Məhkəmə qərarları › İş №2(073)-2141/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2141/2023

03.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2141/2023 03.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad Rayon Məhkəməsinin hakimi Əmirəliyev Elxan Əli oğlu, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı “Azərqaz” İB-nin Cavabdeh qarşı dəymiş zərərin və 30 manat dövlət rüsumunun alınaraq verilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Azərqaz” İB-nin Cavabdeh qarşı 681.28 manat dəymiş zərərin, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 xidmət haqqı olmaqla, cəmi 711.28 manat borcun alınıb verilməsi tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh iddia tələbinə dair əsaslandırılmış etirazını məhkəmə göndərməmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə saat 18:40-da sürücü Əliyev nami Balaş oğlu ünvan 1 ünvannda idarə etdiyi “Mercedes” markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmiş və 681.28 manat maddi zərər vurmuşdur. Borcun ödənilməsi barədə cavabdehə bildiriş verilməsinə baxmayaraq cavabdeh yaranmış borcunu ödəməkdən yayınmışdır. İddiaçı qeyd olunanların nəzərə alınmasını və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İşdə olan xx.xx.2022-ci il tarixli ziyan aktından görünür ki, 681.28 manat maddi zərər dəymişdir. İşdə olan xx.xx.2022-ci il tarixli dəymiş ziyanın hesablanması haqqında xidməti məlumatdan görünür ki, G-6 markalı 28261393 nömrəli qaz sayğacı istismara zararsız vəziyyətə düşmüş və sayğacın D32 mm-lik çıxış xətti deformasiyaya uğramış və nəticədə 681.28 manat zərər dəymişdir. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı İB-nin məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu və və 0.40 manat xidmət haqqı ödəmişdir. İş materiallarında olan Abunə müqaviləsinin 4.1-ci maddəsinə əsasən, abunəçi xidmət haqqını, müqavilə ilə müəyən olunan digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən həmin borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 681.28 manat dəymiş zərərin, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 xidmət haqqı olmaqla, cəmi 711.28 manat pul tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC-nin Lənkəran filialı Kod: 200383 VÖEN **********, MH AZ 37NABZ********************, SWİFT:AİİBAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN: AZ90AİİB******************** saylı hesabına ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar