Məhkəmə qərarları › İş №2(073)-2141/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2141/2024

23.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2141/2024 23.08.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ X3 Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə, İddiaçı X2 Cavabdeh qarşı pul tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X2 Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, Cavabdeh 2148 (iki min yüz qırx səkkiz) manat əsas borcun, 270 (iki yüz yetmiş) manat cərimə borcun, ümumilikdə 2418 (iki min dörd yüz on səkkiz manat) borc və 45 (qırx beş) manat dövlət rüsumunun tutularaq X2 hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, o, fiziki şəxs kimi mebel satışı ilə məşğul olur. Cavabdeh xx.xx.2022-ci il tarixində dəyəri 1400 manat olan iki ədəd “Samsung VV80AS” markalı Paltaryuyan 2800 (iki min səkkiz yüz) manat və dəyəri 900 (doqquz yüz) manat olan bir ədəd “Biryusa 355” markalı Soyuducu istəmişdir. Cavabdeh 2 (iki) ədəd “Samsung VV80AS” markalı Paltaryuyan və 1 (bir) ədəd “Biryusa 355” markalı Soyuducunu ilkin ödəniş 500 manat ödəməklə qalan 3200 manatı 16 ay müddətinə hər ay 200 manat ödəmək şərti ilə kredit müqaviləsi bağlayaraq satmışdır. Lakin Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi yerinə yetirməyərək hazırki tarixə 2148 manat əsas borcu qalmışdır. O, dəfələrlə cavabdehdən ona borclu olduğu pulu tələb etsə də, cavabdeh borcunu müqavilə üzrə ödəməkdən dolayı yolla imtina etmişdir. Cavabdeh hal-hazırki vaxta kimi borclu olduğu puldan heç bir ödəniş etməmişdir. İddiaçı qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh iddiaçı X1 1400 manat olan iki ədəd “Samsung VV80AS” markalı Paltaryuyan 2800 (iki min səkkiz yüz) manat və dəyəri 900 (doqquz yüz) manat olan bir ədəd “Biryusa 355” markalı Soyuducu götürmüş, aldığı əşyaların dəyərini 16 ay ərzində, hər ay 200 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsi üzrə 3700 manat borcundan 500 manat ödəniş etmiş və müqavilə üzrə 3200 manat borcu qalmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cəmiyyət tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 45 (qırx beş) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış nisyə alqısatqı müqaviləsinə əsasən iddiaçı cəmiyyətə olan borc cavabdehdən alınaraq iddiaçı cəmiyyətə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 45 (qırx beş) manat dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2148 (iki min yüz qırx səkkiz) manat əsas borcun, 270 (iki yüz yetmiş) manat cərimə borcun, ümumilikdə 2418 (iki min dörd yüz on səkkiz manat) borc və 45 (qırx beş) manat dövlət rüsumunun tutularaq X2 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar