Məhkəmə qərarları › İş №2(073)-2108/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2108/2025

30.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2108/2025 30.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Həşimzadə Şahanə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 80000 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh onun qohumudur. O, 20 aprel 2024-cü il tarixində valideyni ilə birgə gələrək Qaradağ rayonu, Lökbatan qəsəbəsində şəxsi tikili olan ev almaq istədiklərini bildirmişlər. Cavabdeh 80.000 manat pul istədiyini və 6 ay ərzində qaytaracağını bildirdi. Cavabdehin hərbçi olduğunu və qohumluq əlaqəsinə inanıb qeyd olunan məbləği ona vermişdir. Cavabdeh sübutun olmasını təmin etmək məqsədilə borcun etirafı ilə bağlı ərizə alınmışdır. Uzun müddət keçməsinə baxmayaraq, dəfələrlə pulu qaytarması tələb olunsa da problemləri olduğunu və pulu geri qaytaracağını vəd etmişdir. Son aylarda isə ümumiyyətlə 80000 manat məbləğin hamısını geri qaytara bilməyəcəyini bildirmişdir. Buna görə də cavabdehin ona olan 80.000 manat pul borcunun qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, Cavabdeh onun qohumudur. O, Cavabdeh və atasına onun qohumu olması əlaqədar güvənmiş və pulu qaytaracağına etibar etmişdir. Cavabdeh müxtəlif bəhanələr gətirərək, borcun qaytarılmasından yayınmışdır. Cavabdehə verilən 80.000 manat borcun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini və onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddiaçı ilə qohumluq əlaqələri vardır. İddiaçı 80.000 manat borc almış, qısa müddət ərzində geri qaytara biləcəyini güman etmişdir. Lakin işlərin alınmaması ilə əlaqədar borcu qaytara bilməmişdi. Hal-hazırda maddi vəziyyəti ilə əlaqədar qeyd olunan pul məbləğini geri qaytara bilmir. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Cavabdeh xx.xx.2024-cü il tarixində tərtib etdiyi ərizədə qeyd edilmişdir ki, o, tanışı İddiaçı Qaradağ rayonu, Lökbatan qəsəbəsində şəxsi tikili ev almaq üçün xx.xx.2024-cü il tarixində 80.000 manat pul almışdır; İddiaçı xx.xx.2024-ci il tarixdə tərtib olunmuş və məhkəməyə ünvanladığı ərizədə qeyd edilmişdir ki, o, Cavabdeh Qaradağ rayonu, Lökbatan qəsəbəsində şəxsi tikili ev almaq üçün xx.xx.2024-cü il tarixində 80.000 manat borc pul vermişdir; Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, tərəflər qohumluq münasibətlərində olmuşdur. İş materiallarına əlavə edilmiş borcun etirafı ilə bağlı ərizəyə əsasən İddiaçı Cavabdeh 80.000 manat pul vermişdir. Hazırda iddiaçı qeyd edilən 80.000 manat borcdan heç bir ödənişin edilmədiyini bildirərək, pulun cavabdehin Cavabdeh tutulmasını xahiş edir. Məhkəmə ilk olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 740-cı maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Hazırki iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 882-ci maddəsi nəzərdə keçirilə bilər. Məcəllənin 882.1 və 882.5-ci maddələrinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Maddələrin məzmunundan göründüyü kimi, borcun məbləği üç min manatdan çoxdursa yazılı formada bağlanmalıdır. Borc razılaşma yolu ilə etiraf olunmuşsa formaya riayət edilməsi məcburi deyildir. Beləliklə, işin müəyyən olunmuş hallarından görünür ki, cavabdeh borc pul aldığını etiraf etmiş, tərəflər arasında etimadlı münasibətlər olduğuna görə borc verilərkən yazılı müqavilə tərtib olunmamış, sonradan borc ödənilmədiyinə görə İddiaçı Cavabdeh xx.xx.2024-cü il tarixində iddianı etiraf etməsi barədə ərizəni məhkəməyə təqdim etmişdir. Habelə Cavabdeh məhkəmə iclasında 80.000 manat borcunun olduğunu və maddi imkanı olmadığına görə ödəyə bilməyəcəyini qeyd edir. Beləliklə, Cavabdeh tərəfindən öhdəlik icra edilmədiyindən iddiaçının cavabdehdən öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Beləliklə, mülki qanunvericiliklə tənzimlənən müqavilələrin növü olan borc və borcun etirafı müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığı prinsipinə əsaslanır. Məhkəmə iddianın və faktın etirafı ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2 və 52.5-ci maddələrinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə uyğun olaraq, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 80.000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 331 manat pul tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 80.000 (səksən min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 331 (üç yüz otuz bir) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ləman Mehrəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar