Məhkəmə qərarları › İş №2(073)-2431/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2431/2023

28.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2431/2023 28.11.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının nümayəndəsi X1 iştirakı ilə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının Cavabdeh 264 manat dəymiş ziyan tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 264 manat məbləğin Şirvan Milli Parkının Mahmudçala ovçuluq təssürfatında qanunsuz balıq ovlamış Cəlilabad rayonu Günəşli kəndində qeydiyyatda olan Cavabdeh alınaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının xüsusi fondu VÖEN: **********, Müxbir hesab: AZ71CTRE********************, Büdcə təsnifat kodu: 142330, Büdcə səviyyə kodu: 1, Alan Bank: X3, Kodu: 210005, Vöen: **********, H/hesabı: AZ41NABZ013601**********3944, S.W.İ.F.T. CTREAZ22 hesabına ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkınin nümayəndəsi X4 iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, 13 iyul 2023-cü il tarixdə Şirvan Milli Parkının Mahmudçala ovçuluq təssürfatının əməkdaşları mühafizə rejimini yoxlamaq məqsədilə reyd keçirərkən xx xxxx 1994-cü il tarixində Cəlilabad rayonu Günəşli kəndində anadan olmuş və qeydiyyatda olan Cavabdeh qanunsuz balıq ovu etmək məqsədi ilə təsərrüfatın ərazisinə daxil olmaqla, qanunsuz olaraq daban balığı tutaraq 264 manat ziyan vurmuşdur. Qeyd edilənlərlə əlaqədar Cavabdeh 264 manat məbləğin Şirvan Milli Parkının Mahmudçala ovçuluq təssürfatında qanunsuz balıq ovlamış Cəlilabad rayonu Günəşli kəndində qeydiyyatda olan Cavabdeh alınaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının xüsusi fondu VÖEN: **********, Müxbir hesab: AZ71CTRE********************, Büdcə təsnifat kodu: 142330, Büdcə səviyyə kodu: 1, Alan Bank: X3, Kodu: 210005, Vöen: **********, H/hesabı: AZ41NABZ013601**********3944, S.W.İ.F.T. CTREAZ22 hesabına ödənilməsini məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, izahatı dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 13 iyul 2023-cü il tarixli, AA 000288 saylı aktdan görünür ki, Cavabdeh 24 ədəd daban balığı tutmuşdur. İş materiallarında olan 31 avqust 2023-cü il tarixli, MN ******* saylı İnzibati xəta haqqında qərardan görünür ki, Kərimov X2 Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə təqsirli bilinib 700 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-cü maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi, Cavabdeh 13 iyul 2023-cü il tarixdə Şirvan Milli Parkının Mahmudçala ovçuluq təssürfatının əməkdaşları mühafizə rejimini yoxlamaq məqsədilə reyd keçirərkən xx xxxx 1994-cü il tarixində Cəlilabad rayonu Günəşli kəndində anadan olmuş və qeydiyyatda olan Cavabdeh qanunsuz balıq ovu etmək məqsədi ilə təsərrüfatın ərazisinə daxil olmaqla, qanunsuz olaraq 24 ədəd daban balığı tutaraq 264 manat ziyan vurmuşdur.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 264 manat alınaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının xüsusi fondu VÖEN: **********, Müxbir hesab: AZ71CTRE********************, Büdcə təsnifat kodu: 142330, Büdcə səviyyə kodu: 1, Alan Bank: X3, Kodu: 210005, Vöen: **********, H/hesabı: AZ41NABZ013601**********3944, S.W.İ.F.T. CTREAZ22 hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 264 (iki yüz altmış dörd) manat alınaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının xüsusi fondu VÖEN: **********, Müxbir hesab: AZ71CTRE********************, Büdcə təsnifat kodu: 142330, Büdcə səviyyə kodu: 1, Alan Bank: X3, Kodu: 210005, Vöen: **********, H/hesabı: AZ41NABZ013601**********3944, S.W.İ.F.T. CTREAZ22 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar