Məhkəmə qərarları › İş №2(073)-2078/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2078/2025

02.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2078/2025 02.10.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı1, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı cavabdehdehdən 15000 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq onlara (iddiaçılara) verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15000 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq onlara (iddiaçılara) verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək verdiyi izahatında bildirdi ki, o və digər İddiaçı2 Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Binə Ticarət Mərkəzi”ndə kişi geyimlərinin topdan satışı ilə məşğul olurlar. Cavabdeh onların mağazasından topdan satış üçün alış-veriş etdiyindən tanımışlar. Cavabdeh həmişə onlara məxsus mağazadan yarı nağd, yarı nisyə alış-veriş etmişdir. Buna görədə Cavabdeh inanıb nisyə mal vermişlər. Cavabdeh onlara məxsus mağazadan aldığı nisyə mallara görə ümumilikdə 33330 manat borcu vardır. Cavabdeh həmin borcu imkanı olmadığından 2023-cü ilin yanvar ayında ödəyəcəyini bildirsə də, bununla bağlı heç bir addım atmamışdır. Hətta 2022-ci ildə borcu istəyəndə cavabdeh onların barəsində şərböhtan xarakterli Bakı şəhəri, Qaradağ rayonu, 10-cu polis bölməsinə şikayət etmişdir. Cavabdeh indiyədək borcunu qaytarmamışdır. Onlar sonuncu dəfə cavabdehin mağazasına getmişlər, nisiyə verdikləri malları yığıb aparmışlar. Nəticədə cavabdehin onlara satılan malların dəyəri olan 11920 manat borcu və əvvəlki borcundan 3000 manat borcu qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı2 məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək üzürlü səbəbdən məhkəmə iclasına gələ bilməyəcəyini nəzərə alaraq onun iştirakı olmadan işə baxılmasını və iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək verdiyi izahatında bildirdi ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Binə Ticarət Mərkəzi”ndə kişi geyimlərinin topdan satışı ilə məşğul olurlar. O, iddiaçıların mağazasından topdan satış üçün alış-veriş edir. Tanışlıqları buradan olmuşdur. Həmişə iddiaçılara məxsus mağazadan yarı nağd, yarı nisyə alış-veriş etmişdir. Hazırda iddiaçıalara heç bir borcu yoxdur. Həm də iddiaçıların ondan tələb etdiyi pul məbləği şişirdilmişdir. Alver etdikləri müddət ərzində iddiaçılara qeyd kitabçasında göstərilən 33330 manat borcu yaranmışdır. Sonuncu dəfə borcu qaytara bilmədiyindən iddiaçılar onun mağazasına gələrək nisiyə verdikləri və özünə məxsus malları yığıb aparmışlar. Həmin vaxtı 26000 manatdan yuxarı mal aparmışlar və ona mağazada xəsarət yetirmişlər. Lakin, o, bu günədək aparılan malların siyahısını tutmamış və məbləğini dəqiqləşdirməmişdir. Onun iddiaçılara borcu qalmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X1 verdiyi izahatında bildirdi ki, o, iddiaçılara məxsus mağazadan ünvanlara malların çatdırılması ilə məşğul olur. İddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Binə Ticarət Mərkəzi”ndə kişi geyimlərinin topdan satışı ilə məşğul olurlar. Cavabdeh tez-tez iddiaçıların mağazasından topdan satış üçün alış-veriş edir. İşdə olan 11 fevral 2022-ci il tarixli Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan iddiaçıların nisiyə qeyd kitabçası proses iştirakçıları ilə birlikdə müayinə edilərkən müəyyən edildi ki, cavabdehin ümumi olaraq nisiyə aldığı mallara görə 33330 manat borcu yaranmış, daha sonra iddiaçılar Cavabdeh mağazasından bir qədər mal götürmüş və cavabdehin hazırda iddiaçılara 11920 manat borcu qaldığı kitabda qeyd edilmişdir. Cavabdeh məhkəmə iclasında izahatında həqiqətən qeyd kitabçasında göstərilən 33330 manat borclu olduğunu etiraf etmiş, lakin iddiaçıların onun mağazasında həmin borcdan 26000 manatlıq hissəsini mal olaraq götürdüklərini bildirsə də, həmin halları təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, İddiaçı1 cavabdehin əvvəldən yaranmış borcuna görə 3000 manat borclu olduğunu bildirsə də, həmin borcu sübut edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı 11920 manat pul tələbində haqlıdırlar. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və nəticədə iddiaçılara borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1n və İddiaçı2n Cavabdeh qarşı 15000 manat pul tələbində qismən haqlıdırlar. Çünki, iş materiallarına əlavə edilmiş nisiyə qeydi kitabçasına əsasən cavabdehin 11920 manat məbləğində pul borclu qaldığı məlum olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göründüyü kimi, Cavabdeh iddiaçılarla aralarında olan razılaşmanı pozaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və bununla da iddiaçılara ödəməli olduğu məbləği ödəməkdən yayınmışdır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi və aralarında olan razılaşmanın əhəmiyyətli dərəcədə pozması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi nəticə ondan ibarətdir ki, iddia qismən təmin edilməli, Cavabdeh 11920 manat alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan 01 aprel 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı1 hazırkı ərizənin verilməsi ilə əlaqədar 36 manat dövlət rüsumu ödəmişdir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə İddiaçı1 tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 36 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 11920 (on bir min doqquz yüz iyirmi) manat borc alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. İddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı1 verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar