Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-241/2024 26.01.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul və xırda buynuzlu heyvan tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul və xırda buynuzlu heyvan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 600 (altı yüz) manat pulun, 10 baş xırda buynuzlu heyvanın və 70 (yedmiş) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayonu Uzuntəpə kəndində yaşayır. Cavabdehi təxminən 1 ildən artıq müddətdir ki, tanıyır. Cavabdehlə tanış olduqdan təxminən 1-2 ay sonra cavabdeh ona xırda buynuzlu heyvan alıb saxlamağı və qazanc əldə etməyi təklif etmişdir. Cavabdehin təklifi və cavabdehin iştirakı ilə 3000 (üç min) manat dəyərində 20 baş xırda buynuzlu heyvan almış və saxlamaq üçün Cavabdeh vermişdir. Cavabdehlə aralarında olan razılaşmaya əsasən cavabdeh qazanc olaraq ona (iddiaçıya) 1000 (bir min) manat verməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdeh onun (iddiaçının) həyətinə gəlmiş və şəxsi təsərrüfatında olan 5 baş xırda buynuzlu heyvanı da saxlamaq üçün ona (cavabdehə) verməyi təklif etmişdir. O da, cavabdehin təklifi ilə razılaşaraq şəxsi təsərrüatında olan 5 baş xırda buynuzlu heyvanı saxlamaq üçün cavabdehə vermişdir. Cavabdeh bir müddət sonra aldığı 20 baş xırda buynuzlu heyvanın dəyəri olan 3000 (üç min) manat pulu və qazanc olaraq söz verdiyi 1000 (bir min) manat puldan 400 (dörd yüz) manatını, cəmi 3 400 (üç min dörd yüz) manatı ona (iddiaçıya) vermiş və qazancdan 600 (altı yüz) manat borcu qalmışdır. Bundan başqa, cavabdeh ona (iddiaçıya) aldıqları heyvanlardan doğulmuş hər birinin dəyəri 100 (bir yüz) manat olan 2 baş quzu da vermişdir. Cavabdehə şəxsi təsərrüfatından verdiyi 5 baş xırda buynzulu heyvan artmış və hazırda cavabdehdən həmin heyvanları və həmin heyvanlardan doğulmuş əlavə 5 baş xırda buynuzlu heyvanları, ümumilikdə isə 10 baş xırda buynuzlu heyvanları tələb edir. Buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılamasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçını 2-3 il olar ki, tanıyır. İddiaçıdan faizini ödəmək şərti ilə 3000 (üç min) manat pul almış və aralarında olan razılığa görə əlavə 700 (yeddi yüz) manat pul ödəməyi öhdəsinə götürmüşdür. İddiaçıdan aldığı əsas borcu, yəni 3000 (üç min) manat pulu, həmin pula görə ödəməli olduğu 700 (yeddi yüz) manat faizi iddiaçıya ödəmiş və əlavə olaraq iddiaçıya hər birinin dəyəri 180 (bir yüz səksən) manat olan 2 baş quzu verimişdir. Onunla iddiaçı arasında heyvan alıb saxlamaqla və qazanc əldə etməklə bağlı heç bir razılaşma olmamış, cavabdeh bu məqsədlə ona heyvan alıb verməmişdir. Bundan başqa, iddiaçı öz şəxsi təsərrüfatında olan 5 baş xırda buynuzlu heyvanı saxlamaq üçün ona (cavabdehə) verməmişdir. O iddiaçıdan faizini ödəmək şərtilə 3000 (üç min) manat pul almış və həmin pulu da faizi ilə birlikdə iddiaçıya qaytarmışdır. Hazırda onun iddiaçıya heç bir borcu yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Cəlilabad rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cəlilabad rayonu Uzuntəpə kənd sakinləri Cavabdeh və İddiaçı müraciətləri əsasında araşdırma aparılmış və toplanmış material üzrə cinyat işinin başlanması rədd edilərək, tərəfərə mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan 3000 (üç min) manat pul almış və həmin pula görə iddiaçıya 700 (yeddi yüz) manat faiz ödəyəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçıdan aldığı 3000 (üç min) manatı, həmin pula görə əlavə olaraq ödəməyi öhdəsinə götürdüyü 700 (yeddi yüz) manat pulu iddiaçıya qaytarmış və əlavə olaraq iddaçıya hər birinin dəyəri 180 (bir yüz səksən) manat olan 2 baş xırda buynuzlu heyvan vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında iddiaçı cavabdehə saxlamaq üçün 3000 (üç min) manat dəyərində 20 baş xırda buynuzlu heyvan alıb verdiyini və həmin heyvanlara görə cavabdehin qazanc olaraq ona (iddiaçıa) 1000 (bir min) manat ödəməyi öhdəsinə götürdüyünü göstərsə də, həmin halı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında tərəflər arasında belə razılaşmanın və cavbdehin bununla əlaqədar iddiaçı qarşısında öhdəlik götürdüyü müəyyən edilməmişdir. Buna görə də, məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında borca dair münasibətlər yaranmış, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirərək, iddiaçıdan aldığı əsas borcu və əlavə olaraq ödəməli olduğu pulu iddaçıya ödəmişdir. Belə ki, məhkəmə iclasında iddiaçı özü də verdiyi izahatında cavabdehin ona 3400 (üç min dörd yüz) manat qaytardığını və əlavə olaraq 2 baş xırda buynuzlu heyvan verdiyini etiraf etmişdir. Bundan başqa, məhkəmə iclasında iddiaçı şəxsi təsərrüfatında olan 5 baş xırda buynuzlu heyvanı saxlamaq üçün cavabdehə verdiyini, həmin heyvanların artaraq 10 baş olduğunu göstərsə də, həmin halı təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Qeyd olunanalara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul və xırda buynuzlu heyvan tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə iddiaçı təərfindən ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-241/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-241/2024
26.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver