Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-243/2025 14.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2700 (iki min yeddi yüz) manat pul və 47 (qırx yeddi) manat manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında İddiaçı iddia müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayon Uzuntəpə sakini Cavabdeh onun tanışıdır. Oqtayla tanışlığı təxminən 2 il bundan əvval başlayıb. Onun övladı müəyyən xəstəlikdən əziyyət çəkir. O, bunula bağlı söhbət əsasnasında Oqtayla danışmış, Oqtay onun övladına pensiya düzəldilməsi üçün sənədləşmə işlərinə 2700 manat pul lazım olduğunu bildirmişdir. O, övladı üçün xəsdəliyi ilə bağlı sənədləri düzəldə bilmədiyindən Oqtay həmin işi düzəldəcəyini və düzəldə bilmədiyi təqdirdə pulunu geri qaytaracağını söz vermişdir. O da inanıb sənədləri və 2700 manat pulu Oqtaya vermişdir. Lakin bir il üstündən keçməsinə baxmayaraq uşağın sənədlərinin düzəlmədiyini və Oqtayın onu aldatdığını bilmiş və bundan sonra verdiyi pulu geri tələb etdiyində Oqtay pulu iyul ayı ona qaytarmağı söz versə də, bu günə qədər pulunu geri qaytarmayıb. O da bundan sonra da yenə də cavabdehdən dələlərlə ona borclu olduğu pulu geri qaytarmasını tələb etsə də, cavabdeh borcu qaytarmadığına görə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq bildiririr ki, Oqtay ona öz izahatında 2700 manat borca pul götürdüyünü, həmçinin məhkmənin əvvəlki iclasında etiraf etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki (xx.xx.2025-ci il tarixli) məhkəmə iclasında Cavabdeh iddianı etiraf edərək verdiyi izahatında göstərmişdir ki, iddianı etiraf edir, iddiaçıya 2700 manat borcu var. Mart ayında kredit götürüb borcunu ödəyəcək. Məhkəmə izahatı dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçının uşağı xəstədir, ona pensiya düzəltdirmək istəyirdi. Cavabdeh sənədləşmə işlərinə 3000 manat pul lazım olduğunu, 2700 manatı verməsini, 300 manatını isə kartı aldıqdan sonra verməli olduğunu bildirmişdir. İddiaçı onun (şahidin) yanında cavabdehə 2700 manat pul vermişdir. Bu günədək nə sənədləri düzəltdirmiş, nə də pulu geri qaytarmışdır. İddiaçını Oqtayla o (şahid) tanış etmişdir. İşdə olan, Cavabdeh tərəfindən yazılmış izahatdan görünür ki, cavabdeh iddiaçıdan 2700 manat borc pul aldığını, sentyabr ayına qədər borcunu geri qaytaracağını bildirmmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın caabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsində azad edir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə işin hallarını, şahidin ifadəsini nəzərə alaraq cavabdehin etirafı qanunidir, hər hansı təsir altında edilməmişdir və hər hansı şəxsin hüquq və mənafelərini pozmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2700 (iki min yeddi yüz) manat pul və 47 (qırx yeddi) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-243/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-243/2025
14.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver