Məhkəmə qərarları › İş №2(073)-2537/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2537/2023

05.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2537/2023 05.12.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 520 (beş yüz iyirmi) manat dəymiş ziyanın və 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianın müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, özünə məxsus “BMW" markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində Cəlilabad şəhəri H.Əliyev prospektindən Qurtuluş prospekti istiqamətində hərəkət edən zaman Cavabdeh təsərrüfatında olan bir baş xırda buynuzlu heyvan anidən yola çıxmış və onun avtomobilinin qabaq hissəsi həmin heyvana dəymişdir. Cavabdeh heyvanı nəzarətsiz qoyduğuna görə onun (iddiaçının) avtomobilinə 520 manat maddi ziyan dəymişdir. Bununla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılmış və həmin hadisə öz əksin tapmışdır. Dəymiş zərərin cavabdeh tərəfindən ödənilməsi barədə şifahi xərdarlıqlarına baxmayaraq cavabdeh dəymiş zərəri ödəməmişdir. Buna görə də o (iddiaçı) hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianın etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçı “BMW" markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində Cəlilabad şəhəri H.Əliyev prospektindən Qurtuluş prospekti istiqamətində hərəkət edən zaman onun (cavabdehin) təsərrüfatında olan bir baş xırda buynuzlu heyvanı vuraraq öldürmüş və ona (cavabdehə) maddi ziyan vurmuşdur. Həmçinin həmin vaxt iddiaçının törətdiyi qəza nəticəsində onun (cavabdehin) oğlu da xəsarət almışdır. Bununla bağlı Cəlilabad RPŞ-yə ərizə ilə müraciət etmişdir. İddianı etiraf etmir. Hadisə nəticəsində ona (cavabdehə) da maddi zərər dəymişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh İddiaçı qarşı bir baş heyvanın tələf olması və oğluna xəsarət yetirməsi tələbi barədə şikayəti əsasında araşdırma aparılmış, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-in 338.1-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Cəlilabad rayon Polis Şöbəsin DYPB-yə göndərilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli Avtomobildə görüləcək işlərin hesablanması Aktından görünür ki, İddiaçı məxsus olan “BMW" markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin və təmir işlərinin görülməsi üçün lazım olan vəsait 520 manat təşkil edir. İşdə olan Lənkəran RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AE 065498 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “BMW" markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İşdə olan inzibvti tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 40 (qırx) manat məbləğində cərimə edilmişdir. İşdə olan qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırkı iddanın verilməsi ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı mülkiyyətində olan nəqliyyat vasitəsi ilə xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində Cəlilabad şəhəri H.Əliyev prospektindən Qurtuluş prospekti istiqamətində hərəkət edən zaman Cavabdeh təsərrüfatında olan bir baş xırda buynuzlu heyvan nəzarətsiz oalarq yola çıxmış və iddiaçının avtomobilinin qabaq hissəsi həmin heyvana dəymişdir. Nəticədə iddiaçıya 520 manat məbləğində maddi ziyan dəymişdir. Tələb edilməsinə baxmayaraq cavabdeh iddiaçıya dəymiş zərəri ödəməmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq 520 (beş yüz iyirmi) manat pul və 30 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar