Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2516/2025 15.10.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi, Qasımov Elvin Yusif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3595.94 (üç min beş yüz doxsan beş manat doxsan dörd qəpik) manat pul və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 59 manat dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı verdiyi izahatında göstərdi ki, o, Cəlilabad rayonu Sabiabad kəndində yaşayır. Cavabdeh onun həmkəndlisidir. Cavabdeh 2022-ci ildə ona çətin vəziyyətdə olduğunu və borc pula ehtiyacı olduğunu bildirmişdir. O da bir həmkəndli kimi ona etibar edib 30 sentyabr 2022-ci il tarixdə "xxxx" ASC-də ona zamin duraraq 12 ay müddətinə illik 16%-lə 3000 AZN məbləğində kredit götürmüşlər. Lakin kredit müqaviləsi üzrə öhdəliyi bank qarşısında tam icra etməyən Cavabdeh xx.xx.2024-cü il tarixə "xxxx" ASC-yə 3000 AZN məbləğində əsas kredit borcu, 280.50 AZN məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 263.21 AZN məbləğində penya olmaqla, cəmi 3543.71 manat borcu yaranmışdır. Cavabdeh pulu gecikdirdiyi üçün bank onları Şirvan Kommersiya məhkəməsinə verərək barələrində xx.xx.2024-cü il tarixli, e-2-2(121)- 908/2024 saylı qətnamə çıxarılmışdır. Eyni zamanda Şirvan Kommersiya Məhkəməsinin e-16(121)-13/2024 saylı qərardadı ilə cavabdehə və ona məxsus olan avtomobillərin üzərinə həbs qoyulmuşdur. O, xx.xx.2025-ci il tarixdə məcbur qalıb Cavabdeh banka olan 3355.94 manat borcu, 240 manat icra qeydinə görə olan rüsum borcunu tam ödəmiş və bank pulun tam ödənilməsini nəzərə alıb məhkəmənin qərardadı ilə əmlaklarının üzərindən həbs götürülmüşdür. Eyni zamanda icra işi üzrə icraata xitam verilmişdir. Cavabdeh borcun tam bağlanmasından arxayın olaraq ona pulu ödəməkdən boyun qaçırmışdır. O da məcbur qalıb məhkəməyə müraciət etmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respulikasının MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçı tərəfin işə qiyabi icraat qaydasında baxılmasına yazılı formada razılığı olmasını nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmiş və işə qiyabi icraat qaydasında baxılması barədə 15 oktyabr 2025-ci il tarixdə qərardad çıxarmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 908/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdehlər İddiaçı və Cavabdeh xx.xx.2022-ci il tarixli kredit razılaşmasına əsasən 3000 manat əsas borc, 280.5 manat faiz borcu, 20 manat cərimə və ödənilmiş 55.44 manat dövlət rüsumu məbləği olmaqla, ümumilikdə 3355.94 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin e-16(121)-13/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Vaz 21061 markalı, Buraxılış ili 1988, Rəngi:Safari, mühərrik №2***-*******, Ban:XTA210610K2098156, Nömrə nişanı: 15BP590 olan və Vaz 21011 minik markalı, Buraxılış ili 1978, Rəngi: Ağ, mühərrik №- 3082991, Ban:2680710, Nömrə nişanı: 15BB810 olan avtomobillərin özgəninkiləşdirilməsi İddiaçı mülkiyyətində olan VAZ 2106 markalı, buraxılış ili 1988, rəngi safari,mühərrik № 2***-*******, Ban: XTA210610K2098156, nömrə nişanı: 15BP590 olan və VAZ 21011 minik markalı, Buraxılış ili 1978, rəngi: ağ, mühərrik № 3082991, Ban: 2680710, nömrə nişanı: 15BB810 olan avtomobillərin üzərinə qoyulmuş bütün növ məhdudiyyət aradan qaldırılmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cəlilabad Rayon İcra və Probasiya şöbəsinə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, cavabdehlər İddiaçı və Cavabdeh "xxxx" ASC qarşısında heç bir öhdəliyi qalmamışdır. e-2-2(121)-908/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli mədaxil qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 59 (əlli doqquz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (pullu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə pulludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 425.1-ci maddəsinə əsasən Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.2-ci maddəsinə əsasən Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 475.1-ci maddəsinə əsasən Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə Bank arasında kredit müqaviləsi bağlanaraq bank tərəfindən borcalana 3000 manat məbləğində kredit verilmişdir. Sözügedən müqavilə üzrə öhdəliyini təminatı kimi isə İddiaçı ilə Bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Lakin sözügedən kredit müqaviləsi üzrə borcalan öhdəliyini icra etməməsi səbəbindən bank tərəfləri məhkəməyə vermiş və Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-908/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdehlər İddiaçı və Cavabdeh xx.xx.2022-ci il tarixli kredit razılaşmasına əsasən 3000 manat əsas borc, 280.5 manat faiz borcu, 20 manat cərimə və ödənilmiş 55.44 manat dövlət rüsumu məbləği olmaqla, ümumilikdə 3355.94 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qərara alınmışdır. İşdə olan sənədlərlə müəyyən olunur ki, həmin kredit müqaviləsi üzrə pul məbləği zamin, yəni hazırki mülki iş üzrə iddiaçı tərəfindən ödənmişdir. Belə olan halda zaminin borcalandan ödəmiş olduğu pulu geri tələb etmək hüququ yarandığından iddia tələbi əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 238.4-cü maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 241.4-cü maddəsinə əsasən, iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Həmin Məcəllənin 242-ci maddəsinə əsasən, qiyabi qətnamənin məzmunu bu fəslin və bu Məcəllənin 16-cı fəslinin qaydaları ilə müəyyən edilir. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni, iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 59 (əlli doqquz) manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 241-243-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 3595.94 (üç min beş yüz doxsan beş manat doxsan dörd qəpik) manat məbləğində pul vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş 59 (əlli doqquz) manat tutularaq İddiaçı ödənilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə, ərizə verilməsi müddəti bitdikdən sonra 1 (bir) ay müddətinə Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №2(073)-2516/2025
Cəlilabad Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(073)-2516/2025
15.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver