Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2582/2023 21.12.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X4 Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 02 oktyabr 2015-ci il təvəllüdlü X7 və 05 mart 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 220 manat, cəmi 440 manat miqdarında alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddaçı X4 iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-785/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay zər uşağa görə 220 manat, cəmi 440 (dörd yüz qırx) manat alimentin Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək ərizəsində iddianı etiraf etmədiyini, ikinci dəfə evləndiyini, xəstəlikdən əziyyət çəkdiyini, 444 (dörd yüz qırx dörd) manat əmək haqqı aldığını, xəstəliyi ilə əlaqədar məhkəməyə gələ bilmədiyini göstərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Cavabdeh iştiarkı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı X4 iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(073)-785/2021 saylı qətnaməsi ilə Cavabdeh 02 oktyabr 2015-ci il təvəllüdlü X7 və 05 mart 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 110 (bir yüz on) manat, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq ona (iddiaçıya) verilməsi qət olunmuşdur. Məhkəmə qətnaməsinə əsasən cavabdeh tərəfindən ödənilən alimentin məbləği uşaqların maddi cəhətdən saxlanmasında kifayət etmir. Özü işləmir və uşaqların maddi cəhətdən saxlanmasında çətinlik çəkir. Cavabdeh isə işləyir və uşaqlarına tələb edilən məbləğdə aliment ödəmək iqtidarındadır. Buna baxmayaraq cavabdeh uşaqların maddi cəhətdən saxlanmasında əlavə olaraq ona (iddiaçıya) kömək etmir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli arayışdan görünür ki, X12 02 oktyabr 2015-ci ildə doğulmuşdur, anası X4, atası Cavabdehdur. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X9 05 mart 2018-ci ildə doğulmuşdur, anası X4, atası Cavabdehdur. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(073)-785/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh 02 oktyabr 2015-ci il təvəllüdlü X7 və 05 mart 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 110 (bir yüz on) manat, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X2 verilməsi qət olunmuşdur. İşdə olan 7 saylı Bakı «Asan Xidmət Mərkəzi» qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X8 xx.xx.2023-cü il tarixdə nikahlarını bağlamışlar və arvada Bagiyeva soyadı verilmişdir. İşdə olan elektron informasiya sistemindən çıxarışdan görə ki, X6 yardımçı fəhlə işləyir və 800 (səkkiz yüz) manat əmək haqqı alır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(073)-785/2021 saylı qətnaməsi ilə Cavabdeh 02 oktyabr 2015-ci il təvəllüdlü X7 və 05 mart 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 110 (bir yüz on) manat, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X2 verilməsi qət olunmuşdur. Məhkəmə qətnaməsinə əsasən cavabdeh tərəfindən ödənilən alimentin məbləği uşaqların maddi cəhətdən saxlanmasında kifayət etmir. İddiaçı işləmir və uşaqların maddi cəhətdən saxlanmasında çətinlik çəkir, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği isə uşaqların saxlanmasına kifayət etmir. Cavabdeh iddiaçıdan ayırlıqdan sonra ikinci dəfə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. Cavabdeh işləyir və aylıq 800 (səkkiz yüz) əmək haqqı alır. Buna baxmayaraq cavabdeh uşaqların maddi cəhətdən saxlanmasında əlavə olaraq iddiaçıya kömək etmir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının hər ay hər uşağa görə 220 manat sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında» Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment vermək imkanına malik olmasına dair iddiaçının irəli sürdüyü halların məhkəmə iclasında öz təsdiqini tapmadığını, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin uşaqların saxlanması üçün kifayət etmədiyini, iddiaçının işləmədiyini, cavabdehin işlədiyini, aylıq əmək haqqı aldığını və ikinci dəfə evləndiyini nəzərə alır və hesab edir ki, cavabdehdən hazırda hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-785/2021 saylı qətnaməsi ilə 02 oktyabr 2015-ci il təvəllüdlü X7 və 05 mart 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat sabit pul məbləğində müəyyən edilsin və məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq 02 oktyabr 2015-ci il təvəllüdlü X7 və 05 mart 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 verilsin. Cavabdeh 56 (əlli altı) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilbad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-2582/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2582/2023
21.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver