Məhkəmə qərarları › İş №2(073)-2276/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2276/2024

16.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2276/2024 16.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 18000 (on səkkiz min) manat pulun və ödənilmiş 144 (yüz qırx dörd) manat dövlət rüsumunun, cəmi 18144 (ion səkkiz min yüz qırx dörd) manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək işə iddiaçının iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onun arvadının dayısıdır. Asiflə qohum olduqlarına görə münasibəti yaxşı olmuşdur. Asif özü telefon satışı ilə məşğul olmuşdur və ona bildirmişdir ki, o ona (cavbdehə) pul versə, birlikdə müəyyən məbləğdə qazanc əldə edə bilərlər. O da cavabdehə inandığı üçün ona 2021-ci ilin noyabr ayında 3000 manat pul vermişdir. Sonradan isə 2023-cü ilin aprel ayında cavabdeh ondan (iddiaçıdan) 15000 manat almışdır ki, birlikdə iş görüb iki həftə arasında qaytaracaqdır. Lakin ona heç bir pul ödəmədiyi üçün artıq cavabdehin onu aldatdığını başa düşmüş və pulunu istəmişdir. Asif hər dəfə müxtəlif bəhanələrlə pulu ödəməkdən intina etmişdir. O bu barədə Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinə rəsmi olaraq müraciət etmişdir. Asif polis idarəsində ondan müxtəlif vaxtlarda 18000 manat pul almasını etiraf etmiş və bu barədə yazılı iltizam vermişdir. Həmin iltizaında ondan aldığı 18000 manat pulun 2000 manatını xx.xx.2024-cü il tarixdə qaytaracağını bildirmişdir, eyni zamanda qalan pulu isə hər ayın 1-də 1000-2000 manat qaytaracağını bildirsə də indiyə kimi ona (iddiaçıya) heç bir ödəniş etməmişdir. Dəfələrlə pulu qaytarmasını tələb etsə də cavabdeh müxtəlif vədlərlə borcunu qaytarmaqdan yayınmışdır. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ddianın hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2, 739.3, 385.1, 442, 448.1 və 529.3-cü maddələrini rəhbər tutaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cavabdeh tərəfindən Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinə verdiyi izahatdan görünür ki, Cavabdeh oglu verdiyi izahatında 2021-ci ilin noyabr ayının 4-də Fəriddən iş görmək məqsədilə 3000 manat, 2023-cü ilin aprel ayında isə 15000 manat pul aldığını, Fəriddən ümumilikdə 18000 manat pul aldığını etiraf etmiş, pulun 2000 manatını xx.xx.2024-cü il tarixdə qaytaracağına, qalan pulu isə hər ayın 1-də 1000-2000 manat qaytaracağına söz vermişdir. İşdə olan Cavabdeh tərəfindən Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsində yazdığı iltizamdan görünür ki, Cavabdeh oglu həmin iltizamla İddiaçı olan 18000 manat borcunun 2000 manatını xx.xx.2024-cü il tarixdə 10-cu Polis Şöbəsində qaytaracağına dair öhdəlik götürmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında şifahi borc müqaviləsi bağlanmış və aralarında borc münasibətləri yaranmışdır, cavabdeh 2021-ci ilin noyabr ayında iddiaçıdan 3000 manat, 2023-cü ilin aprel ayında isə 15000 manat, ümumilikdə 18000 manat pulu borc olaraq almışdır, lakin müqavilə üzrə öhdəliyini icra etməyərək müəyyən edilmiş vaxtda iddiaçıya olan borcunu ödəməmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən borcun etirafı mötəbər sübutla təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh oglundan 18000 (on səkkiz min) manat pul və ödənilmiş 144 (yüz qırx dörd) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar