Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-218/2025 24.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən 3500 manat pulun və dövlət rüsum olaraq ödəmiş olduğu 55,40 manat pulun alınıb ona verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 3500 manat pulun və dövlət rüsumu olaraq ödəmiş olduğu 55,40 manat pulun alınıb ona verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 12 radələrində idarə etdiyi vaz 21074 markalı avtomobil ilə Ələt-Astara-İran sərhəd avtomil yolunun Cəlilabad rayon ərazisindən keçən 129.2-ci kilometrliyində onun idarə etdiyi Hyundai Sonata markalı avtomobillə toqquşaraq onun avtomobilində özü ilə yanaşı sərnişin kimi əyləşmiş X2 və X1 yüngül dərəcəli bədən xəsarətləri almışdılar. Hadisə yerinə Cəlilabad rayon Yol Patrol Xidmətinin əməkdaşları gələrək yerində müayinə apararaq Cavabdeh barəsində Azərbaycan Respublikası İXM- 327.8-ci maddəsi ilə inzibati protokol tərtib edərək baxılması üçün Cəlilabad rayon Məhkəməsinə göndərilmişdir. İşə Cəlilabad rayon Məhkəməsində baxılaraq xx.xx.2023cü il tarixli 3(073)-1110/2023 saylı qərarla təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Hadisə ilə əlaqədar olaraq onun avtomobilinə ümumi 8960 manat dəyərində maddi ziyan dəymişdir. Onun avtomobilinə dəyən ziyanın 5000 manat hissəsini söğorta şirkəti ödəməyi öhdəsinə götürüb. Qalan 3960 manat tələbi barədə mülki iş hazırda Cəlilabad rayon məhkəməsinin icraatındadır. Lakin cavabdehin əsassız hərəkətlərinə görə işin baxılması yubanır. Onun avtomobili hələdə yararsız halda qalmaqda davam edir. Yani işi məhkəmədə olduğu üçün avtomobilin təmir etdirə bilmir. Ona görədə məcbur olub özünün və ailə üzvlərinin ehtiyacını taksi xidmətindən istifadə etməklə aradan qaldırır. Bu da ona bu günə kimi 3500 manata başa gəlib. Ona görə də hazır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hazırkı iddianın verilməsi ilə əlaqədar 55.40 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələbinə əsasən mülki hüquq pozuntusu ilə bağlı məsuliyyətin yaranması üçün zərərçəkən şəxsə ziyan vurulması, həmin ziyanın üzərinə məsuliyyət qoyulan şəxs tərəfindən yetirilməsi, yetirilmiş ziyanla üzərinə məsuliyyət qoyulan şəxsin hərəkəti arasında səbəbli əlaqənin olması və vurulmuş ziyanla bağlı şəxsin təqsirinin olması zəruridir. Məhkəmə hesab edir ki, İddiaçı hazırda maşınını idarə edə bilmədiyi üçün, maşını əzilmiş vəziyyətdə qaldığı üçün Cavabdeh tərəfindən 3500 manat maddi ziyan vurulmasını bildirsə də, həmin halları təsdiq edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə baxışı zamanıda cavabdehin iddiaçıya 3500 manat maddi ziyanın yetirməsi öz təsdiqini tapmamışdır və buna görə də ziyanla bağlı cavabdehin üzərinə məsuliyyət qoyula bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə görə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməüçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənamlı nəticəçıxarmağa əsas verməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» işüzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı cavabdehdən 3500 manat pulun alınıb ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddiaçı Cavabdeh qarşı cavabdehdən 3500 manat pulun alınıb ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-218/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-218/2025
24.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver