Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2533/2023 06.11.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-in Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə yaranmış 1214.3 (bir min iki yüz on dörd manat otuz qəpik) manat əsas borc, 182.1 (bir yüz səksən iki manat on qəpik) manat cərimə, cəmi 1396.4 (bir min üç yüz doxsan altı manat qırx qəpik) manat borcun, xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə yaranmış 30.9 (otuz manat doxsan qəpik) manat əsas borc, 4.6 (dörd manat altmış qəpik) manat cərimə, cəmi 35.5 (otuz beş manat əlli qəpik) manat borcun, xx.xx.2021-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə yaranmış 371.9 (üç yüz yetmiş bir manat doxsan qəpik) manat əsas borc, 55.7 (əlli beş manat yetmiş qəpik) manat cərimə, cəmi 427.6 (dörd yüz iyirmi yeddi manat altmış qəpik) manat borc, ümumilikdə üç müqavilə üzrə 1617.1 (bir min altı yüz on yeddi manat on qəpik) manat əsas, 242.4 (iki yüz qırx iki manat qırx qəpik) manat cərimə, cəmi 1859.5 (bir min səkkiz yüz əlli doqquz manat əlli qəpik) manat borc və 38 (otuz səkkiz) manat dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-in hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 1299.9 manat dəyərində “LG” markalı televizor almış və aldığı əşyanın dəyərini 18 ay müddətinə hər ay 73 manat, sonuncu ay da 58.99 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozaraq, xx.xx.2023-cü il tarixində 12 manat ödədikdən sonra heç bir ödəniş etməmiş və qalıq qalmış 1396.4 manat borcu qaytarmamış və nəticədə 1214.3 (bir min iki yüz on dörd manat otuz qəpik) manat əsas borc, 182.1 (bir yüz səksən iki manat on qəpik) manat cərimə, cəmi 1396.4 (bir min üç yüz doxsan altı manat qırx qəpik) manat, xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 36.9 manat dəyərində “Bort” markalı drell almış və aldığı əşyanın dəyərini 12 ay müddətinə hər ay 3 manat, sonuncu ay da 3.99 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozaraq, xx.xx.2023-cü il tarixində 3 manat ödədikdən sonra heç bir ödəniş etməmiş və qalıq qalmış 35.5 manat borcu qaytarmamış və nəticədə 30.9 (otuz manat doxsan qəpik) manat əsas borc, 4.6 (dörd manat altmış qəpik) manat cərimə, cəmi 35.5 (otuz beş manat əlli qəpik) manat, xx.xx.2021-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 1139.9 manat dəyərində “Samsung” markalı televizor almış və aldığı əşyanın dəyərini 18 ay müddətinə hər ay 64 manat, sonuncu ay da 51.99 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozaraq, xx.xx.2023-cü il tarixində 55 manat ödədikdən sonra heç bir ödəniş etməmiş və qalıq qalmış 427.6 manat borcu qaytarmamış və nəticədə 371.9 (üç yüz yetmiş bir manat doxsan qəpik) manat əsas borc, 55.7 (əlli beş manat yetmiş qəpik) manat cərimə, cəmi 427.6 (dörd yüz iyirmi yeddi manat altmış qəpik) manat borcu yaranmışdır. Tələb edilməsinə baxmayaraq cavabdeh yaranmış borcunu ödəməkdən yayınmışdır. İddiaçı Cəmiyyət qeyd edilənlərin nəzərə alınaraq iddianı təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 551.3 (beş yüz əlli bir manat otuz qəpik) manat dəyərində “LG” markalı televizor almış və aldığı əşyaların dəyərini 18 ay müddətinə hər ay 73 manat, sonuncu ay da 58.99 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh "xxxx" MMC-dən “LG” markalı televizor almışdır. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 36.9 manat dəyərində 36.9 manat dəyərində “Bort” markalı drell almış və aldığı əşyanın dəyərini 12 ay müddətinə hər ay 3 manat, sonuncu ay da 3.99 manat manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh "xxxx" MMCdən “Bort” markalı drell almışdır.İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cəmiyyət tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli № ********* saylı (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 1139.9 manat dəyərində “Samsung” markalı televizor almış və aldığı əşyanın dəyərini 18 ay müddətinə hər ay 64 manat, sonuncu ay da 51.99 manat manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh "xxxx" MMC-dən “Samsung” markalı televizor almışdır.İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cəmiyyət tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 38 (otuz səkkiz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış nisyə alqısatqı müqaviləsinə əsasən iddiaçı cəmiyyətə olan borc cavabdehdən alınaraq iddiaçı cəmiyyətə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 38 (otuz səkkiz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə yaranmış 1214.3 (bir min iki yüz on dörd manat otuz qəpik) manat əsas borc, 182.1 (bir yüz səksən iki manat on qəpik) manat cərimə, cəmi 1396.4 (bir min üç yüz doxsan altı manat qırx qəpik) manat borcun, xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə yaranmış 30.9 (otuz manat doxsan qəpik) manat əsas borc, 4.6 (dörd manat altmış qəpik) manat cərimə, cəmi 35.5 (otuz beş manat əlli qəpik) manat borcun, xx.xx.2021-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə yaranmış 371.9 (üç yüz yetmiş bir manat doxsan qəpik) manat əsas borc, 55.7 (əlli beş manat yetmiş qəpik) manat cərimə, cəmi 427.6 (dörd yüz iyirmi yeddi manat altmış qəpik) manat borc, ümumilikdə üç müqavilə üzrə 1617.1 (bir min altı yüz on yeddi manat on qəpik) manat əsas, 242.4 (iki yüz qırx iki manat qırx qəpik) manat cərimə, cəmi 1859.5 (bir min səkkiz yüz əlli doqquz manat əlli qəpik) manat borc və 38 (otuz səkkiz) manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədr: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №2(073)-2533/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2533/2023
06.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver