Məhkəmə qərarları › İş №2(073)-212/2025

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-212/2025

13.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-212/2025 13.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Hakim köməkçisi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyana görə 8.000 (səkkiz min) manat pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclasından kənar qaydada baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyana görə 8.000 (səkkiz min) manat pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cəlilabad rayonu, Heyvan Sağlamlığı və Baytarlıq Xidmətlər İdarəsinin Episotik Tədbirlər şöbəsinin müdiri vəzifəsində işləyən Cavabdeh Azəbycan Respublikasının MM-nin maddələrini rəhbər tutaraq maddi və mənəvi ziyana görə 20 baş heyvanin ölməsinə görə 8.000 (səkkiz min) manat kompensasiya ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, işə əlavə edilmiş “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə ölmüşdür. Məhkəmə hesab edir ki, mülki proessual qanunvercilik işdə iştirak edən şəxsin sıradan çıxması halında icraatın dayandırılmasını mümkün edir, iddia ərizəsi verildiyi anda ölmüş olan şəxsə qarşı iddia qaldırılması və ya onun özü tərəfindən iddia qaldırılması mümkünlüyü isə nəzərdə tutulmamışdır. İddia ərizəsinin xx.xx.2024-cü il tarixdə daxil olduğunu və cavabdehin də xx.xx.2024-cü ildə, yəni iş məhkəmənin icraatına qəbul edildiyi vaxtadək öldüyünü nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir, iddiaçının vərəsələrinə isə iddia qaldırmaq hüquqlarının olması izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyana görə 8.000 (səkkiz min) manat pul tələbinə dair iş üzrə icraata xitam verisin. İddiaçının vərəsələrinə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qərardaddan onun surəti rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar