Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-259/2024 01.03.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, qiyabi icraat qaydasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi ziyana görə 720 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 35 manat pul məbləğlərinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməyinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Qeyd olunanları və işə qiyabi icraat qaydasında baxılması barədə iddiaçının yazılı razılığını nəzərə alaraq, məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh Cəlilabad rayonunda işlədiyi dövrdən tanımış, yaxın əlaqələri olmamışdır. Lakin 2021-ci ildə Cavabdeh ona yaxınlaşaraq övladının onlin təhsil aldığı üçün smartfon mobil telefona ehtiyacı olduğunu, nəğd almağa imkanı olmadığını, iş yeri olmadığından kreditlə götürə bilmədiyini bildirmiş və onun adına götürüb özü ödəyəcəyini xahiş etmişdir. O, da öz növbəsində uşağın təhsilini və cavabdehlə uzaq tanışlığını nəzərə alıb cavabdehlə razılaşmışdır. Sonra 22 dekabr 2021-ci il tarixdə Cavabdehlə birlikdə “Soliton” LTD-yə getmişlər, orada müqavilə bağlamışlar və 774 manat dəyərində 1 ədəd “Samsung” A52 Blak 128 GB markalı mobil telefonu nisyə götürmüşdür. Müqaviləyə əsasən ilkin ödəniş kimi nəzərdə tutulmuş 54 manat məbləği Cavabdeh ödəmiş, qalan 720 manat məbləği isə hər ay 60 manat ödəməklə 12 ay müddətinə ödəyib qurtaracağını öhdəsinə götürsə də, ödənilməsi nəzərdə tutulmuş həmin 720 manat məbləği “Soliton” LTD-yə ödəməkdən yayınmışdır. Cavabdeh onun götürdüyü 720 manat borc məbləğini hər ay 60 manat ödəməklə 12 ay müddətinə İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. O, müxtəlif vaxtlarda dəfələrlə cavabdehdən borcunu qaytarmasını tələb etsə də, cavbdeh borcunu ödəməkdən yayınmışdır. O, Cavabdeh hərəkətləri barədə Bakı şəhəri Binəqədi RPİ-nə müraciət etmiş, lakin müraciəti mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi izah olnmuşdur. Bundan sonra o, Cavabdeh həyat yoldaşı X1 işlədiyi “Araz” marketə gedərək, Cavabdeh hərəkətləri barədə ona iradını bildirmiş, Səidə Quliyeva isə həmin borcu şəxsən özü ödəyəcəyini bildirsə də, verdiyi vədə əməl etməmişdir. Bundan sonra məcburiyyət qarşısında qalıb hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 22 dekabr 2021-ci il tarixli, 8MKK6106139 saylı müqavilə üzrə ödəniş cədvəlindən görünür ki, İddiaçı ilə “Soliton” LTD arasında razılaşdırılmış ödəniş cədvəlinə əsasən götürdüyü 774 manat dəyərində malın ilkin ödəniş kimi nəzərdə tutulmuş 54 manat məbləğini ödəmiş, qalan 720 manat məbləği isə hər ay 60 manat ödəməklə 12 ay müddətinə ödəyib qurtaracağını öhdəsinə götürmüşdür. İşdə olan 22 dekabr 2021-ci il tarixli, 8MKK6106139 saylı müqavilə üzrə Cavabdeh ilə İddiaçı arasında razılaşdırılmış 22 dekabr 2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı götürdüyü 720 manat borc məbləğini hər ay 60 manat ödəməklə 12 ay müddətinə İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh 2021-ci ildə İddiaçı övladının onlin təhsil aldığı üçün smartfon mobil telefona ehtiyacı olduğunu, nəğd almağa imkanı olmadığını, iş yeri olmadığından kreditlə götürə bilmədiyini əsas gətirməklə, iddiaçının adına götürüb özü ödəyəcəyini xahiş etmişdir. İddiaçı da uşağın təhsilini və cavabdehlə uzaq tanışlığını nəzərə alıb cavabdehlə razılaşmışdır. 22 dekabr 2021-ci il tarixdə iddiaçı ilə cavabdeh birlikdə “Soliton” LTD-yə getmişlər və həmin gün iddiaçı ilə “Soliton” LTD arasında nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı 774 manat dəyərində 1 ədəd “Samsung” A52 Blak 128 GB markalı mobil telefonu nisyə alıb cavabdehə vermişdir. Cavabdeh ilkin ödəniş kimi nəzərdə tutulmuş 54 manat məbləği ödəmiş, qalan 720 manat məbləği isə hər ay 60 manat ödəməklə 12 ay müddətinə ödəyib qurtaracağını öhdəsinə götürmüş, lakin həmin 720 manat məbləği “Soliton” LTD-yə ödəməkdən yayınmışdır. İddiaçı müxtəlif vaxtlarda dəfələrlə cavabdehdən borcunu qaytarmasını tələb etsə də, cavbdeh borcunu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Həmin Məcəllənin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Həmin Məcəllənin 242-ci maddəsinə əsasən qiyabi qətnamənin məzmunu bu fəslin və bu Məcəllənin 16-cı fəslinin qaydaları ilə müəyyən edilir. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilərək, Cavabdeh 720 manat alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi qismində 35 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh 720 (yeddi yüz iyirmi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 35 (otuz beş) manat alınıb İddiaçı verilsin. Cavabdeh qiyabi qətnaməni aldığı vaxtdan etibarən 10 (on) gün ərzində onun ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə ilə müraciət edə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-259/2024
Cəlilabad Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(073)-259/2024
01.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver