Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2369/2025 21.01.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Sadıqov X17 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Sadıqov X17 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Sadıqov X11 nisyə heyvan alqı-satqısı üzrə yaramış 19000 (on doqquz min) manat pulun və dövlət rüsumu kimi ödədiyi 147 (bir yüz qırx yeddi) manatın alınıb ona (iddiaçıya) verilməsi barədə qətnamə cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçı heyvan alveri etdiyi üçün cavabdeh Cəlilabad rayonu, Xəlilli kənd sakini Cavabdeh2 təxminən 5 il müddətdir ki, tanıyır, onunla və oğlu Cavabdeh1 ilə həmin tarixdən aralarında kiçik həcmli nisyə heyvan alveri olub. Ötən ilin noyabr ayında ilk dəfə olaraq Cavabdeh2 Masallı rayon Öncəqala kənd sakini X2 mütəmadi olaraq nisyə götürdüyü heyvana görə aralarında inam yarandığı üçün Xudaşükür Zeynalovdan 4800 manat dəyərində nisyə götürdüyü iribunyuzlu 3 baş heyvanı Cavabdeh2 Cəlilabad rayon ərazisində, mal-qara bazarında satması üçün nisyə olaraq vermişdir. Həmin tarixdə sonuncu heyvanın pulunu, yəri 4800 manat məbləği dediyi müddətdə ona ödəmişdir. Daha sonra isə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin ilin dekabr ayının ortalaraında yaşadığı evə gələrək, nisyə götürüb satmaq niyyəti ilə saxladığı iki baş iribuynuzlu, dəyəri 2500 manat olan heyanları nisyə alaraq satmaq niyyəti ilə özləri ilə gəldikləri “Qazel" markalı yük maşınına yükləyib apardılar. Daha sonra isə həmin məbləği 2025-ci ilin fevral ayında ödəyərək, növbəti dəfə cari ilin fevral ayının 4-də nisyə olaraq satmaq niyyəti ilə Masallı rayonu, Öncəqala kənd sakini Xudaşkür adlı şəxsdən əvvəlcədən götürdüyü 7000 manat dəyərində 5 baş iribuynuzlu və bir baş buzov verərək, pulunun aralarında razılaşma yolu ilə sonradan 10 gün müddətində ödəyəcəkləri üzrə öz üzərlərinə öhdəçilik götürdülər. Sonra isə həmin müddət bitməsinə baxmayaraq, cavabdehlər İnqilab və Vüqar növbəti dəfə ondan nisyə heyvan verməyini xahiş edib həmin heyvanların ümümi dəyərini İmişli rayon ərazisində yerləşən mal-qara bzarına aparıb orada satacaqlarını və pulu həmin satışdan sonra ödəyəcəklərini deyərək onu inandırdılar. Onun cavabdehlərlə aralarında etibar yarandığı üçün o, cavabdehlərə inanıb həmin tarixdə onların satması üçün 12000 (on iki min) manat dəyərində yuxarıda göstərdiyi Masallı rayon sakinindən nisyə götürdüyü heyvanlardan 5 baş iribuynuzlu, yanı balalı heyvanları onların istifadəsində olan yük avtomaşınına yaşadığı ünvandan yüklənməsinə bütün ailə üzvləri şahid olaraq öz razılığı ilə etmişdir. Daha sonra isə cavabdehlər ona nisyə götürdükləri heyvanlara görə 19000 min manat pul borcları yarandı. Cavabdeh2 polisə şikayət etməməyini, yaxın müddət ərzində ona olan 19000 manat pulu ödəyəcəyini və hal-hazırda yaşadığı evi satacağını və pulu ona verəcəyini dedi. O da bu sözə inanıb onun barəsində heç bir orqana məlumat vermədi, daha sonra isə həmin danışıqdan təxminən 20 gün sonra o, cavabdehlərə dəfələrlə zəng etməyinə, onlarla telefonda danışmağına baxmayarq ona olan borclarını vermək istəmədiklərini görmüşdür. Buna görə də o, cavabdehlərin barəsində Cəlilabad rayon Polis Şöbəsinə müraciət etmişdir. Cəlilabad RPŞ-də araşdırma aparıldı və cinayət işinin başlanılması rədd edildi və ona izah edildi ki, mülki qaydada məhkəməyə müraciət etmişdir. O da məcbur qalıb iddia ərizəsi ilə məhkəməyə müraciəl etməli olmuşdur. Cavabdehlərlə aralarında heyvan alqı-satqısı olmasını və onların olmalarını təsdiq edən səs yazıları da var. Cavabdehlər borclarını ödəməkdən imrina etmişlər. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddianın məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı onun (şahidin) oğludur. Bir il bundan əvvəl oğlu heyvan alıb gətirib saxlayırdı. İnqilab oğlu Vüqar ilə gəlib onlara oğlu ilə alver edirdi. Oğlu İnqilaba heyvan vermiş, lakin pulunu ala bilməmişdir. Oğlunu aldadıb pulunu verməyib, eyni zamanda onu hədələyib, şantaj edib. Cavabdehlərin bu günə olan borcu 20 min manatdır. Dəfələrlə müxtəlif orqanlara, cavabdehlərin özlərinə müraciət ediblər, lakin hər dəfə aldanıblar və pullarını ala bilməyiblər. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X8verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı onun (şahidin) əridir. İnqilab onun əri ilə heyvan alveri etmişdir. 2025-ci ilin fevral ayında cavabadeh iddiaçıdan 5 baş heyvan almış bu günə kimi hər dəfə müxtəlif bəhanələr gətirərək heç bir ödəniş etməmişdir. Ümumi borcları 20 min manatdır, pullarını ala bilmirlər. İşdə olan Cəlilabad Rayon Polis Şöbəsinin TB-nin xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar”ından görünür ki, X6, X3 və X9 müraciəti əsasında araşdırma aparılmış, (X6 Sadıqov X17 qarşı 19000 manat pul tələbi barədə şikayəti əsasında) toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və şikayətçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmuşdur. Həmin qərardan görünür ki, İddiaçı izahatında göstərmişdir ki, Cəlilabad şəhər sakini X6 Azərbaycan Respublikası DİN-nin 102 xidmət zəng mərkəzinə verdiyi məlumatla tanış olmuşdur. Belə ki, o heyvan alveri etdiyi üçün Cəlilabad rayonu, Xəlilli kənd sakini Cavabdeh2 Sadıq oğlunu təxminən 5 il müddətdir ki, tanımış, onunla və oğlu Cavabdeh1 ilə həmin tarixdən aralarında kiçik həcimli nisyə heyvan alveri olmuşdur. Ötən ilin noyabr ayında ilk dəfə olaraq İnqilab adlı şəxsə Masallı rayon Öncəqala kənd sakini X1 mütamadi olaraq nisyə götürdüyü heyvana görə aralarında yaranmış etibardan istifadə etmiş, sonuncudan 4800 manat dəyərində nisyə götürdüyü iribunyuzlu 3 baş heyvanı İnqilab adlı şəxsə Cəlilabad rayon ərazisində, mal-qara bazarında satması üçün nisyə olaraq vermişdir. Həmin tarixdə sonuncu heyvanın pulunu, yəni 4800 manat məbləği dediyi müdətdə ona ödəmiş, daha sonra isə Cavabdeh2 oğlu Cavabdeh1 iştirakı ilə həmin ilin dekabr ayının örtalaraında yaşadığı evə gələrək, nisyə götürüb satmaq niyyəti ilə saxladığı iki baş iribuynulzu, dəyəri 2500 manat olan heyanları nisyə alaraq öz razılığı əsasında satmaq niyyəti ilə özləri ilə gəldikləri "Qazel" markalı yük maşınına yükləyib aparmışlar. Daha sonra isə həmin məbləği 2025-ci ilin fevral ayında ödəyərək, növbəti dəfə cari ilin fevral ayının 4-də nisyə olaraq satmaq niyyəti ilə Masallı rayonu, Öncəqala kənd sakini Xudaşkür adlı şəxsdən əvvəlcədən götürdüyü 7000 min manat dəyərində 5 baş iribuynuzlu və bir baş buzov verərək, pulunun aralarında razılaşma yolu ilə sonradan 10 gün müddətində ödəyəcəkləri üzrə öz üzərlərinə öhdəçilik götürmüşlər, sonra isə həmin müddət bitməsinə baxmayaraq, İnqilab və oğlu Vüqar növbəti dəfə ondan nisyə heyvan verməyini xahiş edib həmin heyvanların ümümi dəyərəini İmişli rayon ərazisində yerləşən mal-qara bzarına aparıb orada satacaqlarını və pulu həmin satışdan sonra ödəyəcəklərini deyərək onu inandırmışlar. Onun həmin şəxslərlə aralarında etibar yarandığı üçün, o İnqlib və oğlu Vüqara inanıb həmin tarixdə onların satması üçün, 12000 (on iki min) manat dəyərində yuxarıda göstərdiyi Masallı rayon sakinindən nisyə götürdüyü heyvanlardan 5 baş iribuynulzu, yanı balalı heyvanları onların istifadəsində olan yük avtomaşınına yaşadığı ünvandan yüklənməsinə bütün ailə üzvləri şahid olaraq öz razılığı ilə etmişdir. Daha sonra isə İnqilab və oğlu Vüqarın ona nisyə götüdükləri heyvanlara görə 19000 min manat pul borcları yaranmışdır. Həmin tarixdən təxminən 4 gün sonra ona məlum olmuşdur ki, İnqilab və oğlu Vüqarın barəsində Cəlilabad rayon polis şöbəsinə müraciət daxil olmuş və sonuncuların dələduzluq əməli ilə bağlı piolis şöbəsinə çağrılıblar. Həmin tarixdə o bu barədə ətraflı öyrənmək niyyəti ilə polis şöbəsinə gəlmiş və həmin tarixdə İnqilab adlı şəxslə oğlu Vüqarı polis orqanının qarşısında görüb ona olan 19000 manat pul borclarını ödəmələrini xahiş etmişdir ki, həmin pulun onun yox, Masallı rayon Öncəqala kənd sakini X5 aiddir. Daha sonra isə İnqilab onu aldadaraq barəsində polisə məlumat verməməyi, yaxın müdət ərzində ona olan 19000 manat pulu ödəyəcəyini və hal hazırda yaşadığı evi satacağını və pulu ona verəcəyini demiş, o da bu sözə inanıb onun barəsində heç bir orqana məlumat verməmiş, dana sonra isə həmin danışıqdan təxminən 20 gün sonra o İnqilab adlı şəxsə və oğlu Vüqra dəfələrlə zəng etməyimə onlarla telefonda danışmağına baxmayarq, sonuncular ona heç bir şəkildə borclarının olmadığını və əvəzində isə Cavabdeh1 ona telefonda ailəsininin üzərində hədə-qorxu gələrək onu hədələmişdir. Sonuncu dəfə isə Vüqar adlı şxəslə cari linin mart ayında onunla aralarında telefon danışığı olmuş, sonuncuya izah etməyə çalışmışdır ki, həmin 19000 manat dəyərində nisyə götürdükləri heyvanlar onun yox, Masallı rayonu, Öncəqala kənd sakini Xudaşkür Zeynaolva məxsusdur və sonuncu haqlı olaraq pulunu ondan tələb edir. Belə ki, həmin ərəfədə o İnqilab adlı şəxsi, öz avtomaşı ilə ünvan 1 ünvana aparmışdır ki, ona sübut edə bilsin ki, heyvanların sahibi həmin şəxsdir. Həmin vaxt İnqilab heyvan sahibinə söz verərək 13000 manat dəyərində onun vasitəsi ilə əldə etiyi heyvanlara görə pulu ödəyəcək, lakin İnqilab və oğlu Vüqar onu və həmin heyvan sahiblərini aldadaraq onlara qarşı dələduzluq etmişdir. Odur ki, həmin şəxslərin barəsində qanuni tədbir görülməklə onlara dəymiş maddi ziyanın ödənilməsini xahiş edir. Əlavə suala cavab olaraq bildirmşdir ki, cari ilin fevral ayında aralarında heyvan alveri olan Cəlilabad şəhər sakini Cavabdeh2 və oğlu. Cavabdeh1la iribuynulzu heyvan alqı satıqısı ilə məşqul olduqları üçün, onlara etibar edib nisyə olaraq 19000 manat dəyərində iribuynuzlu heyvanları nisyə vermişdir ki, sonuncular həmin heyvanları İmişli rayonunda yerləşən mal-qara bazarında satıb pulu ödəsinlər. Lakin İnqilab və oğlu Vüqar həmin məbləği ödəməyərək onu aldatmışlar. Cari ilin fevral ayında yaşadığı evdə olmadığı vaxtda Cavabdeh1la aralarında olan heyvan ticarəti ilə bağlı, sonuncu onun yaşadığı evə gələrək az yaşlı oğlu İsmayıl Sarıyevə, ondan pulu tələb edəcəkləri təqdirdə sözlə ölümlə hədələmişdir. Həmin qərardan görünür ki, Cavabdeh1 və Cavabdeh2 izahatlarının alınması hazırda onların olduqları yer müəyyənləşmədiyindən və telefon zənglərinə cavab verilmədiyindən mümkün olmamışdır. Həmin qərardan görünür ki, vətəndaşlar X7 və X15 iddiaçının və şahidlərin izahatlarına uyğun izahat verərək pullarının cavabdehlər tərəfindən qaytarılmadığını bildirmişdirlər. Borc məbləği 19 min manat təşkil edir. Məhkəmə iclasında tədqiq edilmiş audio yazılar ilə müəyyən edilmişdir ki, Cavabdeh2 iddiaçıya inək alverinə görə pul borclu olduğunu etiraf edir və borcunu qısa müddətdə qaytaracağı ilə bağlı vədlər verir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında şifahi formada nisyə alğı-satqı müqaviləsi bağlanılmış, cavabdehlər iddiaçıdan 19000 (on doqquz min) manat dəyərində mal-qaranı nisyə olaraq almış, lakin müəyyən etdikləri müddət bitməsinə baxmayaraq borcunu ödəməmişdir, iddiaçı cavabdehlərdən bocunu tələb etsə də heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Cavabdehlər bütün məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırılsalar da iclaslarda iştirak etməmiş, iddiaya etiraz təqdim etməmişdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərin hər biri, vicdanlılığın tələb etdiyi tərzdə, yəni lazımi şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə hərəkət etməlidir. 442.1-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 19 000 (on min) manat pul və 147 (bir yüz qırx yeddi) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-2369/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2369/2025
21.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver