Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2143/2024 26.09.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2300 (iki min üç yüz) manat pul və ödənilmiş 43 (qırx üç) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, Cavabdeh onun (iddiaçının) bacısı oğludur. Cavabdeh ona müraciət edərək pula ehtiyacının olduğunu bildirmiş və ondan xahiş etmişdir ki, bankdan öz adına kredit götürüb ona versin. O (cavabdeh) isə bankdan götürdüyü krediti ödəniş qrafikinə uyğun faizi ilə birlikdə banka qaytaracaqdı. Onun (cavabdehin) xahişi üzərinə "xxxx" ASC-nin Cəlilabad filialından 01 sentyabr 2022-ci il tarixdə 3395 manat kredit götürərək bacısı oğlu olan Cavabdeh vermişdir. Cavabdeh onun bacısı oğlu olduğu üçün ona etibar etmişdir, hesab etmişdir ki, onun etibarından sui-istifadə etməz. Lakin sonradan Cavabdeh həmin krediti ödəməmiş və nəticədə onun (iddiaçının) əmək pensiyasından hər ay 150 manat pul tutularaq "xxxx" ASC-nə ödənilmişdir. Bu günə qədər ondan (iddiaçıdan) 2300 manat pul tutulmuşdur. O, Cavabdeh əmək pensiyasından tutulan pulları qaytarmasını dəfələrlə tələb etsə də cavabdeh hər dəfə bir bəhanə gətirərək həmin pulu qaytarmaqdan imtina etmişdir. O, cavabdehin bu qanunsuz əməlləri barəsində Cəlilabad rayon polis şöbəsinə ərizə ilə müraciət etmiş, orada araşdırma aparılmış, izahatlar alınmış və cavabdeh izahatında həmin halı təsdiq etmişdir, araşdırmanın nəticəsi olaraq isə işin mülki xarakterli olması göstərilərək məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmuşdur. Ərizəyə əlavə eldilmiş hesabdan çıxarışdan da görünür ki, əmək pensiyasından 2300 manat pul tutularaq "xxxx" ASC-nə ödənilmişdir. Cavabdeh onun pulunu qaytarmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək verdiyi izahatında göstərmişdir ki, iddiaçı onun xalasıdır. İddiaçı "xxxx" ASC-nin Cəlilabad filialından 3000 manat kredit götürmüş və ona (cavabdehə) vermişdir. O, həmin kreditin aylıq ödənişlərini ödəməklə, iddiaçıya olan 3000 manat borcunun 2500 manatını ödəmiş, cəmi 500 manat borcu qalmışdır, onu da imkan olduqca ödəməyə razıdır. Xalası olduğunu düşünərək ödənişləri qeyri-rəsmi qaydada iddiaçıya etmişdir ki, hesab edir ki, bunu etməklə səhv etmişdir - gərək rəsmi qəbzlərlə edərdi ödənişləri. Qeyd edilənlərin nəzərə alınaraq iddianın qismən təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan, məhkəmənin sorğusu əsasında təqdim edilmiş xx.xx.2024-cü il tarixli Cəlilabad RPŞ-nin İTB-nin arayışından görünür ki, İddiaçı Cavabdeh qarşı şikayəti əsasında araşdırma aparılmış, araşdırmanın nəticəsi olaraq mübahisənin mülki xarakterli olması göstərilərək məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin arayışdan görünür ki, Cavabdeh Polis şöbəsində verdiyi izahatında xalası İddiaçı zamin duraraq 3500 manat kredit götürdüyünü və həmin pulun 3000 manatını ödədiyini, qalan 500 manatını isə maddi imkanı zəif olduğu üçün ödəyə bilmədiyini və ondan pulunu ödəmək üçün vaxt istədiyini, hissə-hissə ödəyəcəyini qeyd etmişdir. İşdə olan Cavabdeh Nizami oğlunun məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, cavabdeh iddiaçıdan 3000 manat borc aldığını etiraf etmiş, həmin borcdan 2500 manatını hissə-hissə ödədiyini və hazırda 500 manat borcunun qaldığını bildirmiş və iddianın qismən, yəni 500 manat hissəsində təmin olunmasını məhkəmədən xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı 3395 manat məbləğində bankdan kredit götürüb həmin puldan 3000 manatı cavabdehə vermişdir. Cavabdeh iddiaçının götürdüyü kreditin aylıq ödənişlərinin bir qismini ödəmiş, 2300 (iki min üç yüz) manatını isə ödəməkdən yayınmışdır. Bundan sonra Bank tərəfindən iddiaçının pensiyasından tutulmalar aparılaraq kredit borcu ödənilmişdir. Cavabdeh iddiaçının pulunu qaytarmadığı üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Cavabdeh iddiaçıdan 3000 manat borc aldığını etiraf etmişdir, həmin puldan 2500 manatı iddiaçıya qaytardığını bildirsə də bu barədə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya 2500 manat vəsaitin qaytarılmasını sübut etmə yükü cavabdehin üzərində olmuşdur. Göründüyü kimi, tərəflər arasında şifahi borc müqaviləsi mövcud olmuş, iddiaçı cavabdehə borc verilməsi ilə bağlı öhdəliyini icra etsə də, cavabdeh borcun qaytarılması öhdəliyini icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2300 (iki min üç yüz) manat pul və ödənilmiş 43 (qırx üç) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-2143/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2143/2024
26.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver