Məhkəmə qərarları › İş №2(073)-2082/2024

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-2082/2024

20.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-2082/2024 20.09.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi, İddiaçı “Teymurbəyli” MKM-nin nümayəndəsi (direktoru) Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı “Teymurbəyli” MKM-nin Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “Teymurbəyli” MKM, nümayəndəsi (direktoru) Nümayəndə şəxsində Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı “Teymurbəyli” MKM-nin direktoru Nümayəndə ərizə verərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Bildirmişdir ki, tərəflər arasında barışıq əldə edilib və mübahisəni öz aralarında həll ediblər. Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmə hazırlıq iclasında ərizənin qaytarılması barədə ərizə verdiyindən ərizə geri qaytarılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinin tələbinə görə, ərizə geri qaytarıldığı təqdirdə ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170, 260, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “Teymurbəyli” MKM-nin Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi iddiaçıya geri qaytarılsın. Ödənilmiş 156.40 (bir yüz əlli altı manat qırx qəpik) manat dövlət rüsumu tam şəkildə “Teymurbəyli” MKM-nə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar