Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-2342/2024 14.08.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Mən, Cəlilabad rayon Məhkəməsinin hakimi Cəbrayılov Vüsal Adil oğlu, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsində bəzi dəyişiklik edilməsi zərurəti yarandığından iddia ərizəsi və ödənilmiş dövlət rüsumunun baxılmadan geri qaytarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi və iddiaçı tərəfindən ödənilmiş 148 manat dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152.1.9, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı1 tərəfindən xx.xx.2024-cü il tarixdə Cəlilabad Rayon Məhkəməsinə verilmiş iddia ərizəsinə görə ödənilmiş 148 manat dövlət rüsumu (ödəniş qəbzinin nömrəsi **********) geri qaytarılsın. Dövlət rüsumunun geri qaytarılması hissəsində qərardadın icrası Cəlilabad rayonu üzrə Maliyyə İdarəsinə həvalə olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №2(073)-2342/2024
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-2342/2024
14.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver