Məhkəmə qərarları › İş №2(073)-2343/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2343/2024

25.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2343/2024 25.11.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2250 ABŞ dolları pul və ödənilmiş 58.25 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi həcminin azaldılması barədə ərizə verərək Cavabdeh 2000 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı bunu cavabdehlə aralarında yeni razılaşma olması ilə əlaqələndirmişdir. Məhkəmə iclasında İddiaçı iddia müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh rayon sakini kimi tanıyır. Təxminən 2015-ci ildə Cavabdeh ilə İran İslam Respublikasına şərik qaz sobasının ehtiyat hissələrini gətirmək üçün getmişlər. Aralarında olan razılaşmaya əsasən pulun hamısını o (iddiaçı), verəcəkdi, cavabdeh də mal almaqda köməklik edəcəkmiş. 4700 ABŞ dolları dəyərində malı aldıqdan sonra onun qardaşı rəhmətə getdiyi üçün o, təcili olaraq Azərbaycana qayıtmışdır. Cavabdeh isə malı Azərbaycana gətirib satmışdır. Lakin ona nə malın pulunu, nə də ki, qazancını verməmişdir. O, cavabdehdən pulunu tələb etdikdə cavabdeh ona demişdir ki, malı satıb, lakin dollar bahalaşdığı üçün pulu yığa bilmir, lakin onun pulunu verəcəyinə söz vermişdir. Cavabdeh ona borclu olduğu puldan hazırki vaxta kimi 2450 ABŞ dollarını hissə-hissə qaytarıb, qalan 2250 ABŞ dollarını isə qaytarmaq istəmir. Sonuncu dəfə Cavabdeh ona 2024-cü ilin mart ayının əvvəlində 50 ABŞ dolları qaytarmışdır. O, artıq cavabdehin ona borclu olduğu pulu qaytarmadığını gördüyü üçün məcbur qalıb bu barədə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh verdiyi izahatında göstərmişdir ki, iddianı azaldılmış hissədə, yəni 2000 manat hissədə tam şəkildə etiraf edir, iddiaçıya olan borcunu hissəhissə ödəyəcək. Hazırda isə 500 manat ödəməyə razıdır. Yəni, cəmi borcunun 2500 manat olmasını etiraf edir, hazırda 500 manat ödəməklə qalıq borcunun 2000 manat müəyyən edilməsinə etiraz etmir. Məhkəmə izahatları dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslıdır. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı göstərilir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyyətinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 58.25 manat dövlət rüsumunun 40 manat hissəsi cavabdehə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2000 (iki min) manat pul və 40 (qırx) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar