Məhkəmə qərarları › İş №2(073)-259/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-259/2023

14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-259/2023 14.02.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı, Mübahisə predmeti ilə bağlı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx"ASC-in nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Cəlilabad rayonu 1 saylı Notariat Ofisinə qarşı 11 mart 2021-ci il tarixli, (8i)-1763 nömrəli icra qeydinin ləğv edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Cəlilabad rayonu 1 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 mart 2021-ci il tarixli, (8i)-1763 nömrəli icra qeydinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, "xxxx" ASC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə Bank tərəfindən ona (iddiaçıya) kredit ayrılmışdır. Həmin kredit müqaviləsinin təminatı olaraq hazırda yaşadığı Cəlilabad şəhəri, A.Bakıxanov küçəsində yerləşən fərdi yaşayış evi "xxxx" ASC ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi üzrə ipotekaya qoyulmuşdur. Maddi imkanı olmadığı üçün kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirə bilməmişdir. Sonradan Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru ona bildirmişdir ki, bank tərəfindən icra edilməmiş öhdəliyn icrasının təmin edilməsi üçün ipoteka tpredmetinə tutma yönəldilməsi məqsədilə notariusun icra qeydi əsasında İcra və Probasiya Şöbəsinə icra sənədi daxil olmuşdur. Cəlilabad rayonu 1 saylı Notariat Ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixli icra qeydinə əsasən "xxxx" ASC-in tələbi ilə Cəlilabad şəhəri, A.Bakıxanov küçəsində yerləşən 27 nömrəli fərdi yaşayış evinə və 0,06 ha torpaq sahəsinə tutma yönəldilmişdir. Həmin icra qeydində onun borcu şişirdilmişdir. Həmçinin, icra qeydində faiz borcu da şişirdilmiş məbləğdə göstərilmişdir. Göründüyü kimi, borc məbləği ilə bağlı mübahisə olduğundan Cəlilabad rayonu 1 saylı Notariat Ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixli icra qeydi əsassız hesab edilməlidir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında mübahisə predmeti ilə bağlı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx"ASC-nin nümayəndəsi X4 iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə Bank tərəfindən iddiaçıya kredit ayrılmışdır. Həmin kredit müqaviləsinin təminatı olaraq hazırda yaşadığı Cəlilabad şəhəri, A.Bakıxanov küçəsində yerləşən 27 nömrəli fərdi yaşayış evi ipoteka müqaviləsi üzrə ipotekaya qoyulmuşdur. Borcluya kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmələri ilə bağlı şifahi və yazılı qaydada xəbərarlıq edilməsinə baxmayaraq o, götürdüyü öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2021-ci il tarixində isə "xxxx" ASC tərəfindən icra qeydinin aparılması üçün Cəlilabad rayonu 1 saylı Notariat Ofisinin xüsusi notariusu X3 ərizə ilə müraciət edilmiş və həmin tarixdə Cəlilabad rayonu 1 saylı Notariat Ofisinin xüsusi notariusu X2 reysterdə 8İ-1763 № ilə qeydə aldığı icra qeydinə əsasən Cəlilabad şəhəri, A.Bakıxanov küçəsi 27 nömrəli evə tutma yönəldilmişdir. İddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Cəlilabad rayonu 1 saylı Notariat Ofisinin və Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişdən görünür ki, "xxxx" ASC borcllara Azərbaycan Respublikası İpoteka Haqqında Qanununun 31 və 36-cı maddələrinə əsasən icra edilməmiş öhdəliklərin icrasını təmin etmək üçün ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi proseduruna başlandığını bildirmişdir. İşdə olan "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ünvan ünvanlanmış xx.xx.2021-ci il tarixli, ərizədən görünür ki, "xxxx" ASC “İpoteka haqqında” Qanunun 36.3cü maddəsinə əsasən "xxxx" ASC ilə İddiaçı arasında kredit müqaviləsinin təminatı olaraq İddiaçı məxsus Cəlilabad şəhəri, A.Bakıxanov küçəsi 27 nömrəli evə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasını xahiş etmişdir. İşdə olan Cəlilabad rayonu 1 saylı Notariat Ofisinin xüsusi notariusu X2 xx.xx.2021ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqında icra qeydindən görünür ki, Cəlilabad rayonu 1 saylı Notariat Ofisinin xüsusi notariusu X2 reysterdə 8İ-1763 № ilə qeydə aldığı icra qeydinə əsasən Cəlilabad şəhəri, A.Bakıxanov küçəsi ev 59-da qeydiyatda olan İddiaçı məxsus Cəlilabad şəhəri, A,akıxanov küçəsi 27 nömrəli evə öhdəlik yaradan müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş borca görə tutma yönəldilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə Bank tərəfindən iddiaçıya kredit ayrılmışdır. Həmin kredit müqaviləsinin təminatı olaraq hazırda yaşadığı Cəlilabad şəhəri, A.Bakıxanov küçəsində yerləşən 27 nömrəli fərdi yaşayış evi ipoteka müqaviləsi üzrə ipotekaya qoyulmuşdur. Borcluya kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmələri ilə bağlı şifahi və yazılı qaydada xəbərarlıq edilməsinə baxmayaraq o, götürdüyü öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2021-ci il tarixində isə "xxxx" ASC tərəfindən icra qeydinin aparılması üçün Cəlilabad rayonu 1 saylı Notariat Ofisinin xüsusi notariusu X3 ərizə ilə müraciət edilmiş və həmin tarixdə Cəlilabad rayonu 1 saylı Notariat Ofisinin xüsusi notariusu X2 reysterdə 8İ-1763 № ilə qeydə aldığı icra qeydinə əsasən Cəlilabad şəhəri, A.Bakıxanov küçəsi 27 nömrəli evə tutma yönəldilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının İpoteka Haqqında Qanununun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir. “İpoteka Haqqında” AR Qanununun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin qanunun 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Həmin qanunun 38.1-ci maddəsinə əsasən bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Göründüyü kimi "xxxx"ASC-nin tələbi ilə Cəlilabad rayonu 1 saylı Notariat Ofisinin tərəfindən icra edilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi qanuni əsaslarla və müddətlərdə aparılmış, məhkəmə iclasında həmin icra qeydinin ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən iddianın əsassız olması qənaətinə gələrək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşin baxılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227 və 233-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddiaçı cavabdeh Cəlilabad rayonu 1 saylı Notariat Ofisinə, üçüncü şəxslər "xxxx"ASC-yə və Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar