Məhkəmə qərarları › İş №2(073)-2293/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2293/2023

12.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2293/2023 12.12.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı cavabdehlərdən müştərək qaydada 2500 manat maddi ziyanın və 45 manat dövlət rüsumunun alınaraq ona verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 2500 manat maddi ziyanın və 45 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, “Mersedes Benz 280” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən X4 mülkiyyətindədir və həmin avtomobilin idarə edilməsi üçün ona xx.xx.2032-ci il tarixədək etibarnamə verilmişdir. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində özünə məxsus “Mersedes Benz 280” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cəlilabad rayon Soyuqbulaq kəndindən Göytəpə şəhəri istiqamətində hərəkət edərkən Privolnoye yolunda hərəkətdə olarkən, Göytəpə Elektrik şəbəkəsinin yaxınlığında ara yolda sol tərəfdən Vaz 2106 markalı **-BG- *** qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 onun hərəkət etdiyi istiqamətdə qarşısına çıxması nəticəsində onun avtomobili ilə toqquşmuşdur. O, hadisə zamanı bədən xəsarəti alaraq Cəlilabad RMX-na yerləşib orada müalicə almışdır. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar inzibati xəta haqqında iş üzrə icraat başlamış, X6 barəsində xx.xx.2023-cü il tarixli İXP5366169 №-li protokol tərtib edilmişdir. Bundan sonra inzibati tənbeh vermə haqqında TP5687715 №-li xx.xx.2023-cü il tarixli qərara əsasən Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində inzibati cərimə edilmişdir. Cavabdeh2 barəsində inzibati xəta haqqında icraat aparılan zaman izahatı alınmış və həmin izahatında ona məxsus olan “Mersedes Benz 280” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili vurduğunu bildirmişdir. Daha sonra ona vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi üçün Cavabdeh1 ASC tərəfindən xx.xx.2023-cü il tarixdə akt tərtib edilmişdir. Həmin akta əsasən ona məxsus “Mersedes Benz 280” markalı avtomobilinə dəymiş zərərin məbləği 5000 (beş min) manat müəyyən edilmişdir. Lakin ona məxsus “Mersedes Benz 280” markal **-BV-*** dövlət qeydiyat nişanlı avtomobilinə görüləcək işlərin hesablanması akt tərtib edilmiş və həmin aktda onun avtomobilinə vurulmuş ziyan 7487 (yeddi min dörd yüz səksən yeddi) manat müəyyən edilmişdir. Odur ki, iddianın təmin edilərək, cavabdehlərdən müştərək qaydada 2500 manat maddi ziyanın və 45 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan AD 807469 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mersedes Benz 280” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X1 mülkiyyətindədir. İşdə olan ƏN-Vİ 316147 saylı nəqliyyat vasitəsinə sərancam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, X3 mülkiyyətində olan “Mersedes Benz 280” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün İddiaçı etibar etmişdir. İş materialında olan Cəlilabad RPŞ-nin DYPB tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərardan görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və onun barəsində 40 manat məblğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. İşdə olan avtomobildə görüləcək işlərin hesablanması bardə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, X2 məxsus “Mersedes Benz 280” markalı, **-BV- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 7487 manat müəyyən edilmişdir. İşdə olan dəymiş ziyanın hesablanmasına dair "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, “Mersedes E” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan ümumilikdə 5000 manat müəyyən edilmişdir. İşdə olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırından görünür ki, "xxxx" ASC tərəfindən X2 5000 manat sığorta ödənişi ödənilmişdir. İşdə olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti etirazda göstərmişdir ki, iddiaçı X7 Cavabdeh1 ASC və Cavabdeh2 qarşı iddia qaldıraraq 2500 manat avtomobilinə dəymiş ziyanın və 45 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya verilməsini xahiş etmişdir. Nəzərinizə çatdırmaq istəyirik ki, Cavabdeh1 ASC-də 18 noyabr 2022-ci il tarixli siğorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğorta üzrə siğortalanmış “Mersedes Benz” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil siğorta müddətində 03 aprel 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh2 tərəfindən idarə olunan “VAZ-21061” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq zədələnmişdir. Hadisə ilə əlaqədar “Günay Siğorta ASC “Mercedes Benz” markalı, 15BV646 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2 5000 manat siğorta ödənişi verilməlidir. “Mercedes Benz” marklı, 16BV646 dövlət qeydiyyat nişanlı avotmobilə dəymiş zərər sığorta tərəfindən 5000 manat məbləğində qiymətləndirilmiş və avtomobilin mülkiyyətçisi X3 həmin məbləğlə razı olmuşdur. Bununla əlaqədar qanuna müvafiq olaraq Siğorta Aktı tərtib olunmuş və həmin akta X3 imza edərək təsdiq etmişdir ki, “1. Məbləği alan şəxs tədsiq edir ki, baş vermiş siğorat hadisəsi nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı hec bir iddiası yoxdur; 2. Siğorta Aktında qeyd olunan siğorta ödənişi ilə razıyam, heç bir əlavə tələbim yoxdur və gələcəkdə olmayacaq”. Siğorta Aktına imza etdikdən sonra X2 22 iyun 2023-cü il tarixdə 5000 manat məbləğində siğorta ödənişi həyata keçirilmişdir. Bunlardan sonra “Mercedes Benz” markalı, 15BV646 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X1 və həmin avtomobili idarə edən İddiaçı şirkətimizə qarşı hər hansı bir iddia ilə çıxış etməsi tam əsassızdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən Xahiş edirik: İddiaçı iddiasının təmin edilməməsi barədə qətnamə çıxarasınız. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, İddiaçı etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz” markalı, 15BV646 dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə saat 11 radələrində özünə məxsus “Mersedes Benz 280” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cəlilabad rayon Soyuqbulaq kəndindən Göytəpə şəhəri istiqamətində hərəkətdə olarkən, Göytəpə Elektrik şəbəkəsinin yaxınlığında arayolda sol tərəfdən Vaz 2106 markalı **-BG-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 onun hərəkət etdiyi istiqamətdə qarşısına çıxması nəticəsində onun avtomobili ilə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar X6 barəsində xx.xx.2023-cü il tarixli İXP5366169 №-li protokol tərtib edilmişdir və inzibati tənbeh vermə haqqında TP5687715 №-li xx.xx.2023-cü il tarixli qərara əsasən Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin hadisə nəticəsində İddiaçı istifadəsində olan “Mersedes Benz 280” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan sığorta şirkəti tərəfindən 5000 manat məbləğində qiymətləndirilmiş və dəymiş ziyan "xxxx" ASC vasitəsi ilə "xxxx" ASC tərəfindən X1 hesabına tam ödənilmişdir. Həmçinin müəyyən edilmişdir ki, avtomobildə görüləcək işlərin hesablanması barədə tərtib edilmiş xx.xx.2023-cü il tarixli ziyan aktı hüquqi sənəd kimi icraata qəbul edilməmiş və "xxxx" ASC-yə təqdim edilməmişdir. Bundan əlavə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC tərəfindən təsdiq edilmiş və "xxxx" ASC-nin Zərərlərin tənzimlənməsi üzrə aparıcı mütəxəssisi Tahir Sultanov, "xxxx" ASC-nin Zərərlərin tənzimlənməsi və araşdırılması şöbəsinin müdiri Füzuli Cəfərov, "xxxx" ASC-nin müvəqqəti inzibatçısı Omarxan İsayev və zərərçəkən/məbləği alan şəxs X3 tərəfindən imzalanmış GZBT/0766/23 saylı ödəniş aktında, məbləği alan şəxs, yəni X3 baş vermiş sığorta hadisəsi nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsi üçün heç bir digər ödəniş almadığını və bu aktda nəzərdə tutulmuş ödəniş həyata keçiriləndən sonra onun bu sığorta hadisəsi ilə bağlı heç bir iddiasının olmadığını, Sığorta aktında qeyd olunan sığorta ödənişi ilə razı olduğunu, heç bir əlavə tələbinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və.s) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Fərdi qəza sığortası üzrə sığorta olunan, onun öldüyü halda ailə üzvləri, onlar olmadığı halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulmuş digər vərəsələr, mülki məsuliyyətin sığortası üzrə isə üçüncü şəxs, onun öldüyü halda ailə üzvləri (üçüncü şəxs hüquqi şəxs olduqda, onun hüquq varisi) faydalanan şəxs hesab edilir. Həmin Qanunun 6.7-ci Əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olubolmamasından asılı olmayaraq zərərçəkən hesab edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər - fiziki şəxs öldüyü halda, onun ailə üzvləri - və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Həmin Qanunun 56.1-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri, bu Qanunun 56.1.2-ci maddəsinə görə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. Məhkəmə iclasında İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətindən və Cavabdeh2 oğlundan 2500 manat maddi ziyanın alınaraq ona verilməsini tələb etsə də, həmin halları təsdiq edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda iddiaçının cavabdehlərə qarşı olan həmin tələbi iş materialları ilə yanaşı məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətindən və Cavabdeh2 müştərək qaydada 2500 manat maddi ziyanın və 45 manat dövlət rüsumunun alınaraq ona verilməsi tələbində haqlı deyildir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənamlı nəticə çıxarmağa əsas verməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı cavabdehlərdən müştərək qaydada 2500 manat maddi ziyanın və 45 manat dövlət rüsumunun alınaraq ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təmin edilməməsi qənaətinə gəldiyindən hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 45 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı cavabdehlərdən müştərək qaydada 2500 manat maddi ziyanın və 45 manat dövlət rüsumunun alınaraq ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar