Məhkəmə qərarları › İş №2(073)-2309/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2309/2023

04.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2309/2023 04.11.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-in Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Hoffmann Soyuducu üçün 487.2 (dörd yüz səksən yeddi manat iyirmi qəpik) manat borc, 48.8 (qırx səkkiz manat səksən qəpik) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Beurer Termometr üçün 67.4 (altmış yeddi manat qırx qəpik) manat borc, 6.6 (altı manat altmış qəpik) cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Hoffmann Soba üçün 480.7 (dörd yüz səksən manat yetmiş qəpik) manat borc, 48.3 (qırx səkkiz manat otuz qəpik) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Beurer Termometr üçün 25 (iyirmi beş) manat borc, 2 (iki) manat cərimə borcu və 31 (otuz bir) manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, cavabdeh c "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixdə Hoffmann Soyuducu almış, aldığı əşyanın dəyərini 24 ay, xx.xx.2021-ci il tarixdə Beurer Termometr almış, aldığı əşyanın dəyərini 18 ay, xx.xx.2021-ci il tarixdə Hoffmann Soba almış, aldığı əşyanın dəyərini 24 ay, xx.xx.2021-ci il tarixdə Beurer Termometr almış, aldığı əşyanın dəyərini 12 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür.Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, pulu tam ödəməmiş, nəticədə hazırkı borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq o, borcu ödəməkdən imtina etmişdir. İddiaçı Cəmiyyət qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli 23156600 saylı müqavilədən görünür ki, cavabdeh X1 "xxxx" MMC-dən 655.2 manat dəyərində Hoffmann Soyuducu almış, aldığı əşyanın dəyərini 24 ay ərzində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli 22456153 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 113.4 manat dəyərində Beurer Termometr almış, aldığı əşyanın dəyərini 18 ay ərzində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli ******* saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 501.6 manat dəyərində Hoffmann Soba almış, aldığı əşyanın dəyərini 24 ay ərzində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli 22274561 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 122 manat dəyərində Beurer Termometr almış, aldığı əşyanın dəyərini 12 ay ərzində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür.İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cəmiyyət tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 31 (otuz bir) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış nisyə alqısatqı müqaviləsinə əsasən iddiaçı cəmiyyətə olan borc cavabdehdən alınaraq iddiaçı cəmiyyətə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 31 (otuz bir) manat dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin.Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Hoffmann Soyuducu üçün 487.2 (dörd yüz səksən yeddi manat iyirmi qəpik) manat borc, 48.8 (qırx səkkiz manat səksən qəpik) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Beurer Termometr üçün 67.4 (altmış yeddi manat qırx qəpik) manat borc, 6.6 (altı manat altmış qəpik) cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Hoffmann Soba üçün 480.7 (dörd yüz səksən manat yetmiş qəpik) manat borc, 48.3 (qırx səkkiz manat otuz qəpik) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Beurer Termometr üçün 25 (iyirmi beş) manat borc, 2 (iki) manat cərimə borcu və 31 (otuz bir) manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədr : Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar