Məhkəmə qərarları › İş №2(073)-2296/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2296/2023

19.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2296/2023 19.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad Rayon Məhkəməsinin hakimi Əmirəliyev Elxan Əli oğlu, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı 1178 manat əsas borcun və 31.78 manat dövlət rüsumunun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı 1178 manat əsas borcun və 31.78 manat dövlət rüsumunun onun (iddiaçının) xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh iddia tələbinə dair əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə, 11066535 saylı müqavilə imzalanmışdır. İddiaçı həmin müqaviləyə uyğun olaraq cavabdehə 12 ay müddətinə, hər ay 108.25 manat ödəniş etmək şərti ilə ümumi qiyməti 1299 manat dəyərində məişət avadanlığı satmışdır. Lakin, cavabdeh borcundan 121 manat ödəniş etmiş, 1178 manat borcunu ödəməkdən yayınmışdır. Ona görə də cavabdehdən həmən məbləğin, habelə 31.78 manat ödənilmiş dövlət rüsumunun alınıb ona (iddiaçıya) verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İşdə olan "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə, 11066535 saylı müqavilədən görünür ki, iddiaçı həmin müqaviləyə uyğun olaraq 12 ay müddətinə, qiyməti 1299 manat dəyərində olan məişət avadanlığı cavabdehə satmışdır. Cavabdeh həmən müqaviləyə əsasən hər ay 108.25 manat ödəməklə, cəmi 1178 manat pulu iddiaçıya ödəmək üçün öz üzərinə məsuliyyət götürmüşdür. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh müqavilə üzrə 121 manat ödəniş etmiş, ümumilikdə 1178 manat borcu qalmışdır. İşdə olan "xxxx" MMC tərəfindən göndərilmiş xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə çəkilən xərclərlər də əlavə olunmaqla məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 31.78 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən borc cavabdehdən alınaraq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 31.78 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1178 manat əsas borcun və 31.78 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq idddiaçı "xxxx" MMC–yə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev İş № 2-(073)-664/2023 İcra vərəqəsi Cəlilabad rayon məhkəməsi 17 mart 2023-cü il İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı 1178 manat əsas borcun və 31.78 manat dövlət rüsumunun onun (iddiaçının) xeyrinə tutulması tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, Qət etdi: İddia təmin edilsin. Cavabdeh 1178 manat əsas borcun və 31.78 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq idddiaçı "xxxx" MMC–yə ödənilsin. (qərarın nəticəvi hissəsini dəqiq göstərməli) «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurunun öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurunun öz vəzifəsini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilir. İcra məmurunun qanuni tələblərinin yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Borclunun adı,ünvanı, bankda hesablaşma hesabının №-si Cavabdeh-xx.xx.1990-AZE 15922004-Cəlilabad rayonu, Alar kəndi Tələbkarın adı, ünvanı, bankda hesablaşma hesabının №-si "xxxx" ASC-Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 73A İcra vərəqəsi “____” ____________ 2023-cü il tarixdə verilmişdir. Hakim: Elxan Əmirəliyev AZƏRBAYCAN RESPUBLİKASİ CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad şəhəri, Telefon: 025-24-5-20-10 H.Əliyev prospekti 286 Faks 025-24-5-34-37 «___» ___________2023-cü il № 2-(073)-664/2023 Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin rəisi cənab İsmayıl Abazəliyevə Cəlilabad rayon məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2-(073)-664/2023 saylı icra vərəqəsi icra olunması üçün Sizə göndərilir. Qoşma: icra vərəqəsi 01 vərəqədə Hakim: Elxan Əmirəliyev «___» ___________2023-cü il № 2-(073)-664/2023 Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin rəisi cənab İsmayıl Abazəliyevə Cəlilabad rayon məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2-(073)-664/2023 saylı icra vərəqəsi icra olunması üçün Sizə göndərilir. Qoşma: icra vərəqəsi 01 vərəqədə Hakim: ` Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar