Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2032/2025 21.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidmətinin 11 saylı X2 Mərkəzinin Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidmətinin 11 saylı X2 Mərkəzi Cavabdeh vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 75.32 (yetmiş beş manat otuz iki qəpik) manat məbləğində pulun alınaraq 11 saylı X2 Mərkəzinin hesabına köçürülməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə Mərkəzin Göytəpə meşəbəyliyinin 11 saylı meşə dolayında araşdırma aparılmış, araşdırma zamanı Cəlilabad rayonu sakini Cavabdeh həyətyanı sahəsində meşə məhsulunun buraxılış orderi olmayan yaş oduncaq olması və X6 zərər vurması faktı müəyyən edilmişdir. Cavabdeh hüquqazidd hərəkətləri nəticəsində X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019cu il tarixli, 30 saylı qərarı əsasında hesablamalarla ümumilikdə 124 (bir yüz iyirmi dörd) manat 32 (otuz iki) qəpik zərərin vurulması müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 252-ci maddəsinin tərkibi olduğundan barəsində xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və toplanılmış material İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixdə 26/29/d saylı məktubla 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Cavabdeh barəsində xx.xx.2025-ci il tarixdə, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, həmin qərardan şikayət verilməmiş və qərar qanuni qüvvəsini almışdır. xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə Cavabdeh vurduğu 2ərərin əvəzinin könüllü olaraq ödəməsi tələb edilmiş, lakin Cavabdeh vurduğu zərərdən 49 (qırx doqquz) manat ödəsə də 75 (yetmiş beş) manat 32 (otuz iki) qəpiyi ödəməkdən imtina etmişdir. Eyni zamanda xx.xx.2025-ci il tarixdə, № 3-14/2-10-Q-3/2025 saylı məktubla tərtib edilmiş inzibati xəta haqqında protokolun surəti Cavabdeh göndərilmişdir. Qeyd edilənlərlə əlaqədar Cavabdeh 75.32 (yetmiş beş manat otuz iki qəpik) manat məbləğində pulun alınaraq 11 saylı X2 Mərkəzinin hesabına köçürülməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflrər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2025-ci il tarixli aktdan və əlavə edilmiş foto şəkillərdən görünür ki, xx.xx.2025-ci il tarixdə Mərkəzin Göytəpə meşəbəyliyinin 11 saylı meşə dolayında araşdırma aparılan zaman Cəlilabad rayonu Güneyli kənd sakini Cavabdeh həyətində yaş oduncaq aşkarlanmış və oduncağın daşınması ilə bağlı heç bir sənəd tamılmamışdır. İşdə olan xx.xx.2024-cü il tarixli MN N176398 saylı protokoldan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə daşınma yeri məlum olmayan meşə məhsulu oduncağı yaş halda qanunsuz olaraq kəsərək yaşadığı ev ünvanına daşımış və bunla Azərbaycan Respublikası İXM-nin 252-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan meşəbəyi X3 tərəfindən yazılmış izahatdan görünür ki, xx.xx.2025-ci il tarixində Cavabdeh həyətyanı sahəsində meşə dolayından gətirilmiş və heç bir sənədi olmayan yaş oduncaq aşkarlanmışdır. İşdə olan meşəbəyi X4 tərəfindən yazılmış izahatdan görünür ki, xx.xx.2025-ci il tarixində Cavabdeh həyətyanı sahəsində meşə dolayından gətirilmiş və heç bir sənədi olmayan yaş oduncaq aşkarlanmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli MN N1786177 saylı qərardan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli MN N176398 saylı protokola əsasən daşınma yeri məlum olmayan meşə məhsulu oduncağı yaş halda qanunsuz olaraq kəsərək yaşadığı ev ünvanına daşıdığı üçün Azərbaycan Respublikası İXM-nin 252-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və bu səbəbdən 350 manat məbləğində cərimə olunmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli həcm–qiymət cədvəlindən görünür ki, xx.xx.2025-ci il tarixdə Mərkəzin Göytəpə meşəbəyliyinin 11 saylı meşə dolayına oduncaq məhsulunun qanunsuz tədarük olunması nəticəsində 124.32 manat zərər vurulmuşdur. İşdə olan xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixli məktublardan görünür ki, iddiaçı Cavabdeh vurduğu ziyanı könüllü olaraq ödəməsini tələb etmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, Cavabdeh tərəfindən Masallı RMTM-in hesabına 49 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi, cavabdeh delikt törətmiş, onun tərəfindən meşə məhsulu oduncağı yaş halda qanunsuz kəsilməsi nəticədə 75.32 (yetmiş beş manat otuz iki qəpik) manat məbləğində ziyan vurulmuşdur ki, həmin ziyan da Cavabdeh alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidmətinin 11 saylı X2 Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi və iddia tələbi təmin edildiyi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 75.32 (yetmiş beş manat otuz iki qəpik) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidmətinin 11 saylı X2 Mərkəzinin hesabına köçürülsün. 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-2032/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2032/2025
21.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver