Məhkəmə qərarları › İş №2(073)-234/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-234/2024

23.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-234/2024 23.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2216 manat pulun və 42 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Mğslğm orlu iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, mülkiyyətində «Mercedes DAİMLER BENZ» markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Həmin avtomobili satmaq fikirinə düşmüş və tanışlara bu barədə məlumat vermişdir. Bir müddətdən sonra Cavabdeh onunla əlaqə saxlamış və maşını barter yolu ilə almaq istədiyini bildirmişdir. Rəsulla danışdıqdan sonra barter yolu ilə 4300 manata onun (iddiaçının) maşını, 4800 manata isə cavabdehin olan ** CA *** dövlət qeydiyyat nişanlı, «VAZ-2106» markalı avtomobili haqq-hesab etmişlər. Razılaşdıqdan sonra Rəsula özünə məxsus maşını və əlavə olaraq 500 manat pul vermişdir. O (iddiaçı) 21 iyul 2022-ci ildə Rəsula bir illik etibarnamə vermişdir ki, sənədləşmə işlərini aparsın və maşını öz adına keçirsin. O (iddiaçı) Rəsuldan aldığı maşını satmaq məqsədinə aldığı üçün 1 illik etibarnamə almışdır. Rəsul daş karxanasına və Bakı şəhərinə sərnişin daşımaqla məşğul olmuş, ondan (idiaçıdan) aldığı maşını bu məqsədə istifadə etmişdir. Etibarnamənin müddətinin bitməsinə az bir mğddət qalmış, lakin Rəsul maşını hələ də öz adına keçirmədiyini bildirmişdir. Maşının müxtəlif yerlərindən əzildiyi, yük yerinin dağıldığını görmüşdür. Sonradan ona məlum olmuşdur ki, Rəsul maşının yük yerində daş karxanasından daş piltə daşımış və bu səbəbdən də maşın həddən artıq zərər görmüşdür. O (iddiaşı) Rəsula etibarnamənin mğddəti bitmədən maşını adgna keçirməyi təkrar olaraq bildirdikdə Rəsul hələ ki, vaxtının olmadığını bildirərək, söhbətdən yayınmışdır. Bu söhbətdən sonra cavabdeh ona (iddiaçıya) verdiyi etibarnaməni ləğv etdirmiş və maşını ondan (iddiaçıdan) geri almışdır. Cavabdeh ondan (iddiaçıdan ) aldığı maşını isə küçədəd sahibsiz ataraq getmişdir. O (iddiaçı) maşına baxdıqda maşının yararsız vəziyyətdə olduğunu görmüş və cavabdehə zəng edərək maşını niyə bu vəziyyətə saldığını soruşmuşdur. Cavabdeh də maşının ona müvəqqəti lazgm olduğunu, etibarnamənin müddətinin bitməsini gözlədiyini, bu səbəbdən də adına keçirmədiyini bildirmişdir. Maşını ustaya aparmış, usta maşına baxış keçirmiş və dəymiş ziyanla bağlı rəsmi olaraq rəy tərtib olunmuşdur. Vurduğu ziyanı ödəməsini və öncədən verdiyi 500 manat pulu tələb etmiş, cavabdeh isə ona pul verməyəcəyini bildirmişdir. Bu səbəbdən də Cəlilabad rayon Polis Şöbəsinə müraciət etmişdir. Lakin mübahisə mülki xarakterli olduğundan ona məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə mğraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçı ilə aralarında olan razılaşmaya əsasən iddiaçının istifadəsində olan «Mercedes DAGMLER BENZ» markalg, ** BV *** düvlət qeydiyyat niєanlg nəqliyyat vasitəsini özünə (cavabdehə) məxsus ** CA *** düvlət qeydiyyat niєanlg, «VAZ-2106» markalg nəqliyyat vasitəsi ilə dəyişmişlər və iddiaçı əlavə olaraq ona (cavabdehə) 420 (dörd yüz iyirmi) manat pul vermişdir. Həmin nəqliyyat vasitəsini iddiaçıdan alan zaman nasaz vəziyyətdə olmuşdur. Özünə (cavabdehə) məxsus ** CA *** düvlət qeydiyyat niєanlg, «VAZ-2106» markalg nəqliyyat vasitəsi isə saz vəziyyətə olmuşdur. İddiaçının ona (cavabdehə) verdiyi «Mercedes DAGMLER BENZ» markalg, ** BV *** düvlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini bir müddət idarə etmiş, lakin həmin nəqliyyat vasitəsini öz mülkiyyətinə keçirə bilməmişdir. Hazırda iddianı qismən etiraf edir. Belə ki, iddiaçının ona (cavabdehə) barter zamanı verdiyi 420 (dörd yüz iyirmi) manat vəsaiti qaytarmağa razıdır. İddiaçı da ona (cavabdehə) məxsus nəqliyyat vasitəsini nasaz vəziyyətdə geri qaytarmışdır. Buna görə də iddiaçının ondan ziyan tələb etməsini əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları və şahid ifadəsini dinləyib, iş mateirallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçını uzun müddətdir ki, tanıyır. Cavabdehi isə əvvəllər tanımamışdır. İddiaçıdan «VAZ-2106» markalı maşını etibarnamə əsasında almış, lakin bir müddət sonra tərəflər arasında olan narazılıqlara görə cavabdeh həmin etibarnaməni ləğv etlirmiş, o da həmin nəqliyyat vasitəsini qaytarmaq məcburiyyətində qalmışdır. İşdə olan Cəlilabad RPŞ-nin xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı müraciəti əsasında araşdırma aparılmış, lakin mübahisə mülki xarakterli olduğundan şikayətçiyə məhkəməyə müraciət etmək hüquqnun olduğu izah edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli avtomobildə görüləcək işlərin hesablanması aktından göünür ki, «Mersedes DAİMLER BENZ» markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 1576 (bir min beş yüz yetmiş altı) manat təşkil edir. Beləliklə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında nəqliyyat vasitələrinin dəyişidirlməsinə dair şifahi razılaşma olmuş, iddiaçı istifadəsində olan «DAİMLER BENZ» minik markalı, ** BV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini və əlavə olaraq 420 (dörd yüz iyirmi) manat vəsaiti cavabdehə vermiş, Cavabdeh isə istifadəsində olan ** CA *** dövlət qeydiyyat nişanlı, «VAZ-2106» markalı avtomobili İddiaçı vermişdir. Lakin bir müddət sonra cavabdeh səbəbli həmin razılaşma pozulmuş və cavabdeh iddiaçıya verdiyi nəqliyyat vasitəsini geri almışdır. Cavabdeh iddiaçıdan aldığı nəqliyyat vasitəsini geri qaytaran zaman həmin nəqliyyat vasitəsinə vurduğu ziyanı ödəməmiş və buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iclasında iddiaçı nəqliyyat vasitələrinin dəyişdirilməsi zamanı cavabdehə 500 (beş yüz) manat verdiyini göstərsə də həmin halı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh isə məhkəmə iclasında iddiaçı tərəfindən ona 420 (dörd yüz iyirmi) manat verildiyini göstərmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilərək, cavabdehdən vurulmuş ziyanın əvəzi olaraq 1576 (bir min beş yüz yetiş altı) manat və iddiaçı tərəfindən cavabdehə verilmiş 420 (dörd yüz iyirmi) manat, cəmi 1996 (bir min doqquz yüz doxsan altı) manat pulun alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdəq alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1996 (bir min doqquz yüz doxsan altı) manat pul və 42 (qırx iki) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar