Məhkəmə qərarları › İş №2(073)-2020/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2020/2025

09.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2020/2025 09.10.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən vurduğu maddi ziyana görə 13383 manat pulun və dövlət rüsumu kimi ödədiyi 130 manatın alınıb ona verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurduğu maddi ziyana görə 13383 manat pulun və dövlət rüsumu kimi ödədiyi 130 manatın alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, Biləsuvar şəhəri Vaqif küçəsi ev 37-də yaşayır. X7 qaynatasıdır. Niyaməddin Cəlilabad rayonunun Ağdaş kəndində yaşayır. Niyaməddin ilə qohum kimi aralarında yaxşı münasibət vardır. 10 yanvar 2020-ci il tarixdə oğlu X25 İslam Respublikasından Azərbaycan Respublikasına sərhədi keçən zaman onunla birlikdə gələn şəxsin əl yükündə narkotik vasitələr aşkar olunduğuna görə həmin şəxslə birlikdə oğlu Namid də saxlanılmışdır. Bundan sonra, Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanmış və sonradan cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. 2021-ci ilin oktyabr ayının əvvəllərində Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə oğlu Namid Kərimova 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir. Oğlunun məhkəmə prosesləri zaman hər daim Niyaməddin ilə birlikdə məhkəməyə getsə də oğluna hökm oxunan gün Niyaməddinin işi olduğuna görə onunla gedə bilməmişdir. Ona görə də hökm oxunduqdan sonra Niyaməddin ilə mobil telefonla əlaqə saxlayaraq Namidə 10 (on) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası verildiyini bildirmiş və Niyaməddindən əgər elə bir tanışları varsa oğlunun işinə köməklik edib cəzasının aşağı salınmasında kömək etməsini xahiş etmişdir. Niyaməddin bir nəfər tanışı olduğunu, onunla əlaqə saxlayacağını bildirmişdir. Həmin gün axşam Niyaməddin onunla əlaqə saxlayaraq Rəfail adlı bir nəfər tanışının olduğunu və həmin şəxsin oğlu Namid Kərimovun cəzasının 4 (dörd) il 06 (altı) ay azaldılmasını öz boynuna götürdüyünü bildirmişdir. Niyaməddin həmin şəxsin ilkin olaraq 10000 (on min) manat pul istədiyini, qalan hissəsini isə sonra veriləcəyini bildirmişdir. Niyaməddin ona nə qədər pul varsa hamısını gətirməsini bildirmişdir. O da Niyaməddinə hal-hazırda özündə 9300 manat pul olduğunu bildirmişdir. Bundan sonra 2022-ci ilin avqust ayında Cəlilabad rayonunun Ağdaş kəndinə Niyaməddinin evinə gələrək həmin 9300 manat pulu Niyaməddinə vermiş və yaşadığı evə qayıtmışdır. Həmin hadisənin səhəri günü Niyaməddin ona zəng edərək işi düzəldəcək olan Rəfail adlı şəxsin yaşadığı evin həyətində olduğunu və pulunu Rəfailə verdiyini və bir həftə sonra Namidin işinə baxılıb təzədən hökm çıxarılacağını demişdir. Bu hadisədən bir həftə sonra Rəfailin dediyi vaxtda Niyaməddinə zəng edərək işin həll olmadığını bildirmişdir. Niyaməddin həmin şəxsə zəng etsə də Rəfail bir iki gün yubandığını və işi həll edəcəyini bildirmişdir. Deyilən vaxtdan iki-üç gün sonra başa düşmüşdür ki, həmin şəxs sözünün üstündə duran adam deyil və pulunun qaytarılmasını tələb etmişdir. Niyaməddin həmin şəxsə zəng etsə də Rəfail müxtəlif bəhanələrlə pulu qaytarmamışdır. Ona görə də Niyaməddindən Rəfailin əməli barədə Cəlilabad RPŞ-yə ərizə ilə müraciət etməsini tələb etmişdir. Bundan sonra Niyaməddin Cəlilabad RPŞ-yə gedərək Rəfailin onları aldatması barədə yazılı ərizə ilə müraciət etmişdir. O, əvvəldən Cavabdeh ilə tanışlığı olmamış, onunla heç vaxt görüşməmiş və danışmamışdır. Ona və digər bir şəxsə qarşı dələduzluq etdiyinə görə cavabdeh Əliyev X16 Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.12, 178.2.4-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildi. Cavabdeh ona dəymiş ziyandan heç bir ödəniş etmədi. O, cavabdehə verdiyi pulu tanışlarından borc götürüb vermişdir, daha sonra borcu qaytarmaq üçün "xxxx" ASC-dən 9000 manat kredit götürərək tanışlarına vermişdir. Həmin pula görə o, banka faizləri ilə birlikdə cəmi 13383,41 manat pul ödəmişdir. O, həmin pulu da cavabdehdən tələb edir. Cavabdeh həbsdən çıxdıqdan sonra o, pulunu tələb etsə də, cavabdeh onun pulunu qaytarmaqdan imtina etmişdir. O da məcbur qalıb bu barədə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, o, İddiaçı əvvəllər tanımamışdır. Niyaməddin Abdullayevlə iş yoldaşı olmuşdur və Niyaməddinin vasitəsi ilə iddiaçıyla sonradan iş sövdələşməsi ilə bağlı tanışlıqları olmuşdur. Belə ki, Niyammədin ona zəng edərək, kürəkəninin tutulduğunu və köməklik lazım olduğunu bildirmişdir. Bundan sonra aralarında danışıqlara əsasən Niyaməddin ona 10000 manat pul verməli idi. Lakin, Niyaməddin onun evinə gələrək 8300 manat pul vermişdir, qalan 1700 manatı özü cibindən qoymuşdur. Niyaməddinin kürəkəni, yəni İddiaçı oğlu Namid Kərimovun azadlığa buraxılmasına köməklik edə bilməmişdir. Sonradan Cəlilabad şəhər ərazisində yerləşən Poçtun yaxınlığında görüşmüşlər və 8300 manat pulu Niyaməddin Abdullayevə geri qaytarmışdır. Niyaməddin notariusa getmiş və orada pulu qaytarması ilə bağlı ərizə vermişdir. Amma Niyaməddinin həmin pulu iddiaçı Həsənağaya verib-verməməsini bilmir. İddiaçı pul almamış, pulu Niyaməddin Abdullayevdən almış və Niyaməddinə də qaytarmışdır. Hazırda iddiaçıya borcu yoxdur. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X6 izahatında bildirdi ki, İddiaçı onun qudası, iddiaçının oğlu onun kürəkəni və cavabeh isə əvvəllər iş yoldaşı olmuşdur. 10 yanvar 2020-ci il tarixdə X23 İran İslam Respublikasından Azərbaycan Respublikasına sərhədi keçən zaman onunla birlikdə gələn şəxsin əl yükündə narkotik vasitələr aşkar olunduğuna görə həmin şəxslə birlikdə oğlu Namid də saxlanılmışdır. Bundan sonra, Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində Namidin barəsində Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanmış və sonradan cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. 2021-ci ilin oktyabr ayının əvvəllərində Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Namid Kərimova 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir. Namidin məhkəmə proseslərinə İddiaçıla ilə birlikdə məhkəməyə getsə də, lakin, hökm oxunan gün onun işi olduğuna görə ididaçı ilə birlikdə məhkəməyə gedə bilməmişdir. Ona görə də hökm oxunduqdan sonra Həsənağa mobil telefonla onunla əlaqə saxlayaraq Namidə 10 (on) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası verildiyini bildirmiş və ondan əgər elə bir tanışları varsa oğlunun işinə köməklik edib cəzasının aşağı salınmasında kömək etməsini xahiş etmişdir. O da bir qədər əvvəl Rəfail ilə rastlaşmış, söhbət əsnasında Rəfail tanışı olduğunu və hər bir işi həll edə biləcəyini ona demişdir. Ona görə o da bir nəfər tanışı olduğunu, onunla əlaqə saxlayacağını Həsənağaya bildirmişdir. Həmin gün axşam o, iddiaçı ilə əlaqə saxlayaraq Rəfail adlı tanışının olduğunu və həmin şəxsin Namid Kərimovun cəzasının 4 (dörd) il 06 (altı) ay azaldılmasını öz boynuna götürdüyünü bildirmişdir. O, həmin şəxsin ilkin olaraq 10000 (on min) manat pul istədiyini, qalan hissəsini isə sonra veriləcəyini bildirmişdir. Bundan sonra o, İddiaçı 9300 manat pulu alıb, ikincinin yaşadığı evdə Cavabdeh vermişdir. Sonradan Rəfail onları aldatmış, verdiyi sözü yerinə yetirməmişdir. Bundan sonra İddiaçı Cavabdeh barəsində Cəlilabad RPŞ-yə şikayət etmiş və cavabdehi tutmuşlar. Rəfail həmin vaxtı Cəlilabad RPŞ-də ona bildirdi ki, ərizə yaz çıxım və dərhal sənin pulunu verdiyim adamlardan alıb qaytarım. Rəfailə inanmış və onun oğlu ilə Cəlilabad rayon Notarius Ofisinə getmiş və ərizə vermişdir. Lakin, həmin vaxt pul ortalıqda olmadığı üçün notarius ərizədə məbləğ göstərilməsinin mümkün olmadığını bildirmiş, Rəfailin xahişlərindən və pulu qaytaracağı vədlərdən sonra belə razılaşmışlar ki, Rəfailin oğlu dilindən qəbz yazaraq pulun qaytarılması barədə, o da şikayətinin olmaması barədə ərizə yazıb polisə verəcək və deyilən kimi etmişlər. Rəfail həbsdən çıxmışdır. Ondan sonra Rəfailin digər şəxsləri də aldadaraq dələduzluq etdiyinə görə barəsində məhkəmə oldu, həbs olundu və çıxdı. Lakin hələ də Rəfail Həsənağanın pulunu qaytarmamışdır. Rəfail həbsdən çıxdıqdan sonra o, arvadı ilə poçtda olan zaman Rəfaili görmüş, pulu istəmiş və Rəfail yenə də pulu qaytaracağını söz vermiş, lakin, yenə ondan qaçmışdır. İddiaçı verdiyi 9300 manatı tanışlarından borc almış, sonra tanışları pulu tələb etdiyi üçün Həsənağa "xxxx" ASC-dən 22 avqust 2022-ci il tarixdə kredit götürmüş, borcunu qaytarmışdır. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X8 izahatında bildirdi ki, İddiaçı oğlu onun qudası, X18 onun kürəkəni, X6 onun əri, Cavabdeh isə ərinin iş yoldaşı olmuşdur. X23 10 yanvar 2020-ci il tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikasına sərhədi keçən zaman onunla birlikdə gələn şəxsin əl yükündə narkotik vasitələr aşkar olunduğuna görə həmin şəxslə birlikdə oğlu Namid də saxlanılmışdır. Bundan sonra 2021-ci ilin oktyabr ayının əvvəllərində Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Namid Kərimova 10 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir. Sonradan əri Niyaməddin iş yoldaşı Cavabdehlə danışmış, Rəfail ona Namidi azadlığa buraxılmasına köməklik edəcəyini bildirmişdir. Bu işlə bağlı Həsənağa Cavabdeh əri Niyaməddinin vasitəsilə 9300 manat pul vermişdir. Ondan sonra eşitmişdir ki, Rəfail onlar kimi digər insanları da aldadıb pullarını aldığına görə dələduzluq işi ilə bağlı Cəlilabad RPŞ tərəfindən tutulmuşdur. Həbsdən azad olunması və pulu qaytarması üçün Niyaməddindən şikayətinin olmaması barədə ərizəyə ehtiyac olmuş, əvəzində Rəfailin oğlu da pulu 20 günə qaytaracağı barədə dilindən qəbz yazıb vermişdir. Daha sonra məhkəmə olmuş, həbs olunmuş və cəzasını çəkəndən sonra həbsdən çıxmışdır. Lakin hələ də Rəfail onlara pulu qaytarmamışdır. Rəfail həbsdən çıxdıqdan sonra o, əri ilə poçtda olan zaman Rəfaili görmüş, əri Niyaməddin Rəfaildən pulu tələb etmiş, Rəfail yenədə pulu qaytaracağını söz vermiş, lakin, yenə aldatmışdır. İddiaçı verdiyi 9300 manatı tanışlarından borc almış, sonra tanışları pulu tələb etdiyi üçün Həsənağa "xxxx" ASC-dən 22 avqust 2022-ci il tarixdə kredit götürmüş, borcunu qaytarmışdır. İşdə olan Cavabdeh övladı X15 yazdığı qəbzdə “Mən X5 sakini X1 iş düzəltmək üçün 10000 manat (on min) manat pul aldım. Aprel ayının 20-sinə qədər pulu geri qaytaracam. Əks halda pulu gecikdirsəm hüquq mühafizə orqanlarına şikayət etmək hüququ vardı. İmza: X20” qeyd olunmuşdur. İşdə olan X3 verdiyi və Cəlilabad rayon 1 saylı Notarius Ofisi tərəfindən təsdiqlənmiş 30 mart 2022-ci il tarixli ərizədə “X2 bildirirəm ki, Cavabdeh cinayət işi üzrə zərərçəkmiş şəxsəm, onunla barışmışam və Cavabdeh qarşı heç bir şikayət və tələbim yoxdur və gələcəkdə də olmayacaq.” qeyd olunmuşdur. İşdə olan "xxxx" ASC-nin 20 avqust 2022-ci il tarixli, GTKR6254385A151 saylı kredit müqaviləsinin ödəniş qrafikindən görünür ki, İddiaçı 22 sentyabr 2022-ci il tarixdən 24 avqust 2026-cı il tarixədək 9000 manat əsas və 4383,41 manat faiz borcu olmaqla, cəmi 13383,41 manat borcu ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, 1(073)- 152/2022 saylı hökmündən görünür ki, Cavabdeh tanışı X4 qohumu X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsində çıxarılmış ittiham hökmü üzrə 10 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasını öz tanışları vasitəsilə 6 il həddində endirəcəyini vəd verib vahid niyyətlə aldadaraq sonuncunun atası İddiaçı məxsus 9300 manat məbləğində xeyli miqdarda pul vəsaitinin 8800 manat hissəsini 2021ci ilin oktyabr ayının ortalarında Cəlilabad rayonunun, Uzuntəpə kəndində yerləşən evinin həyətində, bir neçə gün sonra isə həmin ünvanda qalan 500 manat olmaqla, ümumilikdə 9300 manat məbləğində pul vəsaitini Niyaməddin Abdullayevdən ələ keçirərək özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmiş və bunun nəticəsində Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh 28 mart 2022-ci ildən 30 mart 2022-ci ilədək, 2 gün müddətə həbsdə saxlanılması nəzərə alınmaqla, həmin müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 il 5 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Qeyd olunan hökmdən görünür ki, Cavabdeh 28 mart 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş və 30 mart 2022-ci il tarixdə isə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, Cəlilabad rayon Polis şöbəsinin MSY-dən azad edilmişdir. Məhkəmə ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələbinə əsasən mülki hüquq pozuntusu ilə bağlı məsuliyyətin yaranması üçün zərərçəkən şəxsə ziyan vurulması, həmin ziyanın üzərinə məsuliyyət qoyulan şəxs tərəfindən yetirilməsi, yetirilmiş ziyanla üzərinə məsuliyyət qoyulan şəxsin hərəkəti arasında səbəbli əlaqənin olması və vurulmuş ziyanla bağlı şəxsin təqsirinin olması zəruridir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh tanışı X4 qohumu X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsində çıxarılmış ittiham hökmü üzrə 10 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasını öz tanışları vasitəsilə 6 il həddində endirəcəyini vəd verib vahid niyyətlə aldadaraq Namidin atası İddiaçı məxsus 9300 manat pulu almış, sonradan onun dələduzluq niyyətini başa düşdükdə İddiaçı şikayət etmiş və Cavabdeh Cəlilabad RPŞ tərəfindən tutulmuşdur. Cavabdeh həmin vaxtı Cəlilabad RPŞ-də Niyaməddinə bildirmişdir ki, ərizə yaz çıxım və dərhal sənin pulunu verdiyi adamlardan alıb qaytarım. Niyaməddin, Rəfailə inanmış və Rəfailin oğlu ilə Cəlilabad rayon Notarius Ofisinə getmiş və ərizə vermişdir. Lakin, həmin vaxt pul ortalıqda olmadığı üçün notarius ərizədə məbləğ göstərilməsinin mümkün olmadığını bildirmiş, Rəfailin xahişlərindən və pulu qaytaracağı vədlərdən sonra belə razılaşmışlar ki, Rəfailin oğlu dilindən qəbz yazaraq pulun qaytarılması barədə, o da şikayətinin olmaması barədə ərizə yazıb polisə verəcək və deyilən kimi etmişlər. Rəfail həbsdən çıxmışdır. Ondan sonra Rəfailin digər şəxsləri də aldadaraq dələduzluq etdiyinə görə barəsində məhkəmə olmuş və Cəlilabad Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, 1(073)-152/2022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd olunan ərizədən görünür ki, Niyaməddin həmin ərizə ilə Rəfaildən şikayət və tələbinin olmadığını bildirmiş, lakin əslində pulun sahibi Həsənağa olmuşdur. Həmçinin ərizədə kankret olaraq hər hansı məbləğdə pulun qaytarılmaması göstərilməmişdir və həmin ərizə X15 pulun 20 gün müddətində qaytarılacağı barədə qəbzi verməsi nəticəsində notarius ofisində tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyana görə 9300 manat pul tələbində haqlıdır. Belə ki, məhkəmə iclasında Cavabdeh Cammal oğlunun törətdiyi cinayət əməli nəticəsində İddiaçı vurulmuş maddi ziyana görə iddiaçıya 9300 manat borcunun yaranması öz təsdiqini tapmışdır. Lakin, həmin 9300 manatın İddiaçı qaytarması sübut olunmur. Məhkəmə iclasında iddiaçının və şahidlərin verdiyi izahatları və tədqiq edilmiş sübutlar işin halları ilə üst-üstə düşdüyü və inandırıcı olduğundan, iddiaçının 9300 manat pul tələbi hissəsində əsaslı olduğu qənaətinə gəlinir. Məhkəmə həmçinin iddiaçının cavabdehə verdiyi 9300 manat pula görə bankdan götürdüyü kredit borcuna əsasən "xxxx" ASC-yə 4383 manat ödədiyi faiz məbləği tələbini qismən əsaslı hesab edir və həmin faiz məbləği iyun 2025-ci ilədək ödənilmiş 4045 manat müəyyən edildi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh oglunun hərəkətləri əsassız varlanma kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh dəymiş maddi ziyana görə 13345 manat alınıb İddiaçı verilməli, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 130 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi ziyana görə 13345 (on üç min üç yüz qırx beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 130 (bir yüz otuz) manat alınıb İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar