Məhkəmə qərarları › İş №2(073)-254/2025

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-254/2025

31.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-254/2025 31.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı 10.000 manat pul tələbinə dair iddası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı 10.000 manat pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, göstərmişdir ki, cavabdehlə aralarında olan mübahisəni məhkəmədən kənar həll etmişlər. Bu səbəbdən də işin mahiyyəti üzrə baxımasını tələb etmədiyini bildimiş və mülki işin baxılmamış saxlanılmasını, ərizənin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, iddiaçı ilə aralarında olan mübahisəni məhkəmədən kənar həll etmişlər. Bu səbəbdən də işin mahiyyəti üzrə baxımasını istəmədiyini bildirmiş və mülki işin baxılmamış saxlanılaraq ərizənin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə onu da qeyd edir ki, məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iddiaçı iddianı müdafiə etsə də və məhkəmə iclası iddiaçı tərəfindən sübutlar təqdim edilməsi üçün təxirə salınsa da, iclas bitdikdən sonra məhkəmənin təşəbbüsü ilə tərəflər arasında barışıq əldə edilmişdir ki, nəticədə də yuxarıda qeyd olunan ərizələr təqdim edilmişdir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. İş hazırlıq icraatında olduğuna görə və iddiaçının vəsatətini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.2, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı 10.000 manat pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumu tam şəkildə İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar