Məhkəmə qərarları › İş №2(073)-235/2025

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-235/2025

21.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-235/2025 21.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləğinin həcminin artırılması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 yanvar 2009-cu il tarixdə anadan olmuş oğlu X5 və 02 noyabr 2010-cu il tarixdə anadan olmuş qızı X1 üçün Cavabdeh tutulan aliment həcminin artırılaraq hər bir uşağa görə 235 manat sabit pul məbləğində müəyyən edilməklə, həmin alimentin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb belə nəticəyə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, İddiaçı 10 iyul 2008-ci il tarixdə Cavabdeh ilə ailə qurmuşlar. Bu evlilikdən uşaqları xx.xx.2009-cu il təvəllüdlü X8 və 02 noyabr 2010-cu il il təvəllüdlü X6 anadan olmuşdur. Cəlilabad rayon Məhkəməsinin 12 may 2015-ci il tarixli, 2(073)- 888/2015 saylı qətnaməsi ilə uşaqların saxlanılması üçün hər uşağa görə 75 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Lakin cavabdeh xeyli müddətdir ki, müəyyən edilmiş aliment məbləğini ödəmir və uşaqları ilə maraqlanmır. İddiaçı uşağlarına qulluq etdiyinə görə heç bir yerdə işləyə bilmir. Ona görə də uşağlarının normal yaşaması və bütün ehtiyaclarını ödəmək üçün maddi cəhətdən çətinlik çəkir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 12 may 2015-ci il tarixli, 2(073)-888/2015 saylı qətnaməsindən görünür ki, alimentin tutulması 08 aprel 2015-ci il tarixdən hesablanmaqla 17 yanvar 2009-cu il təvəllüdlü X5 və 02 noyabr 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 75 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarının “8.4-1-ci bəndində qey edilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin qərarın 8.4-2-ci bəndində isə qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndindi göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tələb təyin edilmiş alimentin indeksasiyasından ibarət olduğundan, İddiaçı hazırki iddia tələbi mülki məhkəmə icraatında baxılmalı olmadığından həmin mülki iş üzrə icraata xitam verilməlidir. Tələbkara Azərbaycan Respublikası MPM-nin 232.1-ci maddəsinə əsasən alimentin məbləğinin indeksasiyası məqsədi ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: İddiaçı Cavabdeh qarşı məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləğinin həcminin artırılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tələbkara izah edilsin ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən alimentin məbləğinin indeksasiyası məqsədi ilə məhkəməyə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar