 12323,21 manat pul tələbi qoyula bilər. Beləliklə, Cavabdeh İddiaçı1 12323,21 manat, İddiaçı2 2000 manat və İddiaçı3 2400 ABŞ dolları borclu qalması müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh oglunun hərəkətləri əsassız varlanma kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia iddiaçılar İddiaçı2 və İddiaçı3 münasibətdə təmin, İddiaçı1 münasibətdə isə qismən təmin edilərək, Cavabdeh İddiaçı1 12323,21 manat və hüquqi yardıma görə ödənilmiş 500 manat, İddiaçı2 2000 manat manat və İddiaçı3 qətnamənin icra edildiyi zaman məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə 2400 ABŞ dolları və hüquqi yardıma görə ödənilmiş 500 manat pul vəsaiti alınıb verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan 09 aprel 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı1 hazırkı iddia ərizəsinin verilməsi ilə əlaqədar 171 manat dövlət rüsumu ödəmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə İddiaçı1 tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 171 manat dövlət rüsumu da cavabdehdən alınaraq İddiaçı1 verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı1 12323,21 (on iki min üç yüz iyirmi üç manat iyirmi bir qəpik) manat və hüquqi yardıma görə ödənilmiş 500 (beş yüz) manat, İddiaçı2 2000 (iki min) manat və İddiaçı3 qətnamənin icra edildiyi zaman məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə 2400 (iki min dörd yüz) ABŞ dolları və hüquqi yardıma görə ödənilmiş 500 (beş yüz) manat pul vəsaitləri alınıb verilsin. İddiaçı1 tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 171 (bir yüz yetmiş bir) manat dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı1 verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-1985/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1985/2025
19.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver