Məhkəmə qərarları › İş №2(073)-209/2025

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-209/2025

20.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-209/2025 20.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləğinin həcminin artırılması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 2(073)-1744/2020 saylı qətnaməsi ilə 07 oktyabr 2016-cı ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 130 manat müəyyən olunmuş alimentin məbləğinin artırılaraq 235 manat müəyyən edilməsi və Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb belə nəticəyə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, İddiaçı 13 oktyabr 2015-ci il tarixdə Cavabdeh ilə ailə qurmuşlar, nikahlarını isə 05 oktyabr 2016-cı il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahından övladları 07 oktyabr 2016-cı il təvəllüdlü X4 doğulmuşdur. Sonradan iddiaçı ilə cavabdeh arasında bağlanılmış nikah Cəlilabad Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Cəlilabad Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 2(073)-1744/2020 saylı qətnaməsi ilə 07 oktyabr 2016-cı ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 130 manat alimentin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Hazırda isə Cəlilabad Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 2(073)-1744/2020 saylı qətnaməsi ilə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş 130 manat alimentin miqdarı uşağın saxlanması üçün kifayət etmir. İddiaçının isə uşağı saxlamaq üçün kifayət qədər maddi imkanı yoxdur. İddiaçı heç bir yerdə işləməyərək uşağının tərbiyyəsi və təhsili ilə məşğuldur. Uşağın qayğıları gündən-günə artmaqdadır, iddiaçının aldığı aliment isə uşağının həm maddi ehtiyaclarının ödənilməsinə, eləcə də müalicə və məktəb xərclərinin ödənilməsinə çatmır. Uşağın getdikcə artan tələbatları qarşısında iddiaçı artıq bir ana kimi aciz qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 2(073)- 1744/2020 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, 07 oktyabr 2016cı ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarının “8.4-1-ci bəndində qey edilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin qərarın 8.4-2-ci bəndində isə qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndindi göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tələb təyin edilmiş alimentin indeksasiyasından ibarət olduğundan, İddiaçı hazırki iddia tələbi mülki məhkəmə icraatında baxılmalı olmadığından həmin mülki iş üzrə icraata xitam verilməlidir. Tələbkara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən alimentin məbləğinin indeksasiyası məqsədi ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: İddiaçı Cavabdeh qarşı məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləğinin həcminin artırılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tələbkara izah edilsin ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən alimentin məbləğinin indeksasiyası məqsədi ilə məhkəməyə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar