Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2148/2024 15.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Cəlilabad şəhərində 15 oktyabr 2024-cü il tarixdə, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 3120 (üç min yüz iyirmi) manat məbləğində pulun və 52 (əlli iki) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbi həcminin azaldılması barədə ərizə təqdim edərək, məhkəmədə Cavabdeh qarşı pul tələbinə dair iddia qaldırdığını, hazırda məhkəmədən 3120 (üç min yüz iyirmi) manat deyil, 2400 (iki min dörd yüz) manat məbləğində pulun iddiaçıdan alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında göstərdi ki, o, xx xxxx 1970-ci il tarixində Cəlilabad rayonunda doğulmuşdur. Cəlilabad rayonu Uzuntəpə kənd sakini Cavabdeh uzun müddətir ki, tanıyır. Aralarında səmimi dostluq münasibətləri olmuşdur. Əkrəm dəfələrlə ondan borc pul almış və qaytarmışdır. Sonuncu dəfə 1 il bundan əvvəl Əkrəm pula ehtiyacının olduğunu bildirərək, ondan borc pul verməyini xahiş etmişdir. Həmin vaxt onda pul olmadığından həyat yoldaşının adına 3120 manat pul kredit götürüb Əkrəmə vermişdir. Əkrəm aldığı həmin pulu 3-4 ay müddətində banka olan faizləri ilə birlikdə qaytaracağını bildirsə də, aldığı pulu qaytarmamışdır. O, dəfələrlə cavabdehə müraciət edərək pulunu istəsə də, cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. O, bununla bağlı Cəlilabad rayon polis şöbəsinə ərizə ilə müraciət etmiş, cavabdeh ona borclu olmasını polis şöbəsində verdiyi izahatında da etiraf etmişdir. Hazırda cavabdehlə razılaşmış və cavabdehin ona 2400 (iki min dörd yüz) manat borcu vardır. Qeyd etdiklərinin nəzərə alınaraq Cavabdeh 2400 (iki min dörd yüz) manat məbləğində pulun və 52 (əlli iki) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, İddiaçı məhkəmədə ona qarşı pul tələbinə dair iddia qaldırmışdır. İddia ilə tanışdır və iddianı etiraf edir. İddiaçıya olan borcu ilə bağlı öz aralarında razılığa gəlmiş və hazırda ona 2400 (iki min dörd yüz) manat borcu vardır. İddia tələbinin 2400 (iki min dörd yüz) manat həcmində təmin olunmasına etirazı yoxdur. Qeyd etdiklərinin məhkəmədən nəzərə alınmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfdən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddiaçı izahatını dinləyib, cavabdehin etiraf etməsini nəzərə alıb, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 12 iyun 2024-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi” barədə qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İşdə olan mədaxil qəbzdən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 52 (əlli iki) manat məbləğində dövlət rüsumu ödəmişdir. Belə ki, cavabdehin iddiaçıya 2400 (iki min dörd yüz) manat məbləğində borclu olması, iddiaçının izahatı, cavabdehin etirafı və işdə olan digər sənədlərlə də sübut olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 2400 (iki min dörd yüz) məbləğində pul alınıb İddiaçı verilməlidir. Eyni zamanda Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunduğu üçün iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 52 (əlli iki) manat dövlət rüsumu da cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216, 220, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2400 (iki min dörd yüz) məbləğində pul və ödənilmiş 52 (əlli iki) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №2(073)-2148/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2148/2024
15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver