Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-230/2024 12.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə Cəlilabad şəhərində, 12 fevral 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehdən 362 (üç yüz altmış iki) manat əsas borc, 55 (əlli beş) manat cərimə olmaqla, cəmi 417 (dörd yüz on yeddi) manat borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə ərizə göndərilərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.1994-cü ildə kommersiya qurumu kimi qeydiyyatdan keçmiş, hazırda “WOODPECKER” ticarət nişanı ilə mebel məhsullarının istehsalı və satışı ilə məşğul olur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2021-ci il əmək müqaviləsi bağlanmış və o, "xxxx" MMC-də menecer vəzifəsinə təyin edilmişdir.Əmək müqaviləsi hazırda qüvvədə deyil. Cavabdeh Pərvin Babayev işlədiyi müddət ərzində müəssisə daxilində nisyə alışlar etmiş, əmək müqaviləsinə xitam verildikdən sonra isə ödənişləri etməkdən imtina etmişdir.Cavabdeh Pərvin Babayev 06 avqust 2022-ci il tarixdə WP 0289 nömrəli nisyə Alqı-satqı müqaviləsinə əsasən 1 ədəd 395 manat dəyərində “Nuray dolab iki qapını” təhvil-təslim aktına imza etməklə almışdır. Cavabdeh 395 manat dəyərində olan həmin məhsulu 11 ay 33 manat, sonuncu ay isə 32 manat olmaqla, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh borcundan 12 sentyabr 2022-ci il tarixdə 33 manat ödəsə də, qalan borcundan heç bir ödəniş etməmişdir. Cavabdeh dəfələrlə borcun ödənilməsi tələb edilsə də, müxtəlif bəhanələr gətirərək borcun ödənilməsindən yayınmışdır. Odur ki, sonda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respulikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsi səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır və bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilir. Cavabdeh məhkəməyə gəlmədiyindən və gəlməməsinin səbəbi barədə məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə işdə olan sənədləri hərtərəfli araşdıraraq və sübutlara obyektiv qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli Nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ümumi dəyəri 395 manat olan “Nuray dolab iki qapı”-nı 11 ay 33 manat, sonuncu ay isə 32 manat olmaqla, 12 ay müddətinə ödəmək şərti ilə almışdır. Həmin müqavilədə ödəniş cədvəli ilə müəyyən edilmiş ödənişləri 30 (otuz) təqvim günündən artıq müddət ərzində ödənilmədikdə və ya müqavilə müddəti ərzində 2 dəfədən çox gecikdirildikdə müqavilə üzrə bütün qalıq borcu vaxtından əvvəl tam olaraq ödəmək və qalan borcun ödənilməsini gecikdirdiyi halda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş borc məbləğinin 0.5%-i həcmində cərimə (dəbbə pulu) nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Təhvil-təslim aktından görünür ki, "xxxx" MMC-nin direktoru X1 ilə Cavabdeh arasında ümumi dəyəri 395 manat olan “Nuray dolab iki qapı”-nı alıcıya (Cavabdeh) verilməsi barədə xx.xx.2023-cü il tarixdə akt tərtib edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən məhkəməyə müraciət edilərkən 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh X2 arasında 06 avqust 2022-ci il tarixdə WP 0289 nömrəli nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 1 ədəd 395 manat dəyərində “Nuray dolab iki qapını” təhvil-təslim aktına imza etməklə qəbul etmişdir. Cavabdeh 395 manat dəyərində olan həmin məhsulu 11 ay 33 manat, sonuncu ay isə 32 manat olmaqla, 12 ay müddətinə ödəmək şərti ilə almışdır. Cavabdeh borcundan 12 sentyabr 2022-ci il tarixdə 33 manat ödəniş etsə də, qalan borcundan heç bir ödəniş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh 362 (üç yüz altmış iki) manat əsas borc, 55 (əlli beş) manat cərimə olmaqla, cəmi 417 (dörd yüz on yeddi) manat borc tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da Cavabdeh alınıb iddiaçı "xxxx" MMC-yə verilməlidir . Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 362 (üç yüz altmış iki) manat əsas borc, 55 (əlli beş) manat cərimə olmaqla, cəmi 417 (dörd yüz on yeddi) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №2(073)-230/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-230/2024
12.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver