Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2434/2023 28.11.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının nümayəndəsi nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan Milli Parkının Mahmudçala ovçuluq təsərrüfatında qanunsuz balıq ovlamış Cavabdeh vurulmuş ziyanın əvəzi olaraq 220 (iki yüz iyirmi) manat məbləğin alınıb Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının nümayəndəsi nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Şirvan Milli Parkının Mahmudçala ovçuluq təsərrüfatının əməkdaşları tərəfindən mühafizə rejimini yoxlamaq məqsədilə reyd keçirilərkən xx xxxxxxx 1995-ci il tarixdə Cəlilabad rayonu Günəşli kəndində anadan olmuş və qeydiyyatda olan Cavabdeh qanunsuz balıq ovu etmək məqsədilə təsərrüfatın ərazisinə daxil olaraq, qanunsuz olaraq dabanbalığı tutduğu müəyyən edilmişdir. Cavabdeh həmin hərəkətləri ilə ovçuluq təsərrüfatına 220 (iki yüz iyirmi) manat ziyan vurmuşdur. Cavabdehdən dəymiş ziyanı könüllü olaraq ödəməsi tələb edilmiş, lakin cavabdeh bundan imtina etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli, 000288 saylı aktdan görünür ki, xx.xx.2023cü il tarixdə Mahmudçala ovçuluq təsərrüfatının ərazisində Cəlilabad rayon sakini Cavabdeh qanunsuz balıq ovu etməsi faktı müəyyən olunmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə Mahmudçala ovçuluq təsərrüfatının ərazisində 20 ədəd dabanbalığını qanunsuz ovladığına görə barəsində Azərbaycan Respublikası İXMnin 272.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli vurulmuş zərərə görə ödəniş cədvəlindən görünür ki, Cavabdeh Şirvan Milli Parkının Mahmudçala ovçuluq təsərrüfatında qanunsuz olaraq 20 ədəd dabanbalığı ovlaması nəticəsində həmin təsərrüfata cəmi 220 (iki yüz iyirmi) manat zərər vurmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə Mahmudçala ovçuluq təsərrüfatının ərazisində qanunsuz balıq ovladığına görə Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsi ilə təqsirli bilinərək, 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Şirvan Milli Parkının Mahmudçala ovçuluq təsərrüfatının əməkdaşları tərəfindən mühafizə rejimini yoxlamaq məqsədilə reyd keçirilərkən xx xxxxxxx 1995-ci il tarixdə Cəlilabad rayonu Günəşli kəndində anadan olmuş və qeydiyyatda olan Cavabdeh qanunsuz balıq ovu etmək məqsədilə təsərrüfatın ərazisinə daxil olaraq, qanunsuz olaraq dabanbalığı tutduğu müəyyən edilmişdir. Nəticədə cavabdeh ovçuluq təsərrüfatına 220 (iki yüz iyirmi) manat məbləğində maddi ziyan vurmuşdur. Cavabdehin barəsində müvafiq protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və toplanmış material səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh xx.xx.2023-cü il tarixdə Mahmudçala ovçuluq təsərrüfatının ərazisində qanunsuz balıq ovladığına görə Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsi ilə təqsirli bilinərək, 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. Cavabdehdən vurduğu zərərin əvəzini könüllü olaraq ödəməsi tələb edilmiş, lakin cavabdeh bundan imtina etmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin məcəllənin 1097.1-cü maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə və iddia təmin edildiyi üçün 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233 -ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 220 (iki yüz iyirmi) manat pul alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının hesabına ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verilməsindən sonra 1 (bir) ay müddətində Cəlilabad rayon məhkəməsi vasitəsilə Sirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-2434/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2434/2023
28.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver